Toolbars (Alətlər paneli) menyu sətrinin altında yerləşir. Menyu sətrində ən çox
işlənən əməliyyatları istifadəçini işini asanlaşdırmaq məqsədilə göz önündə olmasını
təmin edir.
Navigation Pane (Hərəkət Paneli) – bu panel vasitəsilə yaddaş qurğuları və qovluqlar
arasında keçid etmək olar.
Work Area ( İşçi Sahə ) – Açılmış fayl və qovluqların tərkibini göstərir.
Preview Pane (Ön baxış paneli) – işçi sahənin sağ hissəsində olur və fayla daxil
olmadan onun məzmununa baxmağa icazə verir.
Details Pane (Təfərrüatlar Paneli)
– Windows Explorer pəncərəsinin aşağı hissəsində
Status bar (Vəziyyət sətri) ın yuxarı hissəsində olub, cari qovluqda olan obyektlərin
sayını və ya işarələnmiş obyektlərin xüsusiyyətlərini özündə əks etdirir.
Status Bar (Vəziyyət sətri) - qovluq pəncərəsinin aşağı hissəndə yerləşir. Burada
qovluqda olan obyektlərin sayı, diskin boş hissəsinin həcmi və s məlumatlar əks
olunur.
WINDOWS əməliyyat sistemində pəncərələrin növləri və onlarla iş
prinsipləri
İstifadəçinin qrafiki interfeysinin əsasını yaxşı düşünülmüş pəncərələr sistemi və
digər qrafik obyektləri təşkil edir. Pəncərə-ekranın monitorunda haşiyələnmiş
düzbucaqlı sahədir. Burada proqram, sənəd, məlumat təsvir edilir. Pəncərə o zaman
aktiv olur ki, onunla həmin anda istifadəçi işləyir. Pəncərələrin bir neçə növü
mövcuddur ki, onların görünüşü təsvir olunan informasiyadan asılıdır. Bu
pəncərələrin strukturu işlənmiş standartlara uyğun təşkil edilmişdir. Belə tipik
pəncərələrə tətbiqi proqramlar pəncərəsi, sənəd pəncərəsi, dialoq pəncərəsini misal
göstərmək olar. “WINDOWS” sözünün azərbaycan dilinə tərcüməsi “pəncərədir”.
Burada işləyən proqram və ya sənəd əks olunur.
Pəncərə ölçülərinin idarə düymələri aşağıdakılardır:
1. Свернуть (Minimize) pəncərəni bükərək, onu məsələlər panelində yerləşdirir;
2. Развернуть (Maximize) pəncərəni ekran boyu açır;
3. Восстановить обратно (Restore Down) pəncərənin əvvəlki ölçülərini bərpa edir və
bu düymə Развернуть düyməsinə çevrilir.
4. Закрыть (Close) pəncərəni bağlayaraq, proqramın işini sona çatdırır.
Alətlər paneli tez-tez istifadə olunan əməliyyatları yerinə yetirmək üçün əmərlər
düyməsini özündə saxlayır. Buradan düymələri istifadəçi özü təyin edə bilər.
Pəncərənin aşağı hissəsində yerləşən vəziyyət sətrini ekranda əks etdirmək üçün
Dostları ilə paylaş: