Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə43/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   73
ƏS müh

WINDOWS 8 - Microsoft şirkətinin fərdi kompüterlər üçün istehsal etdiyi əməliyyat 
sistemidir. 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet 
versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda 
interfeysdə adət etdiyimiz “Start” düyməsi yoxdur, işçi masası isə klassik Windows-
dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini 
yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı 
effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini 
əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı 
verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında 
qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini 
proqram əlavələri yoxdur.
Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC (“çip üzərində sistem” – 
System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər 
iki arxitektura ənənəvi “x86” platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və 
maya dəyəri ilə fərqlənir.
Microsoft şirkətinin hesablamasına görə, "Windows 8" əməliyyat sistemi istifadəyə 
verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.
Əməliyyat sistemləri bazarında təxminən 80% istifadə nisbətiylə Windows ailəsi lider 
vəziyyətdədir.
WINDOWS əməliyyat sisteminin istifadəçi interfeysinin elementləri  
Kompüterdə informasiyanın emal olunma işləri ilə insan məşğul olduğu sahələrdə 
“interfeys” terminindən geniş istifadə edilir. Ingilis dilindən tərcümədə “İnterface” 
sözünün mənası “xarici sifət” deməkdir. Kompüter dünyasında interfeyslərin çoxlu 
sayda növləri vardır:
- istifadəçinin interfeysi;
- intelektual interfeys;
- insan-maşın interfeysi;
- proqram interfeysi və s.
İnterfeys-vasitələr və qaydalar toplusu olub, qurğuların, proqramların və insanın bir-
biri ilə qarşılıqlı əlaqəsini təmin edir. Interfeys ekranın tərtibatını və sistemlə 
istifadəçi arasında qarşılıqlı əlaqənin xarakterini təyin edir. WINDOWS qrafiki 
interfeysdən istifadə etməklə kompüterə əmr verir, proqramları yükləyir, müxtəlif 
işarə, düymə və simvollardan istifadə etməklə, faylların siyahısına baxır. Elementlərin 
seçilməsi maus və ya klaviatura ilə baş verir. Ən vacib interfeys istifadəçinin fərdi 
kompüterlə qarşılıqlı əlaqəsini təmin edir və ona istifadəçi interfeysi deyilir. İstifadəçi 
interfeysin 2 növü var: simvol və qrafik.
Simvol interfeysi-videosistem mətn rejimində işləyən zaman istifadə olunur. 
Monitorun ekranına informasiya ardıcıl simvollar şəklində daxil edilir.


Qrafiki interfeys-videosistem qrafik rejimdə işləyə bilən zaman meydana gəlir. Bu 
halda informasiya monitorun ekranına nöqtə-nöqtə şəklində çıxarılır.
İstifadəçinin qrafik interfeysinə keçid fərdi kompüterin texniki xarakteristikalarının 
yaxşılaşdırılması sayəsində mümkün olmuşdur. Bu cür interfeys videosistemin cəld 
işləməsi üçün bir sıra tələblər irəli sürməsinə baxmayaraq, əsas məqsəd əldə edilir- 


istifadəçi üçün rahat iş mühiti yaradılmış olur. Qrafik interfeys simvol interfeysinə 
nəzərən daha yaxşı başa düşülür və aydın hiss olunur. Istifadəçinin qrafik interfeysinə 
ən yaxşı misal kimi WINDOWS interfeysini göstərmək olar.
İnterfeys – Windows əməliyyat sisteminin qrafiki «örtüyüdür», hansı ki, onun 
köməyilə istifadəçilər əməliyyat sistemi ilə ünsiyyət yaradırlar. Windows əməliyyat 
sistemində işləyən zaman ekranda nə görürüksə, hamısı interfeysə aiddir. İnterfeys– 
Windows əməliyyat sisteminin bütün daxili «idarəetmə vasitələrini» insana aydın olan 
qrafiki formaya çevirən məsələnin vasitəçisidir, tərcüməçisidir. Windows-un 
interfeysi sadə və asan istifadə olunandır. Demək olar ki, onun bütün sirlərini praktik 
olaraq hər bir kəs interfeysin köməyilə başa düşə bilər.
Ekranın əsas sahəsini İşçi masa təşkil edir. Burada bütün işçi alətləri, məsələn, 
sənədləri, qovluqları, lazım olan proqramların nişanlarını və s. yerləşdirmək olar. İşçi 
masa – Windows əməliyyat sisteminin obyektləri və Windows-un idarəetmə 
elementləri əks olunan qrafiki mühitdir. Windows 7 əməliyyat sistemi yeni 
quraşdırıldıqda, başlanğıc vəziyyətdə işçi masada yalnız yüxarı sağ küncdə təkcə 
Корзина (Recycle Bin (Səbət)) nişanı yerləşir. Lakin qısa müddətdən sonra İşçi masa 
çoxlu nişanlar dəstəsi ilə dolur, məsələn, quraşdırılmış proqramların əksəriyyəti, 
həmin an İşçi masada öz xüsusi nişanlarını qeyd edirlər. İşçi masanın aşağı hissəsində 
Məsələlər paneli (buna bəzən “taskbar”- da deyirlər) adlı zolaq “lenta” yerləşir. 
Burada lazım olan proqramların, həm də ən vacib və zəruri proqramların nişanları 
yerləşir. Bu paneldə bəzi nişanlar artıq movcud olurlar, qalanlarını isə sonradan əlavə 
etmək olur. Məsələlər panelinin sol küncündə - Start (Пуск (Başlat)) adlı düymə 
yerləşir. Bu düymənin köməyilə kompüterdə quraşdırılmış bütün proqramların 
siyahısını, həmçinin, əsas tənzimləmə alətlərini əldə etmək olar.
Məsələlər panelində sağda küncdə Xəbardarlıq etmə, bəzən isə sistem paneli və ya 
“trey” adlanan daha bir panel də yerləşmişdir. Burada da həmçinin işə salınmış 
proqramlara istinadlar əks olunur, lakin fərqi ondan ibarətdir ki, bunların hamısı 
kompüterdə daimi “fon” rejimində işləyirlər.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin