Mühazirə Əməliyyat sistemi anlayışı


Sıxışdırılıb çıxarılmama planlaşdırması



Yüklə 1,07 Mb.
Pdf görüntüsü
səhifə27/73
tarix20.05.2023
ölçüsü1,07 Mb.
#118191
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   73
ƏS müh

 
Sıxışdırılıb çıxarılmama planlaşdırması, məsələn, MS Windows və Apple Macintosh 
əməliyyat sistemlərində istifadə olunur. Planlaşdırmanın bu cür rejimində proses özü üçün lazım 
olan qədər prosessor vaxtını məşğul edir. Belə olan halda, proseslərin dəyişdirilməsi yalnız icra 
olunan prosesin özü tərəfindən idarəni ötürmək istədikdə, baş verir (giriş-çıxış əməliyyatının 
bitməsini gözləmək üçün və ya işin sonunda). Planlaşdırmanın bu üsulu nisbətən sadə şəkildə 
həyata keçirilə bilər və kifayət qədər effektiv olur, çünki, proseslərin özlərinin işi üçün prosessor 
vaxtının böyük bir hissəsini ayırmağa və kontekstlərin dəyişdirilməsinə sərf olunan xərcləri 
minimuma qədər qısaltmağa imkan verir. Lakin, sıxışdırılıb çıxarılmama planlaşdırmada elə bir 
problem əmələ gələ bilər ki, bir proses prosessoru tam şəkildə ələ keçirir və bu da hər hansı bir 
səbəbdən (məsələn, proqramdakı səhvlərdən) təkrar olundu-ğundan, idarəni digər prosesə ötürə 
bilmir. Bu cür vəziyyətdə bütün hesablama sistemini yenidən yükləmək lazım gəlir.
 
Sıxışdırılıb çıxarılma planlaşdırması adətən, vaxta görə bölünmə sistemlərində istifadə 
olunur. Planlaşdırmanın bu rejimində proses icra olunmanın istənilən anında dayandırıla bilər. 
Əməliyyat sistemi, müəyyən vaxt intervalı - kvantın bit-məsi üzrə kəsilmə siqnalının generasiya 
olunması üçün xüsusi taymeri quraşdırır. Kəsilmədən sonra prosessor növbəti pro-sesin sərəncamına 
verilir. Vaxta görə kəsilmələr dialoq reji-mində işləyən istifadəçilər üçün proseslərə cavab 
verilməsinin uyğun olan vaxtına zəmanət verməyə kömək edirlər və hər hansı bir proqramın 
təkrarən istifadə olunması səbəbindən kompüter sisteminin “asılı” vəziyyətdə olmasının qabağını 
alırlar.
Mühazirə 9 
Planlaşdırma alqoritmləri 
 
Müxtəlif məqsədlərə nail olmaq və müxtəlif məsələlər sinfi üçün effektiv olmaq üçün, təyin 
olunan planlaşdırmanın müxtəlif cür alqoritmlərinin böyük toplusu mövcuddur. Onlardan bir çoxusu 
planlaşdırmanın bir neçə səviyyələrində istifadə oluna bilərlər. Bu bölmədə biz qısa müddətli 
planlaşdırma prosesinə aid olan və ən çox istifadə olunan alqoritmləri nəzərdən keçirəcəyik.

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin