Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə60/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   56   57   58   59   60   61   62   63   ...   73
ƏS müh

Qurğuların dispetçeri. Qurğuların dispetçeri kompüterin bütün qurğuları haqqında 
informasiyanın toplandığı əsas verilənlər bazasıdır. Bu dispetçerin köməyilə praktik 
olaraq istənilən qurğunu idarə etmək olur. Kompüterdə qurğuların dispetçerini açmaq 
üçün İdarəetmə panelinin (Панель управления (Control panel)) Система и 
безопасность (Sistem və təhlükəsizlik) bölməsinin Система (Sistem) bölməsindən 
Диспетчер устройств (Device Manager (Qurğu menecerı)) bölməsini seçmək 
lazımdır. Bu zaman ekrana Диспетчер устройств (Device Manager) adlanan pəncərə 
çıxacaqdır.
Bu meneceri açdıqda budaqlanmış bır struktur açılır. Burada hər bir qurğu üçün 
xüsusi bir sətr ayırılmışdır.
Əğər hansısa bir qurğu qeyri korrekt işləyərsə (bu əsas hallarda drayverlər də 
çatışmamazlıq, qüsur olduqda olur), onda onun adının sol hissəsində təhlükə bildirən 
nida işarəsi görsənəcəkdir. Əgər belə işarə yoxdursa, onda həmin qurğu tam 
qaydasında işləyir.


Əgər nida işarəsi varsa, onda müəyyən tədbirlər görmək lazımdır, məsələn, drayveri 
yenidən quraşdırmağa çalışmaq və ya onu tamamilə əvəzləmək lazımdır.
Nida işarəsindən başqa, Windows- da qurğunun təyinat mexanizminin qeyri 
korrektliyini göstərən digər məlumatı da görmək olar. Məsələn, müəyyən formalı 
(bəzədilmiş) sual işarəsi ilə birlikdə Неизвестное устройство yazısı görmək olar. 
Bu məlumat isə uyğun drayveri olmayan qurğunu göstərir.
Sistem plata, video karta və bir sıra qurğular üçün drayverləri onlarla birlikdə verilən, 
satılan kompakt diskdən tapmaq olar. Lakin ən yaxşısı həmin qurğuların 
istehsalçılarının saytlarından yenilənmiş versiyalarını yükləmək lazımdır. Sistem plata 
üçün dərhal bir neçə drayverlər paketi, məsələn, platanın özü üçün, daxili səs və 
şəbəkə üçün drayverləri yükləmək lazımdır.
Əgər lazım olan bütün drayverləri yüklədikdən sonra siyahıda nida işarəsi ilə 
nişanlanmış qurğu qalarsa, onu yox edib (onu yox etmək üçün onun adının üzərində 
siçanı sıxıb və Del klavişasını sıxmaq lazımdır), sonra isə kompyuteri yenidən 
yükləmək lazımdır.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin