Gözləmə vaxtı p
0
prosesi üçün 5 vaxt vahidi, p
1
prosesi üçün də 5 vaxt vahidi, p
2
prosesi
üçün isə -2 vaxt vahidinə bərabər olacaqdır. Bu halda gözləmənin orta vaxtı (5+5+2)/3=4 vaxt
vahidi olacaqdır. İcra olunmanın orta tam vaxtı (18+9+3)/3=10 vaxt vahidi olacaqdır.
Hər bir proses özünün CPU burst-ni vaxta görə kəsilmə əmələ gəlməyənə qədər bitirə bildiyi
kvant vaxtının çox böyük qiymətlərində RR alqoritmi FCFS alqoitminə çevrilir.
Ən kiçik
qiymətlərdə isə, elə bir xülya əmələ gəlir ki, n proseslərdən hər birisi məhsuldarlığı real prosessorun
məhsuldarlığının 1/n hissəsi olan özünün virtual prosessorunda işləyir.
Doğrudur, bu, yalnız
proseslərin kontekst olaraq, bir vəziyyətdən digərinə keçməsinə sərf olunan vaxtın nəzərə alınmadığı
şəraitdə nəzəri təhlildə mümkün ola bilər. Real şəraitlərdə kvant vaxtının ən kiçik qiymətlərində və
uyğun olaraq, kontekst tez-tez bir
vəziyyətdən digərinə keçdikdə, qaimə
xərcləri bu vəziyyətdə
sistem məhsuldarlığını kəskin şəkildə aşağı salır.
Shortest-Job-First (SJF)
FCFS və RR alqoritmlərini nəzərdən keçirtdikdə, biz, icra olunmağa hazır olan proseslərin,
proseslər növbəsindəki yerləşmə qaydasının onlar üçün nə qədər əhəmiyyətli olduğunu gördük.
Əgər qısa məsələlər növbədə, onun başlanğıcına yaxın yerdə yerləşmişsə, bu zaman bu alqoritmlərin
ümumi məhsul-darlığı əhəmiyyətli dərəcədə artır. Əgər biz “hazır olma”
vəziyyətində yerləşən
proseslər üçün növbəti CPU burst vaxtını bilmiş olsaydıq, o zaman
icra olunmaq üçün növbənin
başlanğıcında
olan prosesi deyil, minimal vaxt müddətli prosesi seçə bilərdik. Əgərsə,
bu cür
proseslər iki və ya daha çox olarsa, o zaman onlardan birinin seçimi üçün artıq bizə məlum olan
FCFS alqoritmdən istifadə etmək olardı. Bu halda vaxtın kvantlanması tətbiq olunmur.
Təsvir
olunan alqoritm “birincinin ən qısa işi” və ya “Shortest Job First” (
Dostları ilə paylaş: