Başlıq sətrində proqramın işarəsi, adı yazılır. Başlıq sətrindən tutmaqla pəncərəni o
tərəf bu tərəfə aparmaq olar. Başlıq sətrinin asağı tərəfində 3 düymə var. Bu düymələr
uyğun olaraq pəncərəni aşağı yığır, böyüdür, kiçildir və bağlayır.
Qovluğunun pəncərəsinin yuxarı hissəsində ünvan sətri və axtarış sətri yerləşir
.
Ünvan sətri bizə lazım olan faylı və ya qovluğu tez tapmağa kömək edir, eyni
zamanda həmçinin kompüterdə onların harada yerləşməsini də göstərir. Bu paneldə
cari qovluğa gedən yol da gostərilir. Həmin yolda bir-birindən kiçik “►”
üçbucaqlarla ayrılan qovluqlar ardıcıllığı əks olunur. Bu ardıcıllığa daxil olan
istənilən qovluğu açmaq olar. Bunun üçün qovluq üzərində mausun sol düyməsini
klikləmək kifayətdir. Həmçinin ünvan panelindəki ikiçik üçbucaq işarələri vasitəsilə
müəyyən qovluqlar siyahısını açmaq olar. Əgər “►” işarələri üzərində mausun
düyməsini klikləsək, onda burada əks olunan kişik üçbucaq işarələri aşağı
istiqamətlənmiş üçbucaq “▼” formasını alacaq və cari qovluqdakı alt qovluqlar
siyahısı göstəriləcək.
Проводник (Windows Explorer (Windows Bələdçisi)- də qovluqlar üzərində hərəkət
edən zaman ünvan sətrinin yanında yerləşən iki Назад (Geri) və Вперед (İrəli)
naviqasiya düymələri yaxşı yardım edir. Birinci düymənin sayəsində sizin əvvəl
açdığınız qovluğa tez keçmək olur, sonra isə əksinə qayıtmaq olur.
Windows Explorer proqramında özünə məxsus əsas obyektlərdən biridə axtarış sətridir. Bu Windows 7 əməliyyat sisteminin ən maraqlı yeni imkanlarından biridir.
Bu daxili axtarış vasitəsi sənədləri və faylları təkcə onların adlarının bir hissəsinə görə
deyil, həm də açar sözlərə görə də axtara bilir, məsələn, mətnlər üçün bu orada
istifadə olunan müəyyən söz və söz birləşməsi, musiqi üçün cığırın, albomun adı, ifa
edənin adı, poçt üçünsə göndərənin adı ola bilər.