E) Kənddəki evlərində qalmışdı kitabları.
245. Qrammatik normalar hansı sırada pozulub:
A) Gələcəyin qurucuları bizim universitetdə hazırlanır.
B) Müsəlləh əsgərəm, mən də bu gündən! (Səməd Vurğun)
C) Hər bir millət müdafiə etməlidir öz azadlığını qazanmaq üçün özünü.
D) Xəzər dənizinin sahilində yerləşən Bakı şəhəri öz füsunkar gözəlliyi ilə ölkəmizə
gələn turistləri heyran edir.
E) Xalqımızın gücü, qüdrəti - onun ordusudur.
246. Morfoloji norma hansı cərgədə pozulub?
A) Çayın suyu
B)
Dilə düşmək
C) Qapının cəftəsi
D) Sözün qüdrəti
E) Çatışmamazlıqlar var
247. “O, şiddətli adamdır” cümləsində ədəbi dilin hansı norması pozulub?
A) Yalnız leksik
B) Yalnız orfoqrafik
C) Orfoepik, qrammatik
D)
Qrammatik, leksik
E) Leksik, orfoqrafik
248. Hansı monoloji nitqin növüdür?
A) Replika, diskussiya, məruzə
B) Çıxış, sual-cavab, nitq
C) Çıxış, məruzə, mühazirə
D) Mühazirə, məlumat, debat
E)
Müsahibə, sual-cavab, debat
Dostları ilə paylaş: