Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə45/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   73
ƏS müh

Pictures libraries /Библиотека “Изображения”).
 
Music (Музыка/Musiqi) musiqi faylları saxlanılan kitabxanadır.
 
Games (Игры-Oyunlar) sistemdə quraşdırılmış oyunlar saxlanılan qovluğu açır.
 
Computer (Компьютер/Kompüter) mühüm sistem qovluqlarından biridir. Bu 
qovluğun pəncərəsində kompüterdə olan bütün disklər və digər qurğuların işarələri 
əks olunur.
 
Network (Сеть-Şəbəkə) lokal şəbəkəyə qoşulmuş kompyuterlərin əks 
olunmasını təşkil edir.
 
Control Panel (Панель управления/İdarəetmə paneli) mühüm qovluqlarından 
biridir. Kompüterdə müxtəlif sazlama işləri ilə bağlı nəzərdə tutulan bütün elementlər 
bu qovluqda yerləşir.
 
Devices and printers (Устройства и принтеры/Qurğular və pirinterlər) sistem 
qovluğudur. Kompüterə qoşulmuş xarici qurğular: printerlər, skanerlər, kameralar və 
s. bu qovluğun pəncərəsində əks olunur.
 
Default Programs (Программы по умолчанию/Susmaya görə proqramlar) əmri 
icra olunan kimi müxtəlif tipli faylların emalı üçün susmaya görə nəzərdə tutulan 
proqramların seçim pəncərəsi açılır.
 
Help and Support (Справка и поддержка/Kömək və dəstək) əmri icra 
olunarkən eyni adlı dialoq pəncərəsi açılır. Bu pəncərə cürbəcür sorgu məlumatlarının 
tapılmasına imkan verir.
 
Run (Выполнить/İcra et) - Start menyusunda olmayan hər hansı bir proqramı 
işlətmək və ya sənədləri (faylları) açmaq üçün bu əmrdən istifadə olunur.
 
Shut down (Завершение работы/Söndür) əmrini seçdikdə Windows əməliyyat 
sisteminin özü ilə bərabər bütün açıq pəncərələr bağlanır və kompüter sönür
.
Taskbar (Məsələlər paneli). Eyni anda bir neçə proqram işləyərsə, masaüstü bir az 
qarışıq ola bilər. Ancaq proqramların işləməsi halında, işləyən hər proqrama aid bir 
düymə Taskbar (Məsələlər paneli) üzərində görünəcəkdir. Taskbar normal halda 
ekranın ən aşağı hissəsində uzununa yerləşmiş çubuq şəklində bir sahədir. Açıq olan 
başqa bir proqrama keçmək üçün həmin proqramın Taskbar üzərindəki düyməsinə 
sıxmaq kifayətdir. Taskbar-ın xüsusiyyətlərini dəyişmək üçün tapşırıq çubuğu 
üzərində maus qurğusunun sağ düyməsini sıxmaq lazımdır. Açılacaq menyudan 
Properties (Xüsusiyyətlər) əmrini seçmək lazımdır. Bu zaman Taskbar and Start 
Menu Properties (Tapşırıq panelinin və Start menyusunun xüsusiyyətləri) dialoq 
pəncərəsi açılacaqdır. Dialoq pəncərəsində Taskbar səhifəni açmaqla aşağıdakı 
parametrlər görünəcək:


1. 

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin