-Cavab vermə vaxtının qısaldılması (
response time ) – istifadəçinin sorğusuna cavab vermək üçün
interaktiv sistemlərdə prosesə tələb olunan vaxtın minimallaşdırılması.
Planlaşdırma məqsədlərinin qoyulmasından asılı olma-yaraq,
həmçinin, arzu olunur ki,
alqoritmlər aşağıdakı xassələrə malik olsunlar:
-Gələcəyi qabaqcadan bildirə bilsinlər. Eyni bir tapşırıq təxminən eyni
bir vaxt ərzində yerinə
yetirilməlidir. Planlaş-dırma alqoritminin tətbiqi 4 ədədinin kvadrat kökünün hesablanması kimi
misalda bir işə salma zamanı saniyənin yüzdə bir vaxtında və ikinci işə salınma isə - bir neçə
sutkalar ərzində olmalıdır;
-Minimal qaimə xərcləri ilə əlaqəli olmalıdır. Prosessordan istifadə üçün ayrılmış
prosesə hər bir
100 millisaniyəyə proses-sorun öz sərəncamına hansı prosesin götürülməsinin təyin olunmasının və
kontekstin bir vəziyyətdən digərinə keçməsinə 200 millisaniyə düşərsə, o zaman bu cür alqoritmi,
aydındır ki, tətbiq etmək olmaz;
-Hesablama sisteminin resursları bərabər ölçüdə yüklənməlidir. O proseslərə üstünlük verilməlidir
ki, onlar az istifadə olunan resursları tutmuş olsunlar.
-Miqyaslanmaya malik olmalıdırlar, yəni, yük artdıqda, öz işləmə qabiliyyətini o dəqiqə itirməsinlər.
Məsələn, sistemdə proseslərin sayının 2 dəfə artması, proseslərin yerinə yetiril-məsinin tam vaxtının
10 dəfələrlə artımına gətirib çıxartmasın.
Yuxarıda göstərdiyimiz məqsədlər və xassələr bir-birinə zidd gəlirlər.
Bir kriteri nöqteyi-
nəzərdən alqoritmin işini yaxşılaşdırmaqla, biz digərinin nöqteyi-nəzərindən onu pisləş-diririk.
Alqoritmi bir sinif məsələlər üçün uyğunlaşdırmaqla, biz onunla bərabər,
digər sinif məsələlərin
hüquqlarını məhdudlaşdırırıq. Heç nə etmək mümkün deyildir. Həyat belədir.
Dostları ilə paylaş: