Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə34/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   30   31   32   33   34   35   36   37   ...   73
ƏS müh

Zəmanətli planlaşdırma 
Hesablama sistemində N istifadəçilər interaktiv işlə-dikdə, elə bir planlaşdırma alqoritmini 
tətbiq etmək olar ki, o, zəmanət versin ki, istifadəçilərdən hər biri öz sərəncamında prosessor 
vaxtının 1/N hissəsini əldə edəcəkdir. Bütün istifadəçiləri 1-dən N-ə qədər nömrələyik. I nömrəli hər 
bir istifadəçi üçün iki kəmiyyət daxil edək: T
i
– sistemdə istifadəçinin olma vaxtıdır, digər sözlərlə, 
onun maşınla ünsiyyətdə olduğu seansın uzunluğudur və T
j
seans müddətində onun bütün 
proseslərinə artıq ayrılmış prossesor vaxtının cəmidir. İstifadəçi üçün prosessor vaxtının T
i
/N
hissəsinin əldə edilməsi yaxşı olardı. Əgər 
T
i
<< T
i
/N 
olarsa, onda i-ci istifadəçi prosessor vaxtından narazı qalacaqdır. Əgərsə 
T
i
>> T
i
/N 
olarsa, o zaman aşkar şəkildə, sistem, nömrəsi i olan istifadəçi tərəfdə olacaqdır. Hər bir 
istifadəçinin prosesləri üçün ədalət əmsalını hesablayaq 
T
i
N /T

Və növbəti kvant vaxtını hazır prosesə bu münasibətin ən kiçik qiyməti ilə təqdim edək. Təklif 
olunan alqoritm zəmanətli planlaşdırma adlanır. Bu alqoritmin mənfi cəhəti odur ki, burada 
istifadəçilər davranışını qabaqcadan bilmək mümkün olmur. Əgər hər hansı bir istifadəçi seansa ara 
vermədən, bir iki saat nahara və ya yatmağa getmiş olsa, o zaman o, geri qayıdanda onun prosesləri 
əsassız olaraq, çox prosessor vaxtını əldə etmiş olacaqlar.
 Üstünlüyüə görə planlaşdırma 
 
SJF və zəmanətli planlaşdırma alqoritmləri üstünlük planlaşdırmanın xüsusi halını təşkil 
edirlər. Üstünlük planlaş-dırmada hər bir prosesə müəyyən ədəd qiyməti-üstünlük mənimsədilir və 
ona uyğun olaraq, onun üçün prosessor ayrılır. Eyni üstünlyə malik olan proseslər FCFS qaydasında 
planlaş-dırılırlar. SJF alqoritmi üçün bu cür üstünlük kimi növbəti CPU burst vaxt müddətinin 
qiymətləndirilməsi çıxış edir. Bu qiy-mətləndirmə nə qədər kiçik olarsa, o qədər böyük üstünlüyə 
proses malik olur. Zəmanətli planlaşdırma alqoritmində üstünlük kimi hesablanmış ədalət 
əmsalından istifadə olunur. O, nə qədər kiçik olarsa, o qədər böyük üstünlük prosesdə olacaqdır.
Proseslər üstünlüklərinin təyin olunma alqoritmləri həm, hesablama sistemi daxilində baş 
verənlərlə əlaqəli olan daxili parametrlərə, həm də, ona görə xarici olan parametrlərə söykənə 
bilərlər. Daxili parametrlərə prosesin aşağıda göstərilmiş müxtəlif miqdar və keyfiyyət 
xarakteristikaları aid edilə bilərlər: prosessordan istifadə olunmanın vaxta görə məhdudiyyətləri, 
yaddaşın ölçüsünə olan tələblər, açıq faylların və istifadə olunan giriş-çıxış qurğularının sayı, giriş-
çıxış burst-ləri orta vaxt müddətinin CPU burst-ə olan nisbəti və i.a. SJF və zəmanətli planlaşdırma 
alqoritmləri daxili parametrlərdən istifadə edirlər. Xarici parametrlər kimi hər hansı bir məqsəd-lərə 
nail olmaq üçün prosesin vacibliyi, ödənilmiş prosessor vaxtının dəyəri və digər siyasi amillər çıxış 
edə bilərlər. Yüksək xarici üstünlük lektoriyada çıxış edən mühazirəçi məsələsinə və ya bir saat işə 
görə 100 dollar ödəyən şəxsə verilə bilər.
 
Üstünlüklərdən istifadə etməklə, planlaşdırma həm sıxışdırılıb çıxarılan, həm də sıxışdırılıb 
çıxarılmayan kimi ola bilər. Sıxışdırılıb çıxarılan planlaşdırmada hazır proseslər növbəsində daha 
yüksək üstünlüyə malik olan proses daha aşağı səviyyəli icra olunan prosesi sıxışdırır. Sıxışdırılıb 
çıxarılmayan planlaşdırma halında o, sadəcə olaraq, hazır proseslər növbəsinin başlanğıcına qoyulur.
İndi də üstünlük planlaşdırmanın müxtəlif rejimlərindən istifadə olunmaya aid misalları 
nəzərdən keçirək.
Tutaq ki, “hazır olma” vəziyyətində olan proseslər növbəsinə, SJF sıxışdırılıb çıxarılan 
alqoritm üçün misaldakı kimi həmin proseslər daxil olurlar və onlara əlavə olaraq, üstünlüklər də 
mənimsədilmişdir (cədvəl 3.8).


Cədvəl 3.8 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin