yüksəkdir.
AZƏRTAC “Naked Science” saytına
istinadla xəbər verir ki, belçikalı alimlər
venanın tor qişasının kateterlənməsi (RVC)
metodu yaradıblar. Bu halda xüsusi ro-
botdan istifadə edilməsi nəzərdə tutulur.
Əməliyyatın gedişində cərrah həmin robotun
köməyi ilə diametri 0,03 millimetr olan iynəni
tromblanmış venaya daxil edir. Bu zaman ro-
bot həkimin mikrohərəkətlərini sabitləşdirir,
iynə damara daxil ediləndən sonra inyeksiya
tamamilə başa çatana qədər 10 dəqiqədən
artıq müddətdə həmin iynəni tutub saxlayır.
Həkimlərin sözlərinə görə, yeni ro-
bot konkret pasiyent üzərində sınaqdan
keçirilib. Hazırda xəstə özünü yaxşı hiss edir.
Sınaqların ikinci mərhələsində mütəxəssislər
bu prosedurun klinik effektlərini yoxlayacaq,
o cümlədən pasiyentin görmə qabiliyyətinin
bərpaolunma dərəcəsini qiymətləndirəcəklər.
Bildirilir ki, robot-cərrahın yaradılması üçün
yeddi il araşdırma aparılıb.
Mütəxəssis sözü
u
Ali sinir fəaliyyətində olan
pozğunluq ya üzvi dəyişiklik,
ya da funksional pozğunluq
nəticəsində həzm sistemi orqanla-
rında özünü büruzə verir.
Bu
haqda
klinikanın
mətbuat
xidmətinə Tədris Terapevtik Klinikası-
nın dosenti, fizioterapevt Paşa Mehdiyev
açıqlama verib.
O bildirib ki, mədə-bağırsaq sistemi
xəstəlikləri içərisində ən çox yayılan
mədə və onikibarmaq bağırsağın xora
xəstəliyidir.
“Keçmişdə bunun etologiyasında
nevroloji amilin üstünlük təşkil etdi-
yi deyilirdi. Stress, əsəb sarsıntıları
ilə bağlı olan bir xəstəlik kimi bunu
qiymətləndirirdilər. Elm inkişaf etdikcə
bu xəstəliyin başqa səbəbləri ortaya çıx-
dı, burada tək sinir faktoru yox, başqa
amillərin də rolu olduğu məlum oldu.
Xora xəstəliyinin ümumi orqanizmin
xəstəliyi olması ilə bağlı fikirlər möv-
cuddur. Sadəcə olaraq mədə və oniki-
barmaq bağırsağın xəstəliyi selikli və
əzələ qişalarının zədələnməsi ilə özünü
göstərir. Xora xəstəliyi zamanı xəstə olan
şəxs pəhriz sisteminə əməl etməlidir.
Buna əməl olunmazsa, xoranın əmələ
gəlməsinə əlverişli şərait yaranar”.
P.Mehdiyev qeyd edib ki, qıcıqlanmış
bağırsaq sindromu xəstəliyi də geniş ya-
yılmış xəstəliklər sırasına daxildir.
“Bu xəstəlik də məhz funksional poz-
ğunluq kimi xarakterizə edilir və sinir
mənşəli olur. Elə insan var ki, bu xəstəlik
onda ya ishal, ya da qəbzlik formasında
özünü büruzə verir. ABŞ-da orta yaş-
lı əhalinin 20-40%-də bu xəstəliyə rast
gəlinir. Bu hal həyəcanla müşayiət olunur
və ishal, ürəkbulanma, qusma əlamətləri
olur. Bu zaman əsasən sakitləşdirici
dərman vasitələrindən istifadə etmək
lazımdır. Antibiotiklərdən istifadə isə
qətiyyən tövsiyə olunmur. Adətən, il-
kin olaraq ishalı dayandıran, sinir sis-
temini sakitləşdirən dərmanların qəbul
edilməsi məqsədəuyğundur. Xüsusilə,
təbii müalicəvi üsullardan, bitkilərdən
istifadə, eyni zamanda mühiti dəyişmək,
idman, dəniz, üzgüçülük kimi amillər də
bu xəstəlikdə çox effektiv təsir göstərir”.
Sinir mənşəli pozğunluğa xüsusilə öd
kisəsində rast gəlindiyini deyən, P. Meh-
diyev buna öd kisəsinin diskineziyası de-
yildiyini bildirib.
“Bir şeyi xüsusi olaraq vurğulamaq
istəyirəm ki, bu, iltihab mənşəli pozğun-
luq deyil. Öd kisəsində heç bir iltihab
əlamətləri olmur. Bu zaman sağ qabırğa
altı nahiyədə diskomfort halları, bəzi hal-
larda öd xaric olması, ağız boşluğunda
acılıq, ürəkbulanma əlamətləri olur. Belə
hallarda antibiotiklərdən, ödqovucular-
dan istifadə etmək heç bir fayda vermir.
Yenə də deyirəm ki, təbii vasitələrdən
istifadə daha məsləhətlidir. İş və yuxu
rejimini tənzimləmək isə mütləqdir.
Ümumdünya Səhiyyə Təşkilatının
(ÜST) verdiyi bir tərif var: “İnsan mütləq
yaşayış və iş yerindən getməlidir”. Vacib
deyil ki, yaxşı yemək yesin, çox yatsın,
insan onu qıcıqlandıran mühitdən mütləq
uzaqlaşmalıdır. İstirahət budur”.
Pərvin ARZUQIZI
Sinir mənşəli pozğunluğun həzm sistemi orqanlarında
yaratdığı problemlər və həkim tövsiyəsi
Robot-cərrah gözün tor qişasının okklüziya
xəstəliyinin müalicəsinə kömək edib
Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi
səsvermə
yolu ilə qurumun baş direktoru
vəzifəsinə üç namizəd irəli sürüb.
Onların adları Dünya Səhiyyə
Assambleyasına təqdim olunacaq.
AZƏRTAC DST-nin saytına istinadla
xəbər verir ki, səsvermədən əvvəl üzv
dövlətlər beş namizədlə müsahibə apa-
rıblar. Namizədliyi irəli sürülən 3 nəfərin
– Tednos Adhanom Gebreyezus (Efiopi-
ya), David Nabarro (Böyük Britaniya) və
Sani Niştarın (Pakistan) adları yanvarın
25-də ümumi axşam iclasında elan edi-
lib.
DST-nin üzvü olan dövlətlər 2017-ci ilin
mayında Dünya Səhiyyə Assambleyasının
sessiyasında keçiriləcək səsvermə zama-
nı bu üç namizəddən birini seçməlidirlər. Yeni baş direktor vəzifəsinin
icrasına 2017-ci ilin iyulunda başlayacaq.
Dünya Səhiyyə Təşkilatının baş direktoru
vəzifəsinə namizədlərin adları açıqlanıb
Beyinin fəaliyyətinin yaxşılaşdırılması üçün 5 MƏSLƏHƏT
31 yanvar 2017-ci il
http://w w w.amu.edu.az
7
Ziba Əliyeva 1932-ci ildə Ağs-
tafa rayonunda ziyalı ailəsində
anadan olmuşdur. Orta təhsilini
həmin rayonda alan Ziba xanım
1948-ci ildə Azərbaycan Xari-
ci Dillər İnstitutuna daxil olmuş
və 1953-cü ildə həmin institutu
fərqlənmə diplomu ilə bitirmiş-
dir. O, ali təhsilini başa vurduq-
dan sonra 1953-1964-cü illərdə
əmək fəaliyyətinə orta məktəbdə
müəllim kimi davam etdirmişdir.
1964-cü ildən N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb
İnstitutunun latın dili kafedrasın-
da müəllim vəzifəsinə işə qəbul
olunan Z.Əliyeva ömrünün sonu-
na qədər həmin kafedranın baş
müəllimi olaraq çalışmışdır.
İşlədiyi illər ərzində Ziba xanım
universitetin ictimai həyatında
da fəal iştirak etmişdir. Belə ki, o
1970-1990-cı illərdə universitetin
həmkarlar təşkilatının büro üzvü
kimi aktiv fəaliyyət göstərmişdir.
Ziba xanım 40-dan artıq elmi
məqalənin, o cümlədən əczaçılıq
fakültəsi üçün yazılan “Latın
dili və əczaçılıq terminləri” dərs
vəsaitinin, “Kliniki terminlər
lüğəti”nin müəlliflərindən biridir.
Ziba xanım bir insan kimi o
qədər həssas, o qədər səmimi
idi ki, onu bir dəfə görməklə bu
gözəl xanımı xoş duyğularla xa-
tırlamalı olurdun. Fədakar ana,
sevimli nənə, qayğıkeş və həssas
müəllim ömrü yaşamış Ziba xı-
nım əzızlərinin və onu tanıyanla-
rın, həmçinin dərs dediyi sevimli
tələbələrinin qəlbində əbədi ya-
şayacaqdır
Allah rəhmət eləsin, qəbri
nurla dolsun!!
Latın dili kafedrasının əməkdaşları
Ziba İbrahimxəlıi qızı Əliyeva
Universitetin Latın dili
kafedrasına ağır itki üz
vermişdir. Uzun müddət Latın dili
kafedrasında baş müəllim işləmiş
Ziba İbrahimxəlıl qızı Əliyeva
dünyasını dəyişib.
Balqabaq şirəsi unikal
müalicəvi məhsuldur.
Onun tərkibində A, B, E, K
vitaminləri, müxtəlif mine-
rallar və s. faydalı mad də-
lər var.
Balqabağın bişirilməsi za manı
bu maddələrin bir çox hissəsi
dağılır, şirədə isə onlar saxlanılır.
Balqabaq şirəsi pektinlərlə
zəngindir. Pektinlər orqanizmi
ziyanlı maddələrdən təmizləyir,
bağırsaqların fəaliyyətini yaxşı-
laşdırır.
Balqabaq şirəsi ürək-damar
sistemi xəstəlikləri olan insanlar
üçün çox faydalıdır.
Bu şirə kişi sağlamlığına da
müsbət təsir edir. Prostat vəzi
xəstəlikləri olan kişilərə həkimlər
hər gün, gündə 1 stəkan olmaqla
bu şirəni qəbul etmək tövsiyə
edirlər. Müalicə kursu - 2-3 həftə.
Balqabaq şirəsi orqanizmə
cavanlaşdırıcı təsir edir, orqaniz-
min tonusunu artırır.
Qara ciyər xəstəliklləri zama-
nı da şirə müalicəvi və profilaktik
məhsul kimi istifadə oluna bilər.
Balqabaq və onun şirəsi qara
ciyərin ən xoşladığı məhsullardan
biridir.
Balqabaq şirəsi qədimdə sidik
ifrazı sisteminin iltihabları zamanı
müalicəvi vasitə kimi istifadə olu-
nurdu.
Balqabaq şirəsi öd kisəsinə
və öd yollarına müsbət təsir edir,
durğunluğu azaldır.
Artıq çəkidən əziyyət çəkən
insanlar da bu şirədən faydalana
bilərlər. Balqabaq şirəsi azkalorili
məhsuldur, mübadilə proseslərini
yaxşılaşdırır, artıq mayeni
orqanizmdən xaric edir.
A vitamini və karotinlə zən gin
olan balqabaq şirəsini uşaqların
qidalanmasına daxil etmək
lazımdır. A vitamini uşağın boyat-
ma və inkişaf proseslərində böyük
rol oynayır.
Soyuq fəsillərdə balqabaq
şirəsi soyuqdəymə xəstəlikləri
zamanı müalicəvi vasitə kimi
istifadə oluna bilər. Bunun üçün
1/2 stəkan təzə balqabaq şirəsinə
1 çay qaşığı bal əlavə edib gün
ərzində 2 dəfə qəbul etmək
lazımdır. Bu qarışıq insanın im-
mun sistemini gücləndirir ki,
orqanizm daha fəal şəkildə virus-
larla mübarizə aparır.
Xəstəliklərin profilaktikası
üçün və orqanizmi möhkəm-
lən dir mək məqsədi ilə balqa-
baq şirəsini hər səhər acqarına
yeməkdən 20-30 dəqiqə əvvəl
qəbul etmək lazımdır.
Balqabaq şirəsi bağırsaqları
yaxşı “işlədir”. Bu səbəbdən qə-
biz likdən əziyyət çəkən insanlar
bu şirəni tez-tez qəbul etməlidir.
Balqabaq şirəsini hazır
la-
dıqdan dərhal sonra qəbul etmək
lazımdır və şirəni təzə alma, kök
şirələri ilə qarışdırmaq olar.
Bəzi mədə-bağırsaq sistemi
xəstəlikləri zamanı, ishala meyil-
lik olduqda bu şirə insana ziyan
vura bilər.
saglamolun.az
Son 10 ildə texnologiya
ina nılmaz dərəcədə dəyi şib,
ancaq bizim bioloji təka-
mülümüz bu inkişafdan geri
qalır.
Hələ bir müddət əvvəl
sensor ekranlı və video
əlaqəli telefonlar fantastika
kimi görünsə də, hazırda bu
heç kimi təəccübləndirmir.
Bu mükəmməldir, lakin
bu texnologiyaların gətirdiyi
vərdişlər sağlamlığımıza
köklü şəkildə təsir edir və
təbii ki, müsbət istiqamətdə
deyil...
Bilirsinizmi ki, ayaqüstdə
dayanaraq bir əlinizdə tele-
fon tutduqda bədəniniz san-
ki boynunuzda 6 yaşlı uşağı
saxlayırmışsınız kimi ağırlıq
hiss edir?
Siz supermarketdə növ-
bə də dayandıqda Facebook
səhifənizə göz gəzdirərkən
və ya WhatsApp-da ki məsə
mesaj göndərərkən bədə-
ninizə düşən təzyiq analoji
olaraq 27 kq-a bərabər olur.
Nyu-Yorkda tibbi re-
abilitasiya klinikasının
onurğa sütunu bölməsinin
həkimi Kernet Hansraj
başınızı əyərək mobil tele-
fona baxdığınız zaman
bədəninizdə nələr baş
verdiyinin virtual modelini
hazırlayıb.
Boynunuzu biraz qaba-
ğa verərək başınızı aşağı
əydiyiniz zaman boyun
fəqərələrinə elə dərəcədə
təzyiq edirsiniz ki, bunu
ağlınıza belə gətirə bil-
məzsiniz. Əgər bu halda 2-4
saat qalırsınızsa, deməli,
həyəcan təbili çalmağın
vaxtıdır.
Hansraj “Surgical
Tech no logy
Internati o-
nal” jurnalında dərc olu-
nan məqaləsində qeyd
edir ki, düzgün qamət
qulaqların çiyinlərlə ey
ni
zolaqda olduğu duruş
dur.
Bu vəziyyət stress dərə-
cəsini azaldır və kortizol
səviyyəsini aşağı salır. Bu
səbəbdən də qeyri-düzgün
du
ruş forması bədənin
vaxtından əvvəl sıra-
dan çıxmasına və amor-
tiza siyasına
(də yər lərini
itirməsinə) yol açmaqla
yanaşı eyni zamanda xron-
iki depressiya və halsızlığın
mümkün səbəblərindən
biridir.
Bu problemin yaran ma-
sının qarşısını almaq üçün
telefonu düz qar
şınızda,
gözlərinizin
səviy yəsində
saxlayın. Başınızı əyməyin.
Mətnin yazılması zaman
planşeti 30 dərəcə bucaq
altında tutmağa çalışın, elə
ki, onun küncü biləklərinizi
qorusun. Boyun çiyinlərlə
eyni səviyyədə qalmalıdır.
Balqabaq şirəsinin faydalı və
müalicəvi xüsusiyyətləri
Ayaqüstdə əldə telefon tutmaq
bədənə təzyiq edir
•
Amerika alimləri böyrək ça-
tışmazlığından əziy
yət çəkən
xəstələrin əksəriy yətinin kliniki
göstəricilərin olmasına baxma-
yaraq, dep ressiya dərmanları
qəbul etmədiklərini aşkar
ediblər.
AZƏRTAC Naked Science
saytına istinadla xəbər ve-
rir ki, tədqiqatlar çərçivəsində
elm adamları hər ay kəskin və
xroniki böyrək çatışmazlığın-
dan əziyyət çəkən 101 nəfər
arasında sorğu aparıblar. Sor-
ğu depressiya əlamətləri və
müalicə kursunun gedişatına
aid idi.
Araşdırmalar zamanı 101
nəfərdən
39-da
depressiya əla mət-
ləri müşa hidə edi-
lib. 18 haldan 11-də
depressiya əleyhinə
dərmanların qəbulu
həkim tərəfindən
məsləhət görülməsə
də, xəstələrin 91
faizinin
özlərinin
bu tipli preparatla-
rı qəbul etməkdən
imtina etdikləri bəlli
olub.
Tədqiqatçıların fik rincə, bu
göstərici adıgedən xəstəlikdən
əziyyət
çəkən
insanların
müalicə istiqamətinə yenidən
baxılmasını tələb edir.
•
Zehni yorğunluq
başa
ğrısı və yuxu-
suzluq kimi halla-
ra səbəb olur, sosial
həyatımıza mənfi
təsir göstərir.
Mütəxəssislər
həm
bə dənin, həm də zeh-
nin yorğunluğunu ara-
dan qaldırmaq üçün
mixəkdən yararlanmağı
tövsiyə edirlər.
Zehni yorğunluğu ara-
dan qaldırmaq üçün mixəkdən
istifadə qaydası belədir:
Bir stəkan qaynar suyun içərisinə
9-10 ədəd mixək atıb 5-6 dəqiqə
dəmlənməyini gözləyin. Çayı ilıq
şəkildə için. İçdikdən sonar yor-
ğunluğunuzun azaldığını hiss
edəcəksiniz. Bu çaydan hər gün 1
stəkan içmək olar. Çayı səhər sa-
atlarında içməyiniz məsləhətdir.
Böyrək çatışmazlığından əziyyət
çəkənlərin əksəriyyəti depressiya
dərmanları qəbul etməlidirlər
Mixəyin inanılmaz təsiri
http://w w w.amu.edu.az
31 yanvar 2017-ci il
Bioloji kimya kafedrasının
əməkdaşları kafedranın asisstenti Ellada
Hüseynovaya atası
Eldar kişinin
vəfatından kədərləndiklərini bildirir və
dərin hüznlə başsağlığı verirlər.
I cərrahi xəstəliklər kafedrasının
əməkdaşları kafedranın asisstenti Əmrah
Əhmədova anası
Sənəm xanımın
vəfatından kədərləndiklərini bildirir və
dərin hüznlə başsağlığı verirlər.
Uşaq cərrahlığı kafedrasının
əməkdaşları kafedranın dosenti Zemfira
Səlimxanovaya qardaşı
Orxan Səlimxanovun
vəfatından kədərləndiklərini bildirir və
dərin hüznlə başsağlığı verirlər.
Farmakologiya kafedrasının
əməkdaşları və hərbi tibb fakültəsinin III
kurs, 1110
b
qrup tələbələri farmakologiya
kafedrasının asisstenti
Mədinə xanım İbrahimovanın
vaxtsız vəfatından kədərləndiklərini
bildirir və mərhumun ailəsinə dərin
hüznlə başsağlığı verirlər.
Farmakologiya kafedrasının
əməkdaşları kafedranın dosenti Aydın
Əliyevə bacısı
Məhəbbət xanım Yusifovanın
vəfatından kədərləndiklərini bildirir
və mərhumun ailəsinə dərin hüznlə
başsağlığı verirlər.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 1800
Tibb aləmində
Kafedraların professorları
(elmlər doktorları):
- I uşaq xəstəlikləri kafedrası - 1 yer
- Psixiatriya kafedrası - 1 yer
- Bioloji kimya kafedrası - 1 yer (0,5 vahid)
- Farmakologiya kafedrası- 1 yer
Kafedraların dosentləri
(fəlsəfə doktorları):
- I uşaq xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)
- Psixiatriya kafedrası -1 yer (0,5 vahid)
- II uşaq xəstəlikləri kafedrası - 1 yer (0,5 vahid)
- İctimai sağlamlıq və səhiyyənin
təşkili kafedrası - 1 yer (0,5 vahid)
- Latın dili kafedrası - 1 yer (0,5 vahid)
Kafedraların assistentləri:
- İmmunologiya kursu - 1 yer
- II mamalıq və ginekologiya
kafedrası - 1 yer (0,5 vahid)
- İnsan anatomiyası kafedrası - 2 yer
- Fizioterapiya və idman təbabəti kafedrası - 1 yer
- Ortopedik stomatologiya kafedrası - 2 yer (0,5 vahid)
Kafedraların müəllimləri:
- Xarici dillər kafedrası - 1 yer (0,5 vahid)
- Hərbi tibb fakültəsinin tibbi
profilaktika kafedrası - 1 yer
- Hərbi tibb fakültəsinin hərbi terapiya kafedrası - 1 yer
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim
olunma müddəti elan qəzetdə dərc olunduğu gündən
30 gün keçənədəkdir. Sənədlər rektorun adına ya-
zılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim
edilməlidir:
AZ 1007, Bakı şəhəri , Ənvər Qasımzadə küçəsi 14:
Telefon: (012) 597-43-23
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
KAFEDRALAR ÜZRƏ AŞAĞIDAKI
YERLƏRİ TUTMAQ ÜÇÜN
MÜSA BİQƏ ELAN EDİR
Stomatologiya fakültəsinin IV kurs, 740
a
qrup tələbəsi
Əmirməsud Əlipursərvərinin adına verilmiş tələbə bileti it-
diyi üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin II kurs, 8
a
qrup
tələbəsi İmanov Eşqin Bəhriş oğlunun adına verilmiş tələbə
bileti itdiyi üçün etibarsız sayılır.
II müalicə-profilaktika fakültəsinin V kurs, 310
a
qrup
tələbəsi Yusifzadə Elmar Elçin oğlunun adına verilmiş
tələbə bileti itdiyi üçün etibarsız sayılır.
II müalicə-profilaktika fakültəsinin IV kurs, 280
b
qrup
tələbəsi Ədilova Tünzalə Rövşən qızının adına verilmiş
tələbə bileti itdiyi üçün etibarsız sayılır.
II müalicə-profilaktika fakültəsinin I kurs, 361
a
qrup
tələbəsi Quliyev Elmir İzafət oğlunun adına verilmiş tələbə
bileti itdiyi üçün etibarsız sayılır.
I müalicə-profilaktika fakültəsinin II kurs, 12
b
qrup
tələbəsi Arikan İbrahim Atilla oğlunun adına verilmiş tələbə
bileti və qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.
II müalicə-profilaktika fakültəsinin VI kurs, 380
a
qrup
tələbəsi Elias Rayanın adına verilmiş qiymət kitabçası itdiyi
üçün etibarsız sayılır.
İsgəndərov İlqar İsfəndiyar oğluna 1997-ci ildə Azərbaycan
Tibb Universiteti tərəfindən pediatr ixtisası üzrə verilmiş in-
ternatura vəsiqəsi itdiyi üçün etibarsız sayılır.
II müalicə-profilaktika fakültəsinin III kurs, 245
b
qrup
tələbəsi Usubalıyev Məhəmməd Səxavəddin oğlunun adına
verilmiş qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.
u
Cenevrədə Dünya Sə hiy-
yə Təşkilatı (DST) İcraiyyə
Komitəsinin 140-cı sessiyası
davam edir.
AZƏRTAC BMT-nin Xəbərlər
Mərkəzinə istinadla bildirir ki,
sessiya iştirakçıları yaddaşın,
təfəkkürün və davranışın deqra-
dasiya etdiyi sindroma-demen-
siyaya qarşı mübarizə planını
müzakirə edəcəklər.
Hazırda dünyada 47 milyon insan
– planetin əhalisinin təxminən beş
faizi demensiyadan əziyyət çəkir.
Hər il 9,9 milyon insanda de-
mensiya yaranır. DST ekspertləri
ehtiyat edirlər ki, bu xəstəlikdən
əziyyət çəkənlərin sayı 2030-cu
ildə 75 milyona çata bilər, 2050-
ci ildə isə 130 milyonu ötüb keçər.
Hazırda belə xəstələrin 60 faizi
aşağı və orta səviyyəli gəlirə ma-
lik ölkələrdə yaşayır. Xəstəliyin ən
geniş yayılan forması Altshey-
merdir. Sindromun bütün hal-
larının 60-70 faizi bu xəstəliyin
payına düşür. Damar demensiyası
və Levi cisimcikli demensiya da
xəstəliyin yayılmış formaların-
dandır. Pasiyentlərdə xəstəliyin
müxtəlif formalarının eyni vaxtda
olması halına tez-tez rast gəlinir.
Demensiyanın formaları arasında
dəqiq sərhəd yoxdur.
Beynin zədələnməsinə gətirib
çıxaran müxtəlif xəstəliklər və
travmalar demensiya yaradır.
Xəstəliyi yaradan amillər sırasın-
da yaş mühüm rol oynayır. Lakin
həkimlər əmindirlər ki, qocal-
ma heç də həmişə demensiya ilə
nəticələnmir.
Bəzi tədqiqatlar göstərib ki,
koqnitiv pozulmaların yaranması
ilə həyat tərzi və yoluxucu olma-
yan xəstəliklərə gətirib çıxaran
risk amilləri arasında qarşılıq-
lı əlaqə mövcuddur. Bu amillərə
oturaq həyat tərzi, piylənmə,
düzgün qidalanmama, siqa-
ret çəkmək, çoxlu alkoqol qəbul
etmək, habelə orta yaş dövründə
yaranan depressiya, təhsilin aşa-
ğı səviyyəsi, sosial təcridolma və
intellektual fəaliyyətin olmaması
aiddir.
DST-nin 2017-2025-ci illər üçün
yeni fəaliyyət planı demensi-
yanın profilaktikasına yönələn
səyləri möhkəmləndirmək və bu
xəstəlikdən əziyyət çəkən adam-
lara və onların qəyyumlarına nor-
mal həyat tərzi üçün şərait yarat-
maq məsələlərini əhatə edir.
Qocalma heç də həmişə
demensiya ilə nəticələnmir
Allah rəh mət elə sin!
Kanadalı həkimlər dünyada ilk dəfə ağciyərini zədələyən,
ağır xəstəlikdən əziyyət çəkən pasiyent üzərində unikal
cərrahiyyə əməliyyatı aparıblar.
AZƏRTAC “TSN” saytına istinadla xəbər verir ki, infeksi-
yanın öhdəsindən gələ bilməyən və donor orqan tapma-
yan həkimlər radikal addım ataraq, xəstənin zədələnmiş
ağciyərinı tamamilə kəsib götürmək qərarına gəliblər.
Otuz iki yaşlı qadın 6 gün süni koma vəziyyətində
olub. Bu müddət ərzində onun ağciyəri funksiyasını qanı
oksigenlə zənginləşdirən və karbonu kənarlaşdıran texni-
ka yerinə yetirib. Sonra donor orqan tapılıb və həkimlər
uğurlu transplantasiya əməliyyatı aparıblar.
Hazırda pasiyent sağalmaq üzrədir. Onu daha bir
köçürülmə əməliyyatı gözləyir, çünki xəstəlik böyrəklərini
də sıradan çıxarıb. Amma bu dəfə donor tez tapılıb və bir
neçə aydan sonra əməliyyat aparmaq planlaşdırılıb.
Siqaret 50-dən çox ağır xəstəliyin yaranma riskini art-
ırır. Bunlardan bəziləri ölümcül, bəziləri isə sağalmaz
xroniki xəstəliklərdir. Ağciyər xərçənginin 90 faiz səbəbi
tütünçəkmədir.
Bu zərərli alışqanlığın fəsadları haqqında Azərbaycan Tibb
Universitetinin Tədris Terapevtik Klinikasından AZƏRTAC-a
bildiriblər ki, siqaret ağız, dodaq, boğaz, səs telləri, qida
borusu, sidik kisəsi, böyrək, qaraciyər, mədə və mədəaltı
vəzi xərçənginə səbəb ola bilər.
Tütün məmulatları ürəyi və qan damarlarını zədələyərək
ürəyin koronar xəstəlikləri, miokard infarktı, insult və pe-
riferik damar xəstəliklərinə gətirib çıxarır, ağciyərlər və
tənəffüs yollarına təsiri nəticəsində xroniki bronxit, emfize-
ma və pnevmoniya kimi xəstəliklər yaradır.
Kanadalı həkimlər dünyada ilk dəfə xəstənin ağciyərini
tamamilə kəsib götürüblər
Kanadalı həkimlər dünyada ilk dəfə xəstənin ağciyərini
tamamilə kəsib götürüblər
Siqaret əllidən çox ağır xəstəliyin yaranma riskini artırır
Siqaret əllidən çox ağır xəstəliyin yaranma riskini artırır
Dostları ilə paylaş: |