Microsoft Word muhazire 5 ve 6-yeni docx


Nanoquruluşların alınması 2 konsepsiya üzərində qurulur



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə2/9
tarix27.10.2022
ölçüsü0,84 Mb.
#66583
1   2   3   4   5   6   7   8   9
vli-nanohism5-6

Nanoquruluşların alınması 2 konsepsiya üzərində qurulur. Bunlardan biri 
«aşağıdan-yuxarıya»  (kondensasiya olunma; atom, ion, molekulların birləşməsi), 
digəri isə «yuxarıdan-aşağıya» (dispergiləşmə; kiçildilmə) konsepsiyalarıdır. 
«Aşağıdan-yuxarıya» konsepsiyası fərdi (ayrı-ayrı) atomların birləşərək 
nizamlı quruluşun yaradılması deməkdir. Bunu öz-özünə qablaşma və ya katalitik 
kimyəvi reaksiyaların bəzi ardıcıllıqla aparılması nəticəsində həyata keçirmək olar. 
Belə proseslər bioloji sistemlərdə çox geniş yayılmışdır və demək olar ki, canlı 
təbiətin yaşaması üçün an-baan baş verən təbii haldır. Məsələn, fermentlər adlanan 
bioloji katalizatorlar amin turşularını elə ardıcıllıqla yığırlar ki, bunun nəticəsində 
canlı toxuma formalaşır.


41 
«Yuxarıdan-aşağıya» konsepsiyası isə iri makroölçülü obyektin və ya 
quruluşun tədricən ölçülərinin azalması ilə nanoquruluşların yaradılması deməkdir.
Nanoquruluşların alınmasında istifadə olunan üsullar şərti olaraq kimyəvi 
(nanozərrəciklər kimyəvi reaksiyalar vasitəsilə alınır) və fiziki (fiziki proseslə 
alınma) üsullara bölünür. Lakin hər hansı bir üsulu fiziki və ya kimyəvi 
adlandırmaq çox çətindir, çünki əksər hallarda fiziki proseslər və kimyəvi 
reaksiyalar eyni vaxtda baş verir. 
Nanoquruluşların və nanomaterialların alınma üsullarını ümumi halda aşağıdakı 
kimi təsnif etmək olar: bunun üçün üsullar şərti olaraq 5 qrupa bölünür 
1. Yüksək enerjili üsullar: bu üsullarda aqreqasiya prosesi və əmələgələn 
zərrəciklərin ölçülərinin böyüməsi baş vermir. Çünki bu üsullar buxarın tez 
kondensasiyaya uğranası şəraitində gedir. 
2. Mexano-kimyəvi üsullar: bu üsullarda nanokompozitlərin alınması 
aşağıdakı kimi; a) “dəyirmanlarda” bir-biri ilə qarışmayan komponentlərin 
birgə üyüdülməsi ilə, və b) bərk məhlulların mexaniki gərginlik altında 
parçalanması nəticəsində yeni fazaların əmələ gəlməsi ilə baş verir. 
3. Fəza-məhdudiyyətli sistemlərdən – nanoreaktorlardan (damcılardan, 
təbəqələrdən) istifadə edilməsinə 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin