Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə42/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   73
ƏS müh

WINDOWS VISTA - peşəkar kompüterlər, notbuklar və s. üçün Microsoft şirkətinin 
təqdim etdiyi əməliyyat sistemidir.
22 iyul 2005-ə - Vista adı bildirilməyənədək Longhorn kod adı ilə tanınırdı. 30 
Yanvar 2007-ci ildə bazara təqdim edilmişdir. Windows Vista köhnə versiya ilə 
müqayisədə bir çox yeni xüsusiyyət və dəyişikliyə sahibdir. Bu dəyişmə inkişaf 
etdirilmiş qrafiki istifadəçi interfeysi, vizual stil, yenidən hazırlanmış axtarış 
funksiyaları, multimedia vasitələri, yenidən hazırlanmış şəbəkə ünsiyyəti, görünüş və 
yazıçı kimi müxtəlif funksiyaları əhatə edir. Microsoftun Vista üçün təyin etdiyi əsas 
hədəf, Windows əməliyyat sisteminin təhlükəsizlik vəziyyətini inkişaf etdirmək 
olmuşdur. Vistanın işləyə bilməsi üçün ən azı 800 MHz tezlikli prosessor, RAM-ın 
512 MB RAM-dan az olmaması lazımdır.
Windows Vista əməliyyat sistemi Microsoft şirkətinin istehtal etdiyi əməliyyat 
sistemləri arasında ən çox narazılıqlara, müzakirələrə səbəb olan əməliyyat sistemi 
idi. Çoxları bunu Microsoft-un “uğursuz”u kimi də adlandırırdılar. Beləliklə, 
"Microsoft" korporasiyasının 2007-ci ildə satışa çıxardığı Vista artıq satışdan çıxarılır. 
Vista 2017-ci ilin sentyabrın 11-dək "qismən dəstək" sistemində olacaq. "Tam dəstək" 
sisteminin dayandırılması o deməkdir ki, bu gündən etibarən istifadəçilər pulsuz 
texniki dəstək, təminat və yenilənmələrdən məhrum olacaqlar. Vista-nın təhlükəsizlik 
problemlərinin onlayn həll edilməsi və yenilənməsi də dayandırılıb.
WINDOWS 7 - Windows ailəsinin növbəti bir üzvü olub Windows Vistadan sonra 
çıxmışdır. Bu sistem 22 oktyabr 2009-cu ildə Windows Vistanın satışa çıxmasından 3 
il sonra alıcılara təqdim olunmuşdur. Windows 7-nin tərkibinə Vistadan tanıdığımız 
interfeys və quraşdırılmış proqramlar daxildir. Fərqli olaraq Start düyməsindən 
klassik menyuya keçid ləğv edilmişdir.


Windows 7-nin işçi masa digər Windows-lardan xeyli fərqlənir. Bu fərqlilik onun 
maraqlı, multimedional interfeysində, həmçinin açılmış pəncərələrin idarə 
edilməsində özünü biruzə verir. Həmçinin açılan pəncərənin adının üstünə gəldikdə 
həmin pəncərənin balaca görüntüsünü göstərmək funksiyası bizə vistadan tanış bir 
funksiyadır. Start düyməsi də cox istifadəyə rahat şəkildə düzəldilmişdir. Hər bir 
proqramın üstünə gədldikdə


qabağında onun son dəfə istidadə olunmuş fayllar avtomatik açılır. Windows 7 əsasən 
NTFS və Fat32 fayl sistemlərinə yazılır.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin