Mühazirə Əməliyyat sistemi anlayışı


WINDOWS əməliyyat sisteminin multimediya vasitələri



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə69/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   73
ƏS müh

WINDOWS əməliyyat sisteminin multimediya vasitələri  
WINDOWS əməliyyat sistemi xüsusi aparat və proqram vasitələrinin köməyi ilə 
yüksək keyfiyyətli səs və video interaktiv işini təmin edə bilir. Multimediyanın əsas 
vəzifəsi səs siqnalını rəqəm şəklinə və ya əksinə çevirmək; ikinci element isə - 
videoplatadır ki, onun vasitəsilə videoinformasiya rəqəm şəklinə və əksinə çevrilir. 
Səs platasına müxtəlif akustik sistemlər qoşulurlar. Səs və video ilə kompüterdə 
işləmək üçün çoxlu sayda proqram vasitələri mövcuddur. Bu cür proqramların 
minimal toplusu WINDOWS-un tərkibində vardır. Bu proqramlar vasitəsilə 
audikompakt diskləri oxutdurmaq, onlara informasiyanı yazmaq və səs fayllarını 
redaktə etmək, həmçinin videokliplərə baxmaq olar. Multimediya informasiyası (yəni 
cizgi, audio və video informasiya) çox böyük yer tutur. Buna görə də belə informasiya 
kompakt – disklərdə yerləşdirilir və həmin disklərdəki informasiyanı oxumaq üçün 
kompüterlərdə “CD-ROM” disk qurğusu olmalıdır.
Səsli media. Səs iki şəkildə yazılır, səsdalğası (waveform) və MIDI formatında. 
Səsdalğası formatındakı faylların çoxu diskdə daha çox yer tutur, ancaq səs kartı olan 


hər kəs bu faylları işlədə bilər. MIDI faylları isə daha az yeri tutur, ancaq bunlar 
yalnız MIDI


uygunluqlu avadanlıqlarla işləyə bilirlər. Artıq bir çox səs kartlarında MIDI 
sintezləyisi olur, bunun sahəsində bir çox multimedia sistemləri MIDI fayllarını işlədə 
bilirlər.
Waveform Audio (Audio Səs Dalğası) - Audio səs dalğası, səs dalğalarının rəqəm 
görünüşüdür. Kompüterdə analoq-rəqəm və rəqəm-analoq çeviricisi olan bir adapter 
varsa, səs yazmaq və səsləndirmək olar.
MIDI Audio (Musical Instrument Digital Interface - Musiqi Alətləri Rəqəm 
İnterfeysi) faylları səslərin rəqəm kodlarından deyil, əmrlərdən təşkil olunur. Bir 
MIDI əmri sintezləyiciyə hansı notu nə qədər müddətə səsləndirməsini bildirir.
CD Audio – WINDOWS adətən musiqi CD-lərinin kompüterin CD-ROM 
sürücüsündə səslənməsini təmin edən bir sürücü ilə birlikdə gəlir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin