İlk öncə yaddaş qurğuları nədir onun haqqında qısa məlumat verək. Yaddaş qurğuları informasiyanı daimi və müvəqqəti saxlamağa kömək edən qurğulardır. Yaddaş qurğuları təyinatına və funksiyasına görə bir-birindən fərqlənir. Yaddaşın aşağıdaki əsas xarakteristikaları var:
Yaddaşın həcmi- Yaddaşda yerləşə biləcək informasiyanın maksimal miqdarıdır. Bayt, kilobayt və s. ölçü vahidləri var.
Yaddaşa müraciət vaxtı- İnformasiyanın yaddaşa yazılması və oxunulması üçün minimal vaxt. Milli saniyələrlə ölçülür.
Yazılış sıxlığı- Yaddaşın vahid səthinə yazılan informasiya miqdarı. Bit/mm² ilə ölçülür
Yaddaş qurğuları özüdə 2 yerə ayrılır: Daxili və Xarici yaddaş qurğuları
Daxili yaddaş qurğuları
- Əməli yaddaş qurğusu(Ram)
- Daimi yaddaş qurğusu(Rom)
- Registr yaddaş
- CMOS yaddaş
- Keş yaddaş
Xarici yaddaş qurğuları
- Bərk maqnit disk qurğusu(HDD)
- Çevik maqnit disk qurğusu(FDD)
- CD disk
- DVD disk
- Fləş kart
- Maqnit lent qurğusu
Bərk maqnit disk qurğusu(HDD-Hard Disc Drive)- Qat-qat disklərdən ibarətdir. İnformasiyanı uzun müddət saxlaya bilir və həcmidə olduqdca böyük olur. Enerjidən asılı olmur. Fərdi kompüterlərdə əsasən Hard disklər məntiqi hissələrə bölünür: Local disc(C:); Local disc(D:) və s. Hard disk əsasən Əməliyyat sistemini, proqram fayllarını və şəxsi faylları saxlamaq üçün istifadə olunur
Xarici yaddaç qurğuları
Çevik maqnit disk qurğusu(FDD- Floppy Disc Drive)-Enerjidən asılı olmayan xarici yaddaş qurğusudur. Həcmi olduqca kiçikdir. Diametri 89mm (3.5 düym), həcmi isə 1.44 Mbayt-dır
CD(Compact Disc)-İlk vaxtlarda yalnız səs fayllarının saxlanılması üçün yaradılmışdı. Sonradan artıq başqa verilənləri də saxlamaqda mümkün olmuşdur. Bu diskin CD-R (Compact Disc Recordable) və CD-RW (Compact Disc ReWritable) növləri mövcuddur. CD-R diskə informasiya yalnız 1 dəfə yazılır. CD-RW diskə isə dəfələrlə informasiya yazıb silmək mümkündür. Həcmi 700 Mbayt öçüləri isə 3.5 düym və 5.25 düymdür
DVD(Digital Versatile Disc)- bu disklərə də istənilən sturukturda informasiya yazmaq olar.
Sturukturuna görə 3 yerə bölünür:
DVD-Video: Filmlərin və kliplərin saxlanılması üçün.
DVD-Audio: Səs informasiyasının yüksək keyfiyyətdə saxlanılması.
DVD-Data: İstənilən verilənin saxlanılması.
Fləş kart- Enerjidən asılı olmayan yaddaş qurğusudur. Daşına bilən yaddaş qurğusu olub, informasiyanı özündə uzun müddət saxlaya bilir. Fləş kartın daxilində olan mikrosxemlər informasiyanı yazmağa və saxlamağa imkan verir
Maqnit lent qurğusu(Streammer)-Məlumatı maqnit lenti üzərində saxlayan yaddaş qurğusudur. Bu qurğulara strimer kaseti də deyilir. Bu qurğular etibarlı işləyir, qiyməti ucuzdur və böyük yaddaş həcminə malikdir. Məlumatın yazılma və oxunulma müddəti digərlərinə nisbətən zəifdir
Dostları ilə paylaş: |