Mövzu 10. Ünsiyyətin növləri, əsərin məzmununun çatdırılmasında təhkiyəçinin rolu Plan: Ünsiyyət və onun növləri


(auditoriyaya) müraciət; 2. Təsəvvürdə tutulan (təsəvvür edilən) subyektə (və ya



Yüklə 405,45 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix02.06.2023
ölçüsü405,45 Kb.
#122274
1   2   3   4   5   6   7   8
Mövzu 10.ADƏM

(auditoriyaya) müraciət; 2. Təsəvvürdə tutulan (təsəvvür edilən) subyektə (və ya 
obyektə) müraciət; 3. Bilvasitə (dolayısı ilə) dinləyicilərə (auditoriyaya) müraciət. 
Bunların mahiyyəti aşağıdakı kimidir: 1. Birbaşa dinləyicilərə (auditoriyaya) 
müraciət: İfaçı üçün real tərəf müqabil onun dinləyiciləridir; auditoriyada, konsert 
salonlarında oturanlardır. İfaçının birbaşa auditoriyaya müraciət etməsi, gözləri ilə 
dinləyicilərin gözlərinə baxması hələ ünsiyyətin yaranması deyildir. Həqiqi 


ünsiyyətin yaranması o vaxt mümkündür ki, ifaçıda dinləyiciləri maraqlandırmaq, 
söylədiklərini onların təsəvvür etməsinə, başa düşməsinə nail olmaq arzusu olsun
əsəri oxuyarkən keçirdiyi hissləri, həyəcanı, eləcə də təsəvvür etdiklərini 
dinləyicilərə təlqin etmək niyyəti onu bir an da olsa tərk etməsin. Aktyordan fərqli 
olaraq (aktyor məşq zamanı tərəf müqabili ilə ünsiyyətdə, qarşılıqlı təsirdə olur və 
bu, onun sonra səhnədəki oyunun təbiiliyinə əhəmiyyətli təsir göstərir) tərəf 
müqabillə işləməyən, ifaçı ifaya hazırlıq prosesində mətni kitabdan oxuyarkən onu 
fikrən dinləyicisinə ünvanlamalı, dinləyicisi ilə “danışmalıdır”. Bu “danışıq” 
prosesində ifaçı dinləyicidə yarana biləcək fikir və hissləri nəzərə almalıdır. Bu, 
təbiidir; həyatda müsahibini dinləyən adam fikrən onunla ya razılaşır, ya da 
razılaşmır, nəticə çıxarır və s. Deməli, ifaçıya qulaq asan dinləyici eşitdəklərinin 
məzmununa uyğun hisslər keçirir: təəccüblənir, sevinir, narahat olur, fikrində baş 
qaldıran suallara “cavab almaq” üçün oxunu daha diqqətlə izləyir. Müsahibi ilə 
söhbət edən adam ona baxmadan, danışa-danışa müəyyən məqamlarda fikrə gedir, 
nə isə xatırlayır, təsəvvür edir. Əsərin məzmunu tələb etdiyi məqamlarda ifaçı da 
bu yolu seçə bilər. Lakin bu, ifaçı ilə dinləyicilərin arasında yaranmış “daxili 
monoloqu”, daxili əlaqəni ortadan qaldırmamalıdır. Deməli, öz fikir dünyasına 
çəkilən, öz aləminə qapılan ifaçı dinləyiciləri, onlarla yaratdığı daxili əlaqəni bir an 
da unutmamalıdır. O, auditoriyaya (dinləyicilərə) baxıb-baxmamasından, bilavasitə 
müraciət edib-etməməsindən asılı olmayaraq onlara sözlə təsir etmək niyyətini 
həyata keçirdiyini unutmamalıdır. Nəzərə almalıdır ki, öz daxilinə, fikir dünyasına 
qapılmağın özü də dinləyicilərə təsir vasitəsidir, onları daha dərin düşünməyə
aydın təsəvvür etməyə sövq etməkdir. A.Səhhətin “Vətən”, S.Vurğunun 

Yüklə 405,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin