223. “Mimika” nə deməkdir?
A) Razılıq bildirən nitq etiketi
B) Üz əzələlərinin mənalı hərəkəti
C) Dialekt sözü
D) Əl-qol hərəkətlərindən məqsədəuyğun istifadə etmək
E) Düzgün nitqə verilən şərtlərdən biri
224. Ətraflı düşünmək, fikri dəqiq, aydın, qısa və konkret ifadə etmək nitqin
hansı tələbinə aiddir?
A) Yığcamlığına
B) Sadəliyinə
C) Zənginliyinə
D) Aydınlığına
E) Təmizliyinə
225. Şifahi nitqin xüsusiyyətlərindən hansı səhvdir?
A) Aydın və ümumişlək sözlərə yer verilir
B) Daha çox mürəkkəb cümlələrdən istifadə olunur
C) Nitq axını daha sürətli olur
D) Cümlələr qısa və aydın olur
E) İntonasiya, fasilə, vurğulardan istifadə olunur
226. Sözün ədəbi dildəki tələffüzü necə adlanır?
A) Orfoepiya
B) Fonetika
C) Qrammatika
D) Leksika
E) Orfoqrafiya
227. Mədəni nitq üçün birinci növbədə tələb olunur:
1. Dilin səlisliyi, ifadə imkanlarının genişliyi
2. İnsanı əhatə edən əşya və ya hadisələri əks etdirmək
3. Həmin dildən istifadə edənlərin ifadə imkanlarının genişliyindən,
səlisliyindən düzgün faydalanmaq vərdişləri
4. Məişət üslubunda danışmaq
A) 1, 2
B) 2, 4
C) 3, 4
D) 1, 3
E) 1, 4
228. Akademik nitq hansı üslubda qurulur?
A) Publisistik üslubda
B) Rəsmi üslubda
C) Epistolyar üslubda
D) Elmi üslubda
E) Danışıq üslubunda
229. Natiq nitqində dinləyənin kimliyini, yaşını, ixtisasını, təhsilini nəzərə
almayırsa mədəni nitqin hansı tələbi pozulmuş olur?
A) Münasibliyi
B) Orijinallığı
C) Nitqin aydınlığı
D) Zənginliyi
E) Rabitəliliyi
Dostları ilə paylaş: |