-prosesin diskə yüklənilməsi anından və ya onun əməli yadda-şa yüklnilməsindən nə qədər vaxt
keçmişdir;
-proses nə qədər əməli yaddaş tutmuşdur;
-nə qədər prosessor vaxtı artıq prosesə təqdim olunmuşdur.
Qısa müdətli planlaşdırma üçün bizə daha iki dinamiki parametrləri daxil etmək lazım
olacaqdır. İstənilən prosesin fəaliyyətini prosessordan istifadə olunmanın tsikllər ardıcıllığı və giriş-
çıxış əməliyyatları bitməsinin gözlənilməsi kimi təsvir etmək olar. Prosessordan fasiləsiz istifadənin
vaxt müddəti
CPU burst, giriş-çıxışın fasiləsiz gözləmə vaxtı isə
I/O burst adını daşıyır. Şək.3.1-
də göstərilən vaxt müddəti ayrılmaqla, proqramlaşdırmanın psevdodilində müəyyən bir proses
fəaliy-yətinin fraqmenti göstərilmişdirr.
Şək.3.1. Prosessorun fasiləsiz istifadə olunmasının ayrılma və giriş-çıxış gözlənilmə prosesi
fəaliyyətinin fraqmenti
Qısa olmaq üçün tərcümə etmədən biz CPU burst və I/O burst terminlərindən istifadə
edəcəyik. Sonuncu-ların və növbədə olanların
CPU burst və I/O burst vaxt müddəti qiymətləri
prosesin vacib dinamiki parametrlərini təşkil edirlər.
Dostları ilə paylaş: