Mühazirə Əməliyyat sistemi anlayışı


Sistemin əvvəlki vəziyyətinə bərpası (System Restore, Восстановление



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə67/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   73
ƏS müh

Sistemin əvvəlki vəziyyətinə bərpası (System Restore, Восстановление 
системы) – Bu əmr verildikdən sonra yeni açılan pəncərənin sağ hissəsində iki rejim


verilir. Bunlardan biri kompüter tərəfindən qeyd olunmuş və hansısa dəyişikliyə və ya 
proqram təminatının əlavəsinə uyğun bərpa nöqtələrinə keçidə imkan verir. İkinci isə 
istifadəçinin özü tərəfindən bərpa nöqtəsinin yaradılması imkanını yaradır. Birinci 
imkan seçildikdə növbəti addımda ekrana təqvim verilir. Həmin təqvimdə xüsusi 
rənglənmiş xanada olan tarix bərpa tarixləridir. Təqvim pəncərəsinin başlığında 
verilən hərəkətetdiricilərlə daha əvvəlki bərpa nöqtələrinə keçmək mümkündür. Bu 
nöqtə seçildikdən sonra kompüter sistemi həmin tarixdəki vəziyyətə qaytarır.
Diskin təmizlənməsi (Disk Cleanup, Очистка диска) – Lazımsız faylların 
pozulmasına xidmət edir.
Sistem haqqında məlumat (System İnformation) – Sistem haqqında məlumatları 
verir. Bu əmrin köməyi ilə kompüterin aparat resursları, müxtəlif komponentlər, 
qurğular, proqramlar haqqında məlumat və onların mövcud vəziyyətlərinin 
səviyyəsini əldə etmək olar.
Təyin olunmuş tapşırıqlar (Sheduled Tasks, Назначенные задания) – Avtomatik 
yerinə yetirilən xidməti proqramların siyahısına baxmağa, yerinə yetirilmə vaxtını 
dəyişməyə və yeni tapşırıq müəyyənləşdirməyə xidmət edir. Əmr verildikdən sonra 
açılan pəncərədən Add Tasks (Добавить задания) rejiminin üzərində düyməni 
sıxaraq yeni pəncərəyə keçib lazımi proqram seçmək lazımdır. Növbəti addıma 
keçilir. Bu addımda tapşırığa ad verilir. Bu ad proqramın öz adı da ola bilər. Həmin 
pəncərədə tapşırığın yerinə yetirilməsi və ya proqramın işə salınması parametri seçilir 
(hər gün, hər həftə, kompüter yüklənən kimi və s.) sonra «Готовo» düyməsi ilə 
prosesin başa çatdığı bildirilir. Sonrakı mərhələlərdə tapşırıqla əlaqədar parametrlər 
sorğulara cavab şəklində müəyyənləşdirilir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin