Mühazirə Əməliyyat sistemi anlayışı


Open (Oткрыть/Aç) əmri proqramların icrası, fayllar və qovluqların açılması  üçündür; -  Cut



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə47/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   73
ƏS müh

Open (Oткрыть/Aç) əmri proqramların icrası, fayllar və qovluqların açılması 
üçündür;

Cut (Bырезать/Kəs) əmri obyektin yerini dəyişmək və ya mətnin bir hissəsini 
sənədin bir yerindən başqa yerinə daşımaq üçün istifadə edilir. Yəni bu əmr vasitəsilə 
seçilmiş obyekt (fayl, qovluq, piktoqram və.s) müvəqqəti olaraq mübadilə buferinə 
yerləşdirilir;

Copy (Kопирoвать/Köçür) əmri obyektin bir yerdən başqa yerə köçürülməsi 
üçündür və əvvəlki əmrə oxşar şəkildə icra olunur;

Paste (Bставить/Əlavə et) əmri Cut (Bырезать/Kəs) və ya Copy 
(Kопирoвать/Köçür) əmrləri ilə mübadilə buferinə yerləşdirilmiş obyekti cari 
qovluğa əlavə edir;

Delete (Yдалить/Sil) əmri seçilmiş obyekti ləğv etmək üçündür. Silinmiş obyektlər 
Recycle Bin (Kорзина/Səbət) sistem qovluğuna düşür;

Create Shortcut (Cоздать ярлык/Qısayol yarat) əmri seçilmiş obyektin qısayol 
piktoqramını yaradır;

Rename (Переименовать/Adı dəyişdir ) əmri seçilmiş obyektin adını dəyişdirir;



Properties (Свойства /Xüsusiyyətlər) əmri isə seçilmiş obyekt haqqında bir sıra 
məlumatları eyni adlı dialoq pəncərəsinbdə əks etdirir və bəzi parametrlərinin 
dəyişmək imkanını da yaradır. Fayl obyektinin xüsusiyyətlərinə onun tipi, 
(yaranma,dəyişiklik, açılma) tarixləri, ölçüsü yerləşdiyi məkan və s. daxildir.
Xəbərdarlıq etmə paneli (tray) - Işçi masada ekranın sağ aşağı küncündə daha bir 
xəbərdarlıq etmə və ya «trey» adlanan panel yerləşir. Burada kompüter işə salınan 
zaman


kompüterin yaddaşına avtomatik yüklənən və fon rejimində gözə görünmədən işləyən 
proqramların nişanları yerləşir. Məsələlər panelinin adi «lövhəsindən» onlar təkcə öz 
ölçülərilə deyil, həm də funksionallıqları ilə də fərqlənirlər, məsələn, istənilən nişanı 
sağ düymə ilə sıxdıqda bu proqramın çoxsaylı sazlanma menyularına giriş əldə etmək 
olur. Həmin nişanların üzərinə sol düymə ilə silkdikdə uyğun proqram pəncərəsi 
ekrana çıxır.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin