45
dövlət orqanı mövcuddur. Ancaq korporativ hüquq hüququn bir çox digər
sahələri kimi (misal üçün, müqavilə hüququ)
tənzimlənməyən sahədir.
Əlbəttə, “tənzimlənən” və ya “tənzimlənməyən” sözlər hüquqi anlayış deyil,
bunlar sadəcə hər hansı sahəni ümumi şəkildə təsvir etmək üçün istifadə olunan
ifadələrdir. Bu anlayışlar nisbi xarakter daşıyır
73
. Biz bu yazıda korporativ
hüquqa münasibətdə ilk növbədə “tənzimlənən” dedikdə imperativ normaları
başa düşürük.
Dünyanın bir çox inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da
korporativ hüquq, demək olar ki, tənzimlənməyən sahədir – Azərbaycanda
hüquqi şəxslərə gündəlik nəzarət edən hər hansı dövlət orqanı mövcud deyil.
Ancaq bizdə bəzən başqa təsəvvür yaranır. Bunun da bir sıra səbəbləri var.
Səbəblərdən biri Azərbaycanın hüquqi şəxslərə dair qanunvericiliyində
imperativ normaların bir qədər çox olmasıdır. Buna qeydiyyat orqanı olan
Vergilər Nazirliyinin özünün qeydiyyat funksiyasına ciddi yanaşmasını əlavə
etsək, deyə bilərik ki, korporativ hüququn tənzimlənən sahə olması təəssüratı
heç də əsassız deyil.
Bəs fərqi nədir: tənzimlənir, yoxsa tənzimlənmir? Bu məqamda məsələnin
iqtisadi aspektinə və bir qədər də nəzəriyyəyə (söz verirəm, nəzəriyyə çox
olmayacaqdır!) diqqət yetirək.
Dostları ilə paylaş: