Documents (Документы /Sənədlər), Music (Mузыка/Musiqi), Pictures (Изображения/Şəkillər),
Videos (Bидео/Videolar).
WINDOWS əməliyyat sistemində konfiqurasiya faylları və drayverlərlə iş Windows əməliyyat sisteminin müxtəlif xarakteristikalarını idarə edən bir neçə
konfiqurasiya faylları mövcuddur. Əsas konfiqurasiya faylları aşağıdakılardır:
1) SYSTEM.INI 2) WIN.INI 3) CONTROL.INI 4) PROGMAN.INI 5) WINFILE.INI Bu faylları Windows qovluğunda görmək olar. Windows mühitinin versiyasından
asılı olaraq Windows qovluğunda başqa konfiqurasiya faylları da iştirak edə bilər və
bu faylların da genişlənməsi .INI olacaq. Konfiqurasiya fayllarının əsas vəzifələri
bunlardır:
WIN.INI faylında Windows əməliyyat sisteminin şriftlərinin xarakteristikaları,
TRUE TYPE şriflərinin xüsusiyyətləri və əməliyyat sisteminin digər opsiyalarını
idarə edən əmrlər saxlanır.
SYSTEM.INI faylında əməliyyat sistemi ilə kompüterin aparat təminatının qarşılıqlı
əlaqəsini idarə edən əmrlər yerləşir.
CONTROL.INI faylında Windows mühiti pəncərələrində və dialoq panellərində
məxsus olan müxtəlif elementlərin rəngləri, kompüterə qoşulmuş printerin və digər
qurğuların parametrlərini təyin edir.
PROGMAN.INI faylında PROGRAM MANAGER yəni Proqramlar Dispeçerinin işini idarə edən əmrlər saxlanılır. Məlumdur ki, Xidməti Proqramlar Dispeçerini işə
salmaq üçün kombinasiyasını basmaq kifayətdir. Xidməti Proqramlara «Ekran böyüdücüsü» və «Ekran klaviaturası» aiddirlər.
Bu proqramları işə salmaq üçün Windows + U kobinasiyasını basdıqdan sonra ekrana
çıxan