(Проводник/ Windows Bələdçi),
SystemTools (Служебные/Sistem alətləri),
Tablet
PC(Планшетный ПК) və s. aiddir.
Calculator (Калькулятор/Kalkulyator) proqramı klaviaturadan daxil edilən
verilənlər üzərində sadə riyazi hesablamaların aparılması üçün nəzərdə tutulur.
Windows 7 əməliyyat sistemində kalkulyator proqramı bir neçə formalarla və əlavə
funksiyalarla təchiz edilmişdir.
Command Prompt (Kомандная строка /Əmr sətri) proqramı Windows 7 əməliyyat
sistemində
MS DOS əməlıyyat sisteminin pəncərəsini təmin edir.
Notepad (Блокнот/Bloknot) ən sadə mətn redaktorudur. Başqa sözlə bu proqram
kiçik qeydlər yaratmaq və *.txt formatlı elektron sənədləri redaktə etmək üçün
nəzərdə tutulan sadələşmiş redaktordur. Bu proqram yalnız mətnin sadə redaktə
rejimlərindən istifadə etməyə imkan verir. Elə ona görə də bu proqram sadə sənədlər
və veb-səhifələrin yaradılmasında istifadə edilir.
Paint (Paint/Boyama) proqramından qrafik təsvirlər yaratmaq və onları redaktə etmək
üçün istifadə edilir. Windows 7 əməliyyat sistemində olan Paint proqramı tamamilə
yenilışdirilmişdir. Belə ki, bu proqramda istifadə edilən bütün alətlər Paint
pəncərəsinin yuxarı hissəsində
Ribbon (Лент/Lent) interfeysi üzərində yerləşir. Yəni
artıq Paint proqramı lent interfeysinə malikdir. Həmçinin proqramın standart alətlər
sırasına əlavə fiqurlar, fırçalar və s. daxil edilmişdir.
Word Pad proqramı sənədlərin yaradılması, redaktəsi və formatlaşdırılması üçün
nəzərdə tutulan Notepad (Блокнот/Bloknot) proqramına nisbətən daha geniş
imkanlara malik olan *.rtf (Rich Text Format) formatlı elektron sənədləri hazırlamaq
üçün nəzərdə tutulan sadə mətn prosessorudur. Bu proqram Microsoft Word
proqramının qısaldılmış variantıdır.
Sticky Notes (Записки/Yapışqanlı etiketler) proqramı bilavasitə iş masasında
mətndən ibarət kiçik qeydlər yaratmaq üçün nəzərdə tutulan sadə və əlverişli bir
proqramdır. Bu proqrama sadəcə olaraq üzərində müəyyən qeydlər, xatırlamalar və
s.yazılmış sarı rəngli yapışqanlı stikerlərin elektron variantı kimi baxmaq olar.
Snipping Tool (Ножницы/Hissə aləti) ekranın və ya onun hər hansı bir hissəsinin
şəklini çəkərək yaddaşda qrafiki fayl kimi saxlayır.
Dostları ilə paylaş: