Mühazirə Əməliyyat sistemi anlayışı



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə61/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   73
ƏS müh

Məsələlər dispetçeri. Windows 7 əməliyyat sistemində məsələlər dispetçerini 
yükləmək üçün Məsələlər panelində istənilən boş yerdə siçanın sağ düyməsini sıxmaq 
və açılan kontekst menyusundan Запустить диспетчер задач (Start Task 
Manager (Tapşırıq Menecerini Başlat)) əmrini seçmək lazımdır.
Məsələlər dispetçeri əməliyyat sistemində işə salınmış bütün proqramların tam 
siyahısını verir. Onlardan hər hansı birində səhv olduqda «не отвечает» (Not 
responding) yazısı görsənir. Lakin məsələlər dispetçer sadəcə səhvləri aşkar etmək 
üçün deyil, həm də inadçı (adi qaydada bağlanmayan) proqramı onun adını siçanı 
klikləməklə seçir və Снять задачу (End Task (Tapşırığı sona çatdır)) düyməsini 
sıxmaqla bağlamağa imkan verir.
Bundan başqa, Процессы (Processes (Proseslər)) bölməsində hər bir proqramın 
nə qədər prosessorun vaxtını və operativ yaddaşı “zəbt” etdiyini görmək olar. Bununla 
da kompüterin resurslarının haraya xərcləndiyini görmək olar.
Windows əməliyyat sisteminin operativ yaddaşını indiki anda da lazımsız 
məsələlərdən təmizləmək lazım gəldikdə Məsələlər dispetçerinin köməyinə müraciət 
edirlər.
Windows 7 əməliyyat sistemində idarəetmə paneli (Control Panel)  
və onunla iş prinsipləri  
Control Panel (Панель управления/İdarəetmə paneli) ümumilikdə Windows 7 
əməliyyat sisteminin ən mühüm komponentlərindən biridir və əməliyyat sistemində 
əsas sazlama əməliyyatlarına giriş bu panelin pəncərəsindən başlanır. İdarəetmə 
panelinin pəncərəsini açmaq üçün 
Start (Пуск /Başlat ) menyusundan Control 
Panel (Панель управления/İdarəetmə paneli) əmrini icra etmək lazımdır. Bu zaman 
ekranda eyni adlı sistem pəncərəsi əks olunur.
Windows 7 əməliyyat sistemində sazlama əməliyyatları üçün nəzərdə tutulmuş bütün 
elementlər öz funksiyalarına görə müəyyən kateqoriyalar üzrə qruplara bölünmüşdür. 


Bu elementlər vasitəsilə yeni qurğular əlavə etmək və sazlamaq, proqramları 
quraşdırmaq və ya ləğv etmək, istifadəçinin qeydiyyat yazısını yaratmaq,


redaktə etmək və ya ləğv etmək, iş masasının tərtibatını dəyişmək və ümumiyyətlə 
sistemin sistemin sazlanması ilə bağlı istənilən əməliyyatı yerinə yetirmək olar .
Windows 7 əməliyyat sistemində İdarəetmə panelinin əsas kateqoriyaları və onların 
tərkibinə daxil olan elementlər bunlardır:


Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin