158
159
Ədəbi dildə sonu samitlə bitən, ikinci və üçüncü şəxslərin tə-
kinin mənsubiyyət şəkilçilərini qəbul etmiş sözlər hallanma pro-
sesində adlıq haldan başqa, digər hallarda bir-birindən fərqlənmir.
Onlar yalnız mətn daxilində aydınlaşır. Şivələrdə isə həmin şəxs-
lər müxtəlif formalarla bir-birindən seçilir.
Şivələrin qərb qrupunda və Şəkinin bəzi kənd şivələrində
ikinci şəxs təkdə mənsubiyyət şəkilçili isimlərin hallanması za-
manı mənsubiyyət şəkilçisində, velyar ŋ səsi işlənir ki, bu da ikin-
ci şəxsi üçüncü şəxsdən fərqləndirmək üçün əsas əlamət hesab
olunur; məs.:
sənin sajıŋın
, haravaŋın
, sürüŋün
, sajıŋ
a, sajıŋı
,
sajıŋ
da, sajıŋ
nan, corabıŋ
a, corabıŋı (Qaz.),
qoşuŋ
un, körpüŋün
,
ataŋın
, anəŋ
in, bajiŋ
i və s. (Gəd.),
elıŋın
, elıŋ
a, elıŋı
, elıŋ
da, elıŋ-
nan (Ş.),
ataŋ
, ataŋın
, ataŋ
a, ataŋı
, ataŋ
da, ataŋ
nan (Ağc) və s.
Bu xüsusiyyət “Kitabi-Dədə Qorqud” abidəsində də işlən-
mişdir; məs.: Bir buğa öldürmüş
səniŋ
oğlıŋ
, adı Buğac olsun;
“Dilüŋ çürüsün, çoban! Qadir
səniŋ
alnuŋ
a qada yazsun, çoban!”
- dedi; Mənim canım
səniŋ
canıŋ
a qurban olsun! - dedi (KDQ,
s.36,45,85).
İkinci şəxsdə mənsubiyyət şəkilçisinin velyar ŋ səsi ilə işlən-
məsi ən qədim formadır. Tarixən velyar ŋ-nun arxaikləşməsi, təd-
ricən
n səsinə çevrilməsi hallanma prosesində ikinci şəxslə üçün-
cü şəxs arasında oxşarlıq əmələ gətirmişdir.
Şivələrin
qərb qrupunda, Zəngilan (Şatarız və Ağbis kənd
şivələri), Cəbrayıl (Qaracallı kənd şivəsi), Urmiya, İrəvan, Zən-
gibasar və İraq türkmanlarının şivələrində həmin şəxsləri bir-bi-
rindən ayırmaq üçün ikinci şəxsdə
y ünsürü işlənir;
haravayın,
haravaya, haravayı, başıyın, oğluyun (Qaz.),
cora- bıyın, cora-
bıya, corabıyı (Gəd.),
gözüyün, gözüya, gözüyü (Cəb.),
nənəyin,
nənəyə, nənəyi (Zən.),
işiyin, işiyə, işiyi (İt.), əliyin
, əliyə
, əliyi
(Zb.),
babayın, babaya, babayı (İr.); əriyin “ər”, əriyə
, əriyi (U.)
və s. Şuşanın Şırlan kənd şivəsində y ünsürü yalnız yiyəlik halda
işlənir; məs.:
qızıyın, kərəntiyin, bajıyın və s.
Yiyəlik halda -
yın şəkilçisi türk dilinin Qazianten şivəsində
də işləkdir; məs.:
eviyin kapısı,
kitabıyın kabı,
gözüyün rengi və
s. (199, s.50).
birləşmələri ilə əlaqəli şəkildə inkişaf tarixindən ətraflı bəhs edən
A.Hüseynov sintaktik üsulla ifadə olunan mənsubiyyəti ən qədim
forma hesab edir (51, s.165).
Ümumiyyətlə, türkologiyada şəkilçisiz formalar qədim hesab
olunur. Bu baxımdan mənsubiyyət formalarının inkişafında ilkin
- birinci mərhələdə birləşmənin hər iki tərəfi şəkilçisiz işlənmiş-
dir ki, bunun da izləri şivələrdə saxlanmışdır;
deve bala, cib yay-
lıx, qoz ləpə, cüyür bulax və s.
Birinci tərəfi şəxs əvəzliklərindən
ibarət olan birləşmələrin
şəkilçisiz işlənməsinə şivələrdə hər üç şəxsin təkində rast gəl-
mək mümkündür: məs.: -
Mən yaşda olar (Br.); -
Sən yaşda atam
yoxıydı, mən öyə qazaş gətirirdim (Göy.); - Uşax
o yaşda çayda
selə düşdü (Şam.) və s. Bu xüsusiyyət türkmən dilinin şivələrində
də canlıdır: məs.: Biz o:va barjek kə:mi?
Şo üam biz miləttən
(200, s.303).
Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi şəkilçisiz mənsubiyyət
bildirən birləşmələr mənsubiyyət kateqoriyasının inkişafında II
mərhələni təşkil edir. Bu forma Qax şivəsində daha işləkdir:
qu-
şun bala, toğun bala, inəyin bala, camışın bala və s. Son mərhələ-
də hər şəxsin özünə müvafiq əlaməti formalaşmışdır.
Dostları ilə paylaş: