pu:z (Cəl.), ağacu:z, əlü:z (İm.), balu:z, quzu:z, özü:z (Lən.) və s.
Şimal-qərb qismən də digər şivələrdə ikinci şəxs cəm mənsu-
biyyət şəkilçisi birvariantlıdır; - uz//uz// -uz və ya z (Ş.), - uz, - üz,
- ız, - üz (Q.), - z və ya az, - ız, - uz (Zən.), - aız, auz, - ız, - uz
(S.),- ız,- uz (Xv.)
Nümunələr: gönüz//gönuuz, komuz, məngəluz, xartuz, baltaz,
dəhraz, duzu, keçız (Ş.), canu:z, başu:z (Q.), ata:z, baba:z, qutu:z
və ya ata:z, çöm- ça:z, əlı:z (Zən.), düya:z, quzu:z (Qk.), ağacı:z,
kəlı:z, dərdı:z, yolu:z, xoruzu:z, gözu:z (Xv.) və s.
Cənub qrupu şivələrində müxtəlif şəkildə yayılmışdır: - ı:z,
- i:z, - u:z: əvu:z//əvı:z//əvi:z, sahadı:z, cəvizu:z, dəda:z, əmu:z,
quzu:z, güzgu:z və s.
142
143
Qədim uyğur və türkmən dillərində də üçüncü şəxs mənsu-
biyyət şəkilçisi ikivariantlıdır; - ı //-i, - sı//- si (173, s.38; s.200,
s.301).
3) Bakı, Quba, Təbriz, Yardımlı və Lənkəran şivələrində bir
variantlı - i şəkilçisindən istifadə olunur; məs.: başi, əli , ati, po-
paği, qeyisi, başlari, əlləri, atasi // atalari, ərəbəsi//ərəbələri , ox-
loui (B.), qunaği, inegi, duni, güzi, atasi, ərəbəsi, quzusi, ütüsi
(Qb.), dosti, ati, lampasi (Yar.) və s.
Qədim bulqar dilinə aid mətnlərdə yalnız üçüncü şəxs mənsu-
biyyət şəkilçisi - i//- si şəklində işlənmişdir; məs.: a wl-i “oğlu”,
ayal-i “arvadı”, hir-i “qızı”, belüv-i “məzar daşı” (220, s.37).
4) Cəlilabad rayonunun bəzi kənd şivələrində üçüncü şəxs
mənsubiyyət şəkilçisinin yalnız dodaq variantı işlənir: zəhmətü,
haqqu, işü və s.
Bəzi klassiklərin dilində də üçüncü şəxs mənsubiyyət şəkil-
çisinin dodaq variantı üstünlük təşkil edir:- Belüni büri, dilərsən
ki, xəyal olmaya hiç, Açma ağzunı dilərsən ki, hiç açılmaya raz
(Q.Bürhanəddin, s.48);- Dodağun içrə dişüni gülər çağında gər
görsə, Xəcalətdən sədəf içində mirvaridi - tər qalmaz (Kişvəri,
s.308).
Yazılı abidələr ilə şivələrin materiallarının müqayisəsindən
görünür ki, orta əsrlər ədəbi dilində mənsubiyyət şəkilçilərinin
damaq variantı öz ənənəsini möhkəmləndirmişdir. Orta əsrlərdə
bəzən dodaq variantı anadilli yazılı ədəbiyyatın inkişafı ilə di-
alekt xüsusiyyəti kimi klassiklərin və katiblərin vasitəsilə ədəbi
dilə yol tapmışdır ki, bu da öncə mənsubiyyət şəkilçili isimlərin
hallanmasında təzahür etmişdir.
Azərbaycan dili şivələrində üçüncü şəxs tək və cəmdə eyni şə-
kilçidən istifadə olunur. Lakin Bakı şivəsində - lari, - ləri şəkilçisi
işlənir; məs.: atalari, ərəbələri, atdari, qapılari, küçələri, damları
və s. Bir sıra şivələrdə üçüncü şəxs təkdə yarı; zəhlə sözləri s ilə
deyil, m ilə işlənir; məs.: - Pammığımın yarımına pıl, yarımına
da bığda alırdığ (Zər.);- Uşağların pişigdən zəhləmi gedir (Şam.).
Başqa türk dillərindən başqırd dilində üçüncü şəxs cəm - tarı, -
olmuş, cəmdə onların üzərinə - ız (iz) formantı əlavə olunmuş-
dur (182, s.94).
Bakı, Qax, Quba, Dərbənd, Qarakilsə və Ağcabədi (Əf-
şar,Zəkərəyli, Qaravəlli və Yastıyol) şivələrində ikinci şəxs
cəmdə v elementinə də rast gəlmək mümkündür; məs.: nenevüz,
qeyşüvüz (B.), urduvuz, atavız, canuvuz (Q.), inegüvüz (Qb.), qu-
zuvuz, inegüvüz (Dər.), quzuvuz (Qk.); xalavuz, dayıvuz,atuvuz,
quzuvuz, sürüvüz (Ağc.) və s.
Üçüncü şəxs tək və cəm mənsubiyyət şəkilçiləri şivələrdə
müxtəlif şəkildə yayılmışdır. Buna görə də şivələr 4 qrupa ayrılır:
1) Cənub və qərb qrupu, Zaqatala - Qax şivələrində üçüncü
şəxs mənsubiyyət şəkilçiləri dörd variantda - ı
4
, - sı
4
şəklində iş-
lənir, məs.: sahadı, əli , dədəsi, quzusu, güzgüsü (Nax.), sajı, tişi,
qolu, gözü, üşşəsi , nüyəsi, haravası (Qaz.), binası, urdusu, atası,
qardaşı (Q.) və s.
2) Bir qrup şivələrdə şəkilçinin yalnız damaq variantı - ı , - i,
- sı, - si özünü göstərir. Buraya Dərbənd, Şəki, Şamaxı, İsmayıllı,
Muğan şivələri daxildir; məs.: inegi, atı, atası, suğani, quyuni,
dövəsi, gürkisi (Dər.), xurjunı, ütüsi , quzusı, üsgüyi, sürüsi, tüs-
düsi, qoruğı, oğlı, çusı , xoruzı (Ş.), atı, donı, əli , öyi , atası, quzu-
sı, nənəsi, ütüsi (Muğ.) və s.
Orxon-Yenisey abidələrində də mənsubiyyət kateqoriyasının
üçüncü şəxs tək və cəmi - ı ,- i,-sı,-si şəkilçisi ilə ifadə olunmuş-
dur; məs.: bodunı “xalq”, bəgləri, sabı “nitq”, ağısı “hədiyyə”,
oğuşı “qəbiləsi”, inisi “kiçik qardaş”, eçisi “əmi”, oğlı (KT abi-
dəsi), M.Kaşğarinin lüğətində də şəkilçinin damaq variantı dodaq
variantını əvəz etmişdir; məs.: anınğ közi suwlandı “onun gözü
sulandı”; ayın yüzi, bayram kumı (MK, II c., s.247, 484, III c.,
s.33). Orta əsrlər yazılı abidələrdə də şəkilçinin iki variantı - ı ,-
i,-sı,-si işləkdir; məs.; yurdı, ordısı, gözi, qapusı, göksi, güygüsi,
itisi (KDQ);- Ölü yüzi bərk olur (Oğuznamə, s.25);- Şol gözləri
atdığu oxı mərdumə qarşu (Q.Bürhanəddin, s.80);- Gözi nərgiz,
yüzi gül, bay sifətli (Dastani-Əhməd Hərami, s.116);-Ah qıldı yaş
ilə doldu gözi (Y.Məddah, s.184).
144
145
ədəbi dilə təsirindən danışmaq olar. Ən qədim yazılı abidələrdə
Orxon - Yenisey mətnlərində də bu şəkilçi məhdud variantlarda
işlənmişdir. Həmin mətnlərin yazıldığı qədim türk əlifbasında - ı
və - i saitləri bir işarə ilə (ı , i saitləri l işarəsi ilə yazılır) göstərilir.
Bu fakt onu göstərir ki, şəkilçinin məhdud variantda işlənməsi
ərəb dilinin təsirindən daha qədim dövrlərə aiddir.
Söylənən fikirlər, tarixi və dialektoloji materiallardan belə
qənaətə gəlmək olar ki, üçüncü şəxs mənsubiyyət şəkilçisi - ı ,
- i formasında olmuş, s - isə şəxs və ya kəmiyyətin əlaməti kimi
əlavə olunsa da müasir dövrdə bitişdirici samit funksiyası yerinə
yetirir.
Bəzi şivələrdə mənsubiyyət şəkilçilərinin bir-birini əvəz et-
məsinə də təsadüf olunur. Təbriz şivəsində birinci şəxs təkdə - ın ,
- in şəkilçisi də işlənir, Quba şivəsində - si şəkilçisi bəzən ikinci
şəxsi ifadə edir; məs.: - Mənim bu gözin o vəxdən xəstə olupdi
(Təb.); - Nədi familyəsi sənün? (Qb.). Qazax və Tovuz şivələ-
rində - ım
4
şəkilçisi - mız
4
şəkilçisinin mövqeyində işlənə bilir;
məs.: - Pəhlivannar de:r, di bizim mərcimi ver (Tov.); - Ey paccah,
izin ver bizə, öz vətənimə getməy isderix’ (Qaz.) və s. Şivələrin
əksəriyyətində əmisi, atası, daysı ifadələri bütün şəxsləri əhatə
edir. Ağdaş şivəsində ikinci şəxs mənsubiyyət şəkilçisi əvəzinə -
si şəkilçisi də işlənir. Məs.: - Sə:n ciyisi nə qulluğ eli:r (97, s.87).
Üçüncü şəxsin - si şəkilçisinin ikinci şəxsi bildirməsi yazı-
lı abidələrdə - “Əsrarnamə”nin və “Şühədənamə”nin dilində də
qeydə alınmışdır (57, s.30).
Salar dilində üç şəxsin tək və cəmində, sarı uyğur dilin-
də isə birinci və ikinci şəxslərdə eyni şəkilçidən istifadə olunur
(99,s.284,292). Bu xüsusiyyət karaim dilində də mühafizə olun-
muşdur (171, s.139).
Dostları ilə paylaş: |