Mühazirə Əməliyyat sistemi anlayışı


WINDOWS əməliyyat sisteminin fayl sistemi



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə52/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   48   49   50   51   52   53   54   55   ...   73
ƏS müh

WINDOWS əməliyyat sisteminin fayl sistemi  
WINDOWS–un fayl sistemi qovluqlar üzərində qurulmuşdur. Bu iyerarxik bir 
quruluşdur, ağacvari quruluş da demək olar. Sürücünü bir ağacın gövdəsi kimi təsvir 
etsək, qovluqları bu gövdəyə birləşmiş budaqlar hesab etmək olar. Qovluqların 
daxilində başqa qovluqlar (budağa birləşən nazik budaqlar kimi) və fayllar da 
(budaqlardakı yarpaqlar kimi) ola bilər.


Fayl tipləri. Bir çox fayl tipi vardır. Fayllar, içərilərində saxlanılan məlumatın tipinə 
görə sinifləndirilir:
 
Proqram faylları - proqram fayllarında kompüterin oxuya bildiyi kodlar 
saxlanılır. Bir proqram faylının içərisinə baxdıqda, anlaşılmaz simvollar yığını 
görmək olar,


ancaq bu simvollar kompüter üçün anlaşılandır. Proqram fayllarının genişləndirməsi 
.com və ya .exe olur.
 
Köməkçi fayllar - bəzi proqramlar məlumatları köməkçi yardım faylı şəklində 
saxlayır, ancaq bu faylları işlətmək olmur. Ən çox məlum olan dəstək faylı 
genişləndirməsi bunlardır: .OVL (Overlay), .SYS (System), .DRV (Driver) və DLL 
(Dinamik link library).
 
Mətn faylları - mətn faylları ASCİİ formatına uyğun hərf-rəqəm simvollar 
saxlayır. Bu fayllarda müxtəlif mətn redaktorlarında yazılmış mətnlər saxlanılır. 
Onların genişləndirmələri .bat, .İNİ, .doc, .txt.
 
Qrafik fayllar - qrafik fayllarda müxtəlif rəsmlər və ya qrafik məlumatlar 
saxlanılır. Windows-un Paint proqramı bitmap fayyları yaradır və onları .BMP 
genişləndirməsi ilə yaddaşa yazır.
 
Multimediya faylları - səs və video məlumatlarını rəqəmlər şəklində saxlayırlar. 
Onların genişləndirilməsi .mid, .avi, . wav
 
Yazı tipi faylları - yazı tipləri haqqında məlumatların saxlandığı fayllardır. Bu 
fayllar adətən Windows qovluğundakı FONTS alt qovluğunda yerləşir. 
Genişləndirməsi .TTF olan fayllar TrueType yazı tipləri, genişləndirməsi .FON olan 
fayllar isə bitmap yazı tipləridir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin