Microsoft Word muhazire 5 ve 6-yeni docx



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə1/9
tarix27.10.2022
ölçüsü0,84 Mb.
#66583
  1   2   3   4   5   6   7   8   9
vli-nanohism5-6



40 
MÜHAZİRƏ – 5 və 6 
Nanomaterialların alınma texnologiyaları: 
«yuxarıdan-aşağıya» və «aşağıdan-yuxarıya» konsepsiyaları.
Litoqrafiya və epitaksiya üsulları. 
Birölçülü, ikiölçülü və üçölçülü nanoquruluşların alınmasında istifadə
olunan digər üsullar 
Real şəraitdə (açıq sistemlərdə) nanoquruluşların əmələ gəlmə prosesi qeyri-
tarazlıq halında gedir. Bu o deməkdir ki, nanoölçülü quruluş əmələ gələn sistemlə 
ətraf mühit arasında daim enerji, informasiya mübadiləsi baş verir. Məhz bu 
faktorlar nanoquruluşun forma, ölçü və xassələrinə öz təsirini göstərir. Hətta ən 
kiçik faktorlar, məsələn, təzyiq, konsentrasiya, temperatur bir çox xassələrin 
formalaşmasında və ya itirilməsində mühüm rol oynayır. 
Nanozərrəciyi alan zaman mütləq ilk növbədə onun yüksək reaksiya 
qabiliyyəti və qeyri-stabilliyi nəzərə alınmalıdır. Əgər bunlar nəzərə alınmazsa, 
nanozərrəciklər ətraf mühitlə qarşılıqlı təsirə girərək, mühüm xassələrini itirərlər 
və aqreqasiyaya uğrayarlar. Bundan başqa, nanoquruluşların bir sıra xassələri və 
stabilliyi onun alınma üsulundan da birbaşa asılıdır. Ona görə də nanomaterialları 
almaq üçün aşağıdakı faktorlar mütləq surətdə nəzərə alınmalıdır: 
1. Sistemin qeyri-tarazlılığı. Praktik olaraq bütün nanosistemlər 
termodinamik baxımdan qeyri-dayanıqlı olduqları üçün və onların alınması 
tarazlıq halında aparılmadığı üçün üsulun seçilməsində bu faktor ilk növbədə 
nəzərə alınmalıdır; 
2. Nanozərrəciyin bircinsliliyi. Materialın kimyəvi bircinsliyinə o vaxt nail 
olunur ki, sintez prosesində komponentlərin bölünməsi baş verməsin. Ona 
görə də elə optimal üsuldan istifadə edilməlidir ki, bölünmə baş versə belə o, 
mühüm xassələrə təsir göstərməsin. 
3. Nanozərrəciklərin monodispersliyi. Nanozərrəciyin xassələri onun 
ölçülərindən birbaşa asılıdır. Ona görə də yaxşı, qeyri-adi xassələrə malik 
nano material almaq üçün ölçülərinə görə az fərqlənən zərrəciklərdən 
istifadə etmək lazımdır.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin