əldə edir. Adətən belə hallar proqramı işə salarkən başqa istifadəçinin adından istifadə
etdikdə baş verir;
- Proqrama qoşulma. Əməliyyat sistemlərində istifadə olunan proqrama qoşulma digər
proqrama qoşulmalar sinifindən fərqlənmir;
- Proqrama acgözlük. Bu proqram kompüterin bəzi resurslarını ələ keçirə bilir,
nəticədə digər proqramlar ya yerinə yetirilə bilmirlər, ya da ki, ağır sürətlə yerinə
yetirilirlər. Acgöz proqramın işə salınması məhvə gətirib çıxarır.
Əməliyyat sistemi o vaxt müdafiə olunan sayılır ki, o kanardan edilən müxtəlif sinif
hücumları dəff edə biləcək vasitələrdən istifadə edə bilsin. Müdafiə olunan əməliyyat
sistemi mütləq şəkildə istifadəçinin onun resurslarına əlçatanlıq etməsinə
məhdudiyyət qoyan vasitələrə malik olmalıdır. Bununla yanaşı əməliyyat sistemində
istifadəçinin həqiqiliyini yoxlaya biləcək vəsaitdə olmalıdır. Əməliyyat sistemi
təsadüfi təsirlərə və ya onun işini pozacaq (işdən çıxara biləcək) hallara da hazır
olmalıdır.
Bəzən elə olur ki, əməliyyat sistemi bütün baş verə biləcək hədələrdən deyil, onlardan
bəzilərindən müdafiə olunur. Belə olan halda əməliyyat sistemi qismən müdafiə
olunan əməliyyat sistemi adlandırılır.
Windows Brandmouer - Microsoft Windows əməliyyat sisteminin təqdim etdiyi
təhkükəsizlik xidmətidir. Brandmouer Windows komplektinə daxildir və sistem təzə
yükləndikdə aktiv rejimdə olur. İlk dəfə Windows XP SP2 versiyasında buraxılmışdır.
Brandmauer özündə kompleks şəkildə proqram təminatı cəmləşdirir ki, bu da
kompüterə internetdən və lokal şəbəkədən daxil olan bütün məlumatları yoxlayır,
proqramın parametrindən asılı olaraq bəzi məlumatları kompüterə buraxır, bəzilərinə
isə qadağa qoyur. Brandmouer antivirus proqramlarından fərqli olaraq kompüterə
müdaxiləni də bloklaşdırır. Brandmouer ilə yanaşı antivirus proqramlarının da olması
zəruridir.
Dostları ilə paylaş: