47
Mürəkkəb şəraitdə işləyən qurğuların səthlərini
qorumaq məqsədi ilə
işlədilən almazabənzər və keramik nanosəthlər daha çox perspektivli hesab olunur.
Bunlar içərisində xassələrinin spesifikliyi və alınma texnologiyası ilə digərlərindən
fərqlənən Lenqmür-Blocet səthlərini xüsusilə qeyd etmək lazımdır.
Əvvəlki mühazirəmizdə Lenqmür-Blocet səthləri haqqında məlumat
vermişdik. Bu səthlər bir materialdan ibarət altlıq üzərinə digər materialın
çökdürülməsi vasitəsilə alınır ki, bunun da 3 variantı mövcuddur, yəni bu proses 3
rejimdə aparılır:
1.
Frank-Van-der-Merve rejimi; bu rejimdə bütöv təbəqə hissə-hissə (lay-
lay) yaradılır ki, buna ikiölçülü artım deyirlər.
2.
Volmer-Veber rejimi; bu rejimdə “adacıqlar” böyüyür (üçölçülü artım).
3.
Stranski-Krastanov rejimi; bu kombinə olunmuş rejimdir. Burada əvvəlcə
laylı, sonra isə “adacıqlı” artım formalaşır.
Lenqmür-Blocet texnologiyasında istifadə edilən amfifil molekulları xüsusi
(fərqli) quruluşları ilə səciyyələnirlər:
molekulun bir ucu hidrofil
1
olduğu üçün
suya batmış olur, digər ucu isə hidrofob
2
olduğu üçün havada (və ya qeyri-polyar
həlledicidə) olur. Ona görə
də bu cür molekullar hava-su, yağ-su sərhəddində
yerləşməyə üstünlük verir, yəni özlərini səthi-fəal maddələr kimi aparır.
Monolayların hava-su sərhəddindən bərk altlıq üzərinə çökdürülməsi prosesi
2 üsulla yerinə yetirilir. Bu üsullar içərisində ən çox yayılmış və daha
geniş şəkildə
istifadə olunan üsul – şaquli çökdürülmə adlanır. Burada amfifil maddənin
monolayı hava-su sərhəddindən altlıq üzərinə şaquli aparılır.
1
Monolayları su ilə qarşılıqlı təsirə girən (suda həll olan), şişən və LB-texnologiya ilə
çökdürülən maddələr hidrofil maddələr adlanır.
2
Su ilə qarşılıqlı təsirə girməyən (suda həll olmayan), şişməyən maddələr
isə hidrofob maddələr
adlanır.