sözün
əvvəlində: asıl (Qb.), avaz, Aləsgər (Çən.), alaş (Meğ.); sözün
ortasında: çarşanba, haman, tuşman, hayat, xavar (Qaz.), qa-
nım, cahat, nazar, kanar, qiymat, xamra (K.,Çən.),supurqa, köh-
na, dars, xorak, yahar, yeka, marmar (Q.,Zaq.),adat “adət”, baxt,
64
65
dözim (L.);
sözün sonunda: güzgi, tülki, dügi, süri, üti, körpi,
düsdi (L.), bölgi, düyi (Meğ.), hüni, kürpi, tülki (Qb.) və s.
Bu səs keçidi bəzi türk dilləri üçün də xarakterikdir; məs.: iç,
için “üçün”, kirek ”kürek”( karaim), tilki, bütin (türkmən), şirik
“çürük”, kəbik “köpük” (qazax) və s.
Dodaqlanmayan saitlərin dodaqlanan saitlərə keçidi:
a>o keçidi Bakı şivəsinin xarakterik əlamətidir, lakin digər şi-
vələrdə də məhdud dairədə mövcuddur: boca, bobat, hova, boba,
popağ, dova, doban (B.), dovar, gomuş, çarşof, lovaş, tova (Qb.),
boyatı, homı, tomaşa,boğ, yovan, xom, qopı (Meğ.), yoxun, hovla,
popax (Nax., Ord.), covan, yovaş, şoftalı, boş, boşqa, qovali “ga-
valı”, boci, xotun, yolov “alov”, qotuğ (Dər.) və s.
ə>ö keçidi Bakı, Quba, Dərbənd və Qazax şivələrindəs sözün
əvvəlində və ortasında dodaq samitlərinin təsiri ilə əmələ gəlir;
məs.: nöşün, bösdü, dövrüş, hövəs, kövər (B.), dövriş, növə (Qb.),
övölüg “əvəlik”, övvəl “əvvəl”, çöküc (Dər.), köykür “kəfkir”,
möhübbət, nöfsü “nəfəsi”, söylördü, görsöydü (Qaz.) və s.
e>ö keçidi şimal-şərq ləhcəsində, Qazax, Çənbərək və Dma-
nisi şivələrində sözün əvvəlində və ortasında təzahür edir:
Dostları ilə paylaş: |