Mühazirə Əməliyyat sistemi anlayışı


Proses  p 0 p 1 p 2 Növbəti CPU burst-in davamı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə29/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   73
ƏS müh

Proses 
p
0
p
1
p
2
Növbəti CPU burst-in davamı 
13 4 1 


Şək.3.3. Proseslərin p

, p
1
, p
0
qaydasında yerinə yetirilməsi
Gördüyümüz kimi, gözlənilmənin orta vaxtı və yerinə yetirilmənin orta vaxtı bu alqoritm 
üçün proseslərin növbədəki yerləşmə qaydasından əhəmiyyətli dərəcədə asılı olur. Əgər bizdə CPU 
burst müddətli proses varsa, o zaman “hazır olma” vəziyyətinə keçən qısa proseslər uzun müddətli 
prosesdən son-ra yerinə yetilmənin başlanmasını uzun müddət gözləməli olacaqdır. Buna gorə də, 
FCFS alqoritmi praktiki olaraq, vaxt bölünmə sistemləri üçün tətbiq oluna bilməzlər – interaktiv 
proseslərdə cavabın orta vaxtı həddindən artıq böyük olur.
Round Robin (RR) 
FCFS alqoritminin təkmilləşməsi olan alqoritm Round Robin (Round Robin – bu, ABŞ-da 
uşaq karuselinin növüdür) adını almışdır və qısaldılmış variantda RR kimi işarə olunur. Mahiyyət 
etibarilə, bu elə həmin köhnə alqoritmdir, yalnız planlaşdırmanın sıxılıb çıxarılma rejimində həyata 
keçiril-mişdir. Hazır proseslərin bütün çoxluğunu tsiklli təşkil olunmasını təsvir etmək olar – 
proseslər karuseldə yerləşmişlər. Karusel elə fırlanır ki, prosessorun yanında çox da böyük olmayan 
qeyd olunmuş vaxt kvantı, adətən, 10-100 millisaniyə, yerləşir (şək.3.4). Nə qədər ki, proses 
prosessorun yanındadırsa, o, prosessoru öz sərəncamına götürür və icra olunur.
Şək.3.4. Karuseldə proseslər 
Bu cür alqoritm əvvəlkində olduğu kimi, “hazır olma” vəziyyətində olan proseslərin təşkil 
olunma köməkliyi ilə, FİFO növbəsinə salınmaqla, həyata keçirilir. Planlaşdırıcı növbəti icra 
olunmaq üçün növbənin başlanğıcında yerləşəni seçir və müəyyən kvant vaxtının bitməsi üzrə 
kəsilmənin generasiya olunması üçün taymeri quraşdırır. Prosesin yerinə yetirilməsində iki variant 
mümkün ola bilər:


-Prosesə lazım olan, prosessordan fasiləsiz istifadə olunma vaxtı (cari CPU burt-ın qalığı) kvant 
vaxtı müddətindən azdır və ya ona bərbərdir. Onda proses öz iradəsi ilə kvant vaxtı bitməmişdən 
əvvəl, prosessoru azad edir, icra üçün növbənin əvvəllindən yeni proses daxil olur və taymer 
yenidən kvant hesablanmasına başlayır;
-Cari CPU burst qalığın müddəti kvant vaxtından böyükdür.
Onda bu kvant qurtardıqda, 
proses taymer tərəfindən kəsilir və icra olunmaq üçün hazır olan proseslər növbəsinin sonuna 
yerləşdirilir, prosessor isə onun başlanğıcında olan prosesin istifadəsi üçün ayrılır.
Əvvəlki misalı p
0
, p
1
, p
2
qaydası üçün nəzərdən keçirək və qiyməti 4-ə bərabər olan kvant 
vaxtını götürək. Bu proseslərin yerinə yetirilməsi cədvəl 3.2 ilə nümayiş etdirilmişdir. 
Cədvəl 3.2 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin