Mövzu 10. Ünsiyyətin növləri, əsərin məzmununun çatdırılmasında təhkiyəçinin rolu Plan: Ünsiyyət və onun növləri


“Bahar”, H.Arifin “Təbiət düşünür” şeirlərinin ifası zamanı birbaşa



Yüklə 405,45 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix02.06.2023
ölçüsü405,45 Kb.
#122274
1   2   3   4   5   6   7   8
Mövzu 10.ADƏM

“Bahar”, H.Arifin “Təbiət düşünür” şeirlərinin ifası zamanı birbaşa 
auditoriyaya müraciət olunur. İfaçının dinləyicilərlə ünsiyyəti oxu prosesində 
onun etdiyi fasilələrdə də davam edir. Fasilələr müxtəlif məqsədlərin həyata 
keçirilməsinə xidmət edə bilər; ifaçı hər hansı mühüm fikrin, fakt və hadisənin 
dinləyici tərəfindən qavranılmasına, qiymətləndirilməsinə imkan yaratmaq üçün 
fasilə edə bilər. Yaxud ifaçı süjetdəki ən kəskin, gözlənilməz məqamlarda fasilə 
etməklə dinləyicinin marağının güclənməsinə imkan yaradır. İfaçı hər hansı sözü 
diqqətə daha çox çatdırmaq, həmin sözün dinləyicilərin yadında qalmasına nail 
olmaq üçün ondan əvvəl fasiləyə yol verə bilər. Bəzən ifaçı özü müəyyən bir fikrin 
üzərində diqqətini toplamaq istədikdə də fasilə edir. Bütün bu məqamlarda ifaçı 
dinləyicilərlə ünsiyyət kəsmir, əksinə, fasilə məna kəsb edir, oxunun təsirliliyini 
əmin edən vasitəyə çevrilir. Onu da qeyd etmək lazımdır ki, ifaçı hələ hazırlıq 
mərhələsində mətni kimə isə oxumalı, onun verdiyi reaksiyanı nəzərə almalıdır.
2. Təsəvvürdə tutulan (təsəvvür edilən) subyektə (və ya obyektə) müraciət: Bu 
zaman ifaçı dinləyicilərlə xəyalında canlandırdığı, nəzərdə tutduğu subyektə
obyektə müraciət etməklə, fikrən onunla danışır. Təxəyyüldə canlandırılan 
dinləyici ilə ünsiyyət dedikdə, ifaçı qarşısında olmayan dinləyiciyə müraciət edir. 
İfaçı da əsərin məzmunundan asılı olaraq təsəvvüründə tutduğu subyektlə 
danışmalı olur. Bu prosesdə o, xəyalında tutduğu, təsəvvür etdiyi adama (və ya 
obyektə) müraciətlə danışıq şəklində dinləyicilərlə ünsiyyətə girir. Bunu, şərti 
olaraq, sanki təklikdə danışıq kimi qəbul etmək olar. Bu ünsiyyət o əsərin 
oxusunda geniş tətbiq edilir ki, müəllif “birbaşa” müəyyən obyektə (şəxsə) 


müraciət edir.Təxəyyüldə canlandırılan dinləyici ilə ünsiyyət zamanı müəyyən 
şəxsə, obyektə müraciətlə yazılan əsərlər (N.Gəncəvi: “ Ayüzlü nigarım kimə 

Yüklə 405,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin