Ötürmə ̶oxu zamanı səslərin, hecaların ya da sözlərin bir hissəsini, söz



Yüklə 179,53 Kb.
Pdf görüntüsü
səhifə2/2
tarix10.06.2023
ölçüsü179,53 Kb.
#128313
1   2
movzu8

Disleksiya nədir? 
 
Disleksiya yunan sözüdür və mənası "sözlərlə çətinlik çəkmək" deməkdir. 
Disleksiya bir öyrənmə problemidir və bu, dinləmə, danışma, oxu, yazı, fikir irəli 
sürmə və riyazi qabiliyyətlərin qazanılması və istifadə edilməsi zamanı yaranan 
çətinliklərlə özünü göstərir. Disleksiya ilk dəfə 1881-ci ildə Dünya Nevrologiya 


Federasiyası tərəfindən müəyyən edilmişdir. 47 İnsanların bir qismi disleksiyanı 
xəstəlik hesab edir, bir qismi isə zəka səviyyəsinin aşağı olması ilə əlaqələndirir. 
Lakin bunların heç birini doğru hesab etmək olmaz. Çünki zəka səviyyəsi yüksək 
olan bir çox məşhurlarda da disleksiya olub. Onların zəka səviyyələri aşağı olmadığı 
və hətta xüsusi istedadları da olduğu sübut olunub. Məsələn, nisbilik nəzəriyyəsinin 
əsasını qoyan böyük alim Albert Enşteyn, Kalipso musiqisinin kralı Harry Belafonte, 
böyük memar, heykəltəraş və “Mona Lisa”nı rəsm dünyasına bəxş edən rəssam 
Leonardo da Vinçi, irlandiyalı yazıçı Yeats, "Düşünən adam" başda olmaqla bir çox 
məşhur əsərlərin müəllifi heykəltəraş Roden, aktyor Tom Kruz, müğənni və aktyor 
Şer disleksiyalı məşhurlardandır. Disleksiyalı uşaqlarda diqqətsizlik də olur. Buna 
görə də disleksiyalı uşaqlarla mütəxəssis köməyi ilə diqqətin davamlılığı üçün iş 
aparılmalıdır. Sözlə, səslə, vizual təlim metodları seçilməlidir. İmtahan suallarını tez 
oxuya və cavabları yaza bilmədikləri üçün bu uşaqlardan şifahi imtahan götürmək 
daha effektiv olar. Disleksiya anadangəlmə və sonradan qazanılmaqla (inkişaf 
pozğunluğu və zədələnməyə görə) iki qrupa ayrılır. Anadangəlmə disleksiya 
doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonrakı fəsadlara görə üç yerə bölünür. 
Anadangəlmə disleksiyaya zəif və rejimsiz qidalanma, hamiləlikdə keçirilən 
infeksiyalar və yanlış dərmandan istifadə səbəb ola bilər. Uzun və çətin doğuş zamanı 
uşağın nəfəs almasındakı gecikmə və sonradan keçirdiyi qızdırmalı xəstəliklər də 
disleksiyanın səbəblərindəndir. Bu, irsi faktorlarla da bağlı ola bilər. Disleksiya 
aşağıdakı əlamətlərlə özünü göstərir: 
● Dilin açılması gecikir;
● Yeni sözləri gec öyrənir; 
● Hərəkət və koordinasiya pozuqluğu olur;
● İstiqaməti (sağ, sol, yuxarı, aşağı) və vaxtı (bu gün, sabah, əvvəl, sonra) təyin 
etməkdə çətinlik çəkir
● Danışarkən fikrini düzgün ifadə etmək üçün uyğun sözlərdən yerində istifadə 
edə bilmir; 
● Qafiyələnən sözləri öyrənməkdə çətinlik çəkir. 48 Bəzən valideynlər bu 
əlamətləri normal hesab edir və heç bir problem olmadığını düşünürlər. Lakin bu cür 
uşaqlar məktəbə başladıqdan sonra qeyd edilən əlamətlər daha kəskin formada özünü 
göstərir. Məktəb vaxtı görünən əlamətlər: 
● Hərfləri öyrənmədə çətinlik çəkir;
● Sözləri hecalamaqda və hərfləməkdə çətinlik çəkir; 
● Sözləri və obyektlərin adını xatırlamaqda çətinlik çəkir;
● Yazıları oxumaqda çətinlik çəkir; 
● Oxşar səsləri və hərfləri fərqləndirə bilmir
● Oxuyarkən sözləri, sətirləri tez-tez ötürür; 
● Ləng oxuyur;
● Yazı yazmaqda (52 əvəzinə 25, “kitab” əvəzinə “batik” yazmaq və s.) çətinlik 
çəkir;
● Sözlərin mənasını düzgün bilmir;
● Yazı yazmağı və oxumağı bacarır, ancaq yazıda çoxlu imla səhvləri buraxır və 
çox gec oxuyur. Disleksiya diaqnozu psixoloq və ya mütəxəssis tərəfindən 


qoyulmalıdır. Problemi vaxtında müəyyən etmək və lazımi tədris metodları seçmək 
problemin həllinə kömək edə bilər. Uşaqlara vaxtında diaqnoz qoymaq və onlara 
lazımi yardım göstərmək vacibdir. Disleksiyanın xüsusi müalicə üsulu yoxdur, ancaq 
aşağıdakılar onun müalicəsində böyük rol oynayır: 
● Düzgün qidalanma;
● Ailədə və cəmiyyətdə bu cür insanlara qarşı düzgün münasibət;
● Özəl dərslər (burada bu cür uşaqların öyrənmə qabiliyyətinin artması üçün 
daha maraqlı və əyləncəli öyrənmə metodlarından istifadə edilir). 
Əlavə oxu Materialı; F. Yusibov “ İfadəli oxu” . Bakı 2014. 

Yüklə 179,53 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin