Dezinfektologiya



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə15/27
tarix10.06.2023
ölçüsü0,51 Mb.
#128251
növüMühazirə
1   ...   11   12   13   14   15   16   17   18   ...   27
№4 Dezinfektologiya-İSF -4-Az

İnsektesid karandaşlar – mum tərkibli (mum, parafin, talk və insektisidin 
ərintisi), və təbaşir tərkibli (yapışqan, aşqar və insektisidin qarışığı) olurlar. 
Karandaşlar vasitəsilə buğumayaqlıların yerdəyişmə və toplaşma yerlərinə 4-5 sm 
intervalında zolaqlar çəkirlər. İnsektisidin nüfuz etmə mexanizmi təmasladır. 
Suspoemulsiyalar və flou – insektisidlərin yeni formalarıdır. Emulsiyaların 
konsentratlarından fərqlənərək praktiki olaraq məsaməli səthlərə hopmurlar. 
Suspoemulsiyalar və flou təkibində TM, həlledicilər, emulqatorlar, yapışdırıcılar, 
antioksidləşdiricilər və s vardır. Səthərdə yaxşı yayılır, uzun müddət saxlanır. 
İnsektisid, pedikulisid və repellent gellərdə - həmçinin yeni formalardır., 
tərkibində TM və əlavə maddələr vardır, uzunmüddətli təsir göstərir.
Mikrokapsulalar – insektisidlərin yeni formasıdır; TM damcıları polimer və ya 
poliuretan qılafın içərisində yerləşdirilmişdir. Səthlərdə uzun müddət aktivliyini 
saxlayır, insanlar üçün az təhlükəlidir, beləki, kapsullar bilavasitə TM ilə təmasdan 
qoruyur.
Bərk və duru sabunlar, şampunlar, losyonlar – pedikulisidlərin, odekolon və 
kremlər – repellentlərin xüsusi formalarıdır. Satış həcminə görə aerozol balonları, 
konsentratları, islanan tozlar ən geniş yayılmış formalardır.
İnsektisidlərin xüsusiyyətləri: Buğumayaqlıların orqanizmə daxil olma 
yolundan asılı olaraq, insektisidlər aşağıdakı qruplara bölünürlər: bağırsaq 
insektisidləri, tənəffüs yollarının zəhərləri və təmas insektisidləri. 
Bağırsaq insektesidləri – gəmirici və ya yalayıcı – sorucu ağız aparatına malik 
olan (tarakanlar, milçəklər, qarışqalar və s.) həşaratların öldürülməsi üçün tətbiq 
edilir. Bağırsaq insektisidləri həzm orqanları ilə daxil olurlar. Bir çox 
insektoakarisidlər birlikdə təmas, bağırsaq və fumiqasion zəhərlər kimi təsir göstərə 
bilərlər. 
Fumiqantlar – nəfəs alma zamanı traxeya sistemi vasitəsilə daxil olur. Bu üsul 
buğumayaqlıların hamısının məhv edilməsi üçün yararlıdır. Təsir mexanizminə görə 
vasitələrin əksəriyyəti neyrotrop zəhərlərə aiddir. Məişətdə fumiqantlar qismində 
karton lövhələrin üzərinə çəkililmiş preparatlardan məs: “Fumitoks”, “Reyd” istifadə 
edilir.

Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin