Mühazirə Əməliyyat sistemi anlayışı


al?.txt yazılışı al1.txt; al2.txt; alı.txt; alo.txt



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə54/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   73
ƏS müh

al?.txt yazılışı al1.txt; al2.txt; alı.txt; alo.txt; 
als.txt və s. faylları əvəz edir .
???.com yazılışı adı 3 simvoldan ibarət olan “com”genişlənməli faylların hamısını 
əhatə edir.
va???.txt - yazılışı isə adları va ilə başlayan 5 simvoldan ibarət və”txt” genişlənməyə 
malik olan fayllar qrupunu göstərir. Məs 
vahid .txt; valeh .txt; vaqif.txt.; vasif .txt 
və s.
Faylların adlarının 

*
” və “?” işarələrindən istifadə etməklə ümumiləşdirilmiş 
yazılışına adların şablon və ya maska ilə verilməsi də deyilir.
Piktoqramlar. Windows əməliyyat sistemi və qrafiki interfeysin geniş yayıldığı 
dövrdə fayllar kompüter ekranlarında tamam başqa cür göründü. Artıq faylın tipi 
təkcə onun adının genişlənməsi ilə yox, həmdə ad qarşısında yerləşən xüsusi işarə ilə 
müəyyən edilir. Bu işarələr icons (значки/piktoqramlar) adlanır. İstənilən 
piktoqramda həmdə təmsil etdiyi obyektin adı olur. Piktoqram-dedikdə qovluqları, 
faylları, diskləri və s. obyektləri göstərən kiçik ölçülü qrafiki obyekt nəzərdə tutulur. 
Yəni, Windows əməliyyat sistemindəki piktoqramlar ən müxtəlif obyektləri-qurğuları, 
faylları, qovluqları, shortcut(ярлык/qısayol)-ları işarələmək üçün istifadə edilir.
Hər bir piktoqram yalnız bir fayla-proqrama və ya sənədə aiddir. Piktoqram faylın 
adının genişlənməsini əvəz edir, yəni faylın tipini təyin edir. Odur ki, çox vaxt 
faylların piktoqramlarda verilmiş adları genişlənməsiz görünür. Windows 7 əməliyyat 
sistemində faylların tipindən asılı olaraq onların piktoqramları üzərində bir-birindən 
fərqli rəsmlər olur. Həmçinin müəyyən bir proqram vasitəsilə yaradılmış sənədin 
piktoqramı üzərində həmin proqramın öz işarəsi, ya da həmin proqramın müəyyən bir 
əlaməti bu və ya digər dərəcədə iştirak edir. Bu isə sənədin işarəsinə baxarkən onun 
hansı tip fayla aid olduğunu və hansı tətbiqi sistemdə yaradıldığını müəyyən etməyə 
imkan verir.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin