Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə21/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   73
ƏS müh

 Çox dəfəli əməliyyatlar 
Bir dəfəlik əməliyyatlar əməliyyat sisteminin idarəsi altında yerləşən proseslər sayının 
dəyişilməsinə gətirib çıxa-rırlar və həmişə müəyyən resursların ayrılması və ya azad edilməsi ilə 
əlaqəli olurlar. Çox dəfəli əməliyyatlar isə, əksinə, əməliyyat sistemindəki proseslər sayının 
dəyişilməsinə gətirib çıxarmırlar və resuraların ayrılması və ya azad edilməsi ilə əlaqəli olmağa 
borclu olmurlar.
Bu bölmədə biz proseslər üzərində əməliyyat sisteminin çox dəfəlik əməliyyatlarının yerinə 
yetirilməsindəki hərəkətləri qısaca təsvir edəcəyik.
 
Prosesim işə salınması. “Hazır olma” vəziyyətində yerləşən proseslərdən əməliyyat sistemi 
sonrakı icra edilmək üçün bir proses seçir. Seçilmiş proses üçün əməliyyat sistemi onun sonrakı 
yerinə yetirilməsi üçün zəruri olan informa-siyanın əməli yaddaşda olmasını təmin edir. Bundan 
sonra, prosesin vəziyyəti “icra olunma”-ya dəyişir, həmin proses üçün registrlərin qiyməti bərpa 
olunurlar və prosesin əmrlər sayğacının göstərdiyi əmrə idarə ötürülür. Kontekstin bərpası üçün 
lazım olan bütün verilənlər əməliyyatın aparıldığı pro-sesin PCB-dən götürülürlər.
 
Prosesin dayandırılması. “İcra olunma” vəziyyətində olan prosesin işi hər hansı bir 
kəsilmənin nəticəsində dayandırılır. Prosessor avtomatik olaraq, əmrlər sayğacını və mümkün ola 
bilər ki, icra olunan prosesin stekindəki bir neçə regisrləri saxlayır, sonra isə həmin kəsilmənin emal 
olunmasının xüsusi ünvanı üzrə idarəni ötürür. Bununla da kəsilmənin emalı üzrə hardware-nın 
fəaliyyəti bitir. Göstərilən ünvan üzrə adətən, əməliyyat sisteminin hissələrindən biri yerləşir. O, 
onun PCB-də yerləşən prosesin sistem və registr kontekstlərinin dinamiki hissəsini saxlayır, prosesi 


“hazır olma” vəziyyətinə keçirir və kəsilmənin emalına, yəni, əmələ gəlmiş kəsilmə ilə əlaqəli olan 
müəyyən hərəkətlərin yerinə yetirilməsinə başlayır. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin