Işçi sahə. Burada yaradılan sənəd yerləşir.
Ondan aşağıdakı menyuların adlarını göstərən idarə (əsas) menyu.
Funksional təyinatına görə birləşdirilmiş qrup əmrlərindən ibarət əsas menyudan
aşağıda yerləşən menyu.
Alətlər paneli. Bu tez-tez istifadə olunan əmrləri daha tez seçmək üçün əmrlər
düymələrindən təşkil olunur.
Tətbiqi proqramın adını göstərən pəncərənin sərlövhəsi.
Sistem menyusunun düyməsi. Bunun vasitəsilə pəncərələrin ölçüsünü və onun
yerini dəyişdirən əmrləri çağırmaq olar.
<Свернуть>, <Развернуть>, <Восстановить>, <Закрыть> düymələrinin
funksiyaları əlavə pəncərəsində olan funksiyalar kimidir. Əgər bir neçə sənədlər
pəncərələri açılmışsa, istifadəçi yalnız onlardan biri ilə işləyə bilər.
Dialoq pəncərəsi. Dialoq pəncərəsi vasitəsilə əməliyyat sistemi və ya tətbiqi
proqramların parametrləri sazlanır,həmçinin iş prosesi zamanı lazım olan məlumatlar
ekrana çıxarılır. İstifadəçi öz seçdiyi əməliyyatları dəqiqləşdirmək istədikdə, bu
məlumat ya tətbiqi proqram vasitəsilə ,ya da WINDOWS əməliyyat sistemi vasitəsilə
ekrana çıxarılır.
Dialoq pəncərəsi idarəetmə məqsədilə istifadə edilən tipik obyektlərin (elementlırin)
toplusundan ibarətdir. Bunlara aşağıdakıları aid etmək olar:
- Əmrlər düymələri. Bunlar düzbucaq formasında olub, onlar üzərində yazılan əmrləri
yerinə yetirmək üçündür. Bunun üçün həmin əmrin düyməsi üzərində mausun
düyməsini basmaq lazımdır:
- Seçmə düyməsi. Bu dairə formasında olur və onun vasitəsilə mümkün olan
variantlardan biri seçilir. Bunun üçün həmin düymənin üzərində mausun düyməsini
basmaq lazımdır.
- Çeviricilər (bayraqlar). Bunlar kvadrat formada olub, istənilən rejimi qoşmaq və ya
qoşmamaq üçündür. Həmin çeviricinin üzərində mausun düyməsini basdıqda onun
sahəsində xüsusi işarə ya əmələ gəlir, ya da tamamilə yox olur.
- Siyahılar sahəsi. Verilmiş siyahıdan müəyyən bir variantı seçməyə imkan verir.
Siyahı oxu üzərində mausun düyməsini basmaqla, siyahının elementlərini pəncərədə
görmək olar.
- Mətn sahələri. Buraya mətn və ya rəqəm verilənləri daxildir.
- Əvvəlcədən baxış keçirmək pəncərəsi. Burada obyekt-sənəd təsvir edilir.
Dostları ilə paylaş: