49
Epitaksial layların formalaşması qeyr-tarazlıq şəraitində getdiyi üçün onları
tədqiq etmək və enerjiyə görə interpretasiya etmək çox çətindir.
Lenqmür-Şayfer üsulu səthlərin formalaşması
İndi isə üçölçülü nanomateriallardan füllerenlərin və karbon
nanodorularının yaranma üsullarını nəzərdən keçirək.
Keçən əsrin elmi nəşrlərində klasterlər haqqında məlumatlarda deyilir ki,
hətta
3000 – 4000 K temperaturunda bərk faza ilə tarazlıqda olan karbon qazı, əsasən, C
n
klasterlərindən ibarət olur və bu klasterlər içərisində əsas yeri C
15
klasterləri tutur.
Bu deyilənlərdən aydın olur ki, əgər biz karbon atomlarından
ibarət buxar yarada
bilsək, sonra yüksək temperatur və təzyiq şəraitində onun asta-asta kondensasiya
etməsinə imkan versək, onda mütləq sferik formalı füllerenlər yaratmış olarıq”.
Elm dairələri arasında füllerenlərin müxtəlif yaranma
modelləri irəli sürülür
ki, bunlardan biri kimi C
10
halqasına ardıcıl olaraq dayanıqlı C
2
–nin
birləşməsi
nəzərdə tutulur. Aşağıdakı şəkildə halqalardan C
60
və C
70
füllerenlərinin yaranma
modeli göstərilmişdir.