Sorğu edilən resursların əvəz olunması proqramın yeri-nə yetirilməsinin dayandırılmasına
səbəb olur və nəticədə prosessor çox vaxt boş dayanmış olur. Kompüterdən istifadənin effektivliyini
artırmaq üçün oxşar resurslara malik olan tapşırıqlar bir yerdə yığılmağa başlanır və beləliklə,
tapşırıqlar paktlərini yaradırlar.
Paket emalının ilk sistemləri əmələ gəlirlər ki, onlar paketdəki bir proqramın digər proqram
arxasınca işə salın-masını sadəcə olaraq, avtomatlaşdırır və bununla da, proses-sorun yüklənilmə
əmsalını artırırlar. Paket emalı sisteminin həyata keçirilməsində tapşırıqların idarəsi üzrə formalizə
olun-muş dil işlənilir ki, onun köməkliyi ilə proqramçı sistemə və operatora məlumat verirdi ki, o,
hesablama maşınında hansı işi yerinə yetirmək istəyir. Paket emalı sistemləri müasir əməliyyat
sistemlərinin bir nümunəsi oldu, onlar hesablama prosesinin idarə olunması üçün təyin olunan ilk
sistem proq-ramları oldular.
Dostları ilə paylaş: