Linux fərdi kompüterlər üçün yaradıldığından proqramçılar hesab edirlər ki, MS-DOS
proqramları ilə uyğunluq yaratmaq olar. Linuxda distributivin bir hissəsi kimi DOS
emulatoru təklif olunur. O, Linux vasitəsi ilə birbaşa olaraq DOS proqramını yerinə
yetirməyə imkan verir. Microsoft Windowsun proqramlarının işləməsi üçün bir neçə
vasitə hazırlanmışdır. Onlardan ən çox tanınanı Wine-dır. Wine – Windows API-ın
sərbəst realizə edilməsidir. Wine, həmçinin, Linuxun distributivlərinin çoxunda var.
Linux – DOS və Windows fayl sistemləri arasında faylların problemsiz ötürülməsinə
icazə verir. Belə ki, bunu sərt diskin uyğun bölmələrinə müraciət etməklə həyata
keçirir. Lakin, bu zaman bəzi tənzimləmələr etmək lazımdır.
TCP/IP – Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə sistemidir. TCP/IP – internet
üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal şəbəkəyə birləşmək üçün Unix
maşını da TCP/IP istifadə edir. Həmçinin, Linux IPX/SFX, AppleTalks və s. bu kimi
protokolları dəstəkləyir.
Dostları ilə paylaş: