Azerbacan dialektologiyasi-2019. indd


Ahəng qanununun pozulduğu şivələr



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə51/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   47   48   49   50   51   52   53   54   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Ahəng qanununun pozulduğu şivələr. Şivələrdə ahəng 
qanununun pozulması eyni səviyyədə yayılmamışdır. Quba, 
Bakı, Şəki, Zaqatala, Qax, Ordubad, Culfa, Lənkəran və Təbriz 
şivələrində ahəng qanununu tez- tez pozulur. Bu şivələrdə ahəng 
qanununun pozulması həm söz köklərində, həm də şəkilçilərdə 
baş verir. İncə saitli sözlərə qalın saitli şəkilçilər qoşulur: meyva, 
pencax, seysan, yeylax, yimax, elçiyıx, gəldız, verdıx (Ş,), qeymağ, 
həçar, çərdağ, gidmağ, gələcağam, kəççiyuğ (Qb.), əyax, əlmas, 
qeytan, hiyvan, piçax, kəman, kərvan, həlva, dirilıx, çətinnıx, el-
çilıx, yetişmax, evləndirax, gətirax, əkax (Təb.) və s. Bakı, Quba, 
Təbriz və Şəki şivələrində əksər hallarda qalın saitli sözlərə incə 
saitli şəkilçilər əlavə olunur: alaceg, almeg, almani (B.), naxırçi, 
ağaşdər, daşin, qardaşim, aşdi, alıcəm, açərəm (Ş.), daşdi, atdi, 
qapıçi, buğdiyə, almani, yazıbani (Qb.), alaçıği, camahati, balıği, 
adamdi, bağdi, aşdi, yaylandi, qurtardi, yaranıri, alınıri, açılıri, 
çağrey (Təb.) və s. 
Şamaxı, Naxçıvan, Şahbuz və Muğan şivələrində ahəng qa-
nununun pozulması bəzi hallarda müşahidə olunur. Bu şivələrdə 
ahəng qanununa əsasən söz köklərində və köklə şəkilçi sərhədin-
də riayət olunur, bəzən alınma sözlər də bu qanuna tabe edilir: 
qabul, ataş, maxluğ, vafa, Zahra (Muğ.), beşlix`, gedəx`, istərix`, 
yedihdə, azarrı, unnu, ağacı, quşu (Nax.,Şah.). Buna baxmaya-
raq, kök və əsaslarda dilarxası və dilönü saitlərin ardıcıllığı qis-
mən pozulur: gözi, ayağçi, anasi (Muğ.), dedıx, diyərıx, itildərıx, 
işdəmiyax, gələciyıx, saxlıyecəm (Nax., Şah.) və s. 
Keçid şivələrdə bu qanun qarışıq şəkildə təzahür edir. Cəb-
rayıl, Qubadlı və Göyçay keçid şivələrində ahəng qanunu əsasən 
gözlənilir, Ağdaş keçid şivəsində isə zəif fəaliyyət göstərir. Bu 
müxtəliflik həmin şivələrin təsir dairəsində olduğu dialektlərlə 
bağlıdır. Cəbrayıl və Qubadlı şivələri ahəng qanununun dayanıqlı 
olduğu qərb və cənub dialektlərinin, Göyçay şivəsi qərb və ahən-
gin qismən saxlandığı şimal - şərq dialektinin, Ağdaş şivəsi isə 
qərb və ahəngin tez- tez pozulduğu şimal- qərb şivələrinin təsi-
rinə məruz qalmışdır. Zəngilan keçid şivəsində də həm damaq, 


80
81
ağaci, arvadi, qaşıği, yarpaği, yaği, yuni (Muğ.), daşin, daşi, 
daşdə, daşdən, araviyə, çayi, başi, toydə, qoçün, quşün (Ş.) .), 
çuxiyə, yumurtiyə, qapiyə (Qb.), ağaci, atami, toyği, quşi, quyini 
(Ord., Cul.), mali, yaylaği, ağaci, çayi (Təb.) və s.
3) Mənsubiyyət kateqoriyasında: anasi, bacısi, atasi (Muğ.), 
yoldaşim, dayin, başi, qardaşim, bacim, boynün, toyüm, quşüm 
(Ş), qunaği, bacısi, anasi (Qb.), adamim, qızi, yaşi, yaxasi, ağzi 
(Təb.) və s. 
4) Sıra saylarında: doqquzımci, onımci, otuzımci (Muğ.), 
unimci, doqquzumci (Ş.), altımci, qırxımci (Qb., Ord., Cul.), 
qırxımci, atmışımci (Ağc.) və s.
5) İndiki zamanda: yıxer, çıxmer, qırer, yığer, saler (Qaz.,Tov.,-
Bor.), yoxli:r, bağli:r, bağli:rəm, yatiylər, baxmiyillər, aliyəm, al-
minəm, almiyi (Ş.), yazadi, yazmıdi, başdiyədi, aladi (Qb.), ta-
pılıri, çıxmıri, qatlaşıri, saxlıri (Təb.), açilir, baxir, alir, oxuyür, 
toxuyür (Cəb.) və s.
6) Şühudi keçmiş zamanda: yazdi, qutardi, başdadi, yığdi, 
qaldi, aldi (Muğ.), yazdi, başardi, yazmadi (Qb.), aşdi, çıhdi, daş-
di, yığdi, qaldi, qurtardi (Təb.) və s.
7) Qəti gələcək zaman: alıcəm, alıjehsən, alıjehdi (Ş.), aljəm/ 
alajəm, baxjəm, durjəm (Cəb.), durujem, tutejem, oxuyejem 
(Qub.) və s. 
Şivələrlə dodaq ahəngi damaq ahəngi ilə müqayisədə zəifdir. 
Dodaq ahəngində də dodaqlanan satlərin qalın və incəliyi mühüm 
şərt kimi nəzərə alınır. Qərb şivələrində, xüsusilə Qazax şivəsində 
açıq dodaq saitlərinin ardıcıllığı gözlənilir. Bu hadisəyə daha çox 
sözün iki hecasında riayət olunur. Şivələrdə dodaq saitlərinin ar-
dıcıllığı üç şəkildə təzahür edir: 
1) Açıq dodaq saitlərinin ardıcıllığı: olmor, yoxlo:r, ötö:r, köç-
mör, oynor, otdor, gözdöm, söylöm, görör (Qaz.,Tov.,Bor.), 
yoror, görör, köçmör (İm.) və s. 
2) Qapalı dodaq saitlərinin ardıcıllığı: oynuyur, duzduyur, oxu-
muyuf, qurmuyuf (Qub.), buğduyu, yuxuyu, yüx`lürdüx` 
9) Feilin şərt şəklində: alsoğ, alsoz, atson, baxson, işdəsög, ged-
məsög, disön, issəsön, eləsön (Sab.,Şir.,Bs.) və s.
Şivələrdə damaq ahənginin pozulması iki şəkildə təzahür edir:

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin