Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə18/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   14   15   16   17   18   19   20   21   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

    Bu səhifədəki naviqasiya:
  • Tələb
Bazar və tənzimlənmə 
Sovetlər Birliyi dağıldıqdan sonra biz “bazar iqtisadiyyatı”nı geniş müzakirə 
etməyə başladıq. Adından da göründüyü kimi, bazar iqtisadiyyatı bazara 
əsaslanan iqtisadiyyatdır. Bilirik ki, bazar dedikdə hər hansı mal və ya xidmətin 
satıcılarının və alıcılarının məcmusu və görüşdüyü yer başa düşülür. Misal üçün, 
73
Əslində tənzimləməni bir kontinium kimi təsəvvür etmək olar. Bu kontiniumun sonunda heç bir tənzimləmə (və ya “0” 
tənzimləmə) durmur, digər sonunda isə bütün addımların və hərəkətlərin tənzimlənməsi durur.


46 
almanın bazarı dedikdə hər hansı bir ərazidə (misal üçün, Bakı şəhərində) olan 
almaların satıcıları və alıcıları nəzərdə tutulur.
Bazarı məhz tələb və təklif formalaşdırır. Bazara alıcıların və satıcıların 
görüşdüyü yer kimi verdiyimiz tərifi bir qədər başqa formada da ifadə etmək 
olar: bazar hər hansı bir mala və ya xidmətə dair tələblərin və təkliflərin 
görüşdüyü yerdir. Tələb dedikdə bazarda olan alıcıların almaq istədikləri və 
almaq iqtidarında olduqları hər hansı növ malların və ya xidmətlərin sayını başa 
düşürük. Təklif isə bazarda olan satıcıların sata bildikləri və ya satmaq 
iqtidarında olduqları hər hansı növ malların və ya xidmətlərin sayıdır. Tələb və 
təklifin qarşılıqlı əlaqəsi nəticəsində qiymət meydana çıxır
74

Sovetlər Birliyinin iqtisadi ideologiyasına əsasən kimə, nə, və nə qədər lazım 
olduğu barədə dövlət qərar verməli idi. Misal üçün, dövlət qərar verirdi ki, bu il 
ölkə üçün 1 ton alma lazımdır. Digər formada desək, Sovet iqtisadiyyatında 
dövlət tələb və təklifi özü müəyyən edərək bazarı əvəzləyirdi və bütün iqtisadi 
əlaqələri formalaşdırmalı idi. Bazar iqtisadiyyatında isə tələb və təklif heç bir 
şəxsin subyektiv iradəsindən asılı olmayaraq, insanların bir-biriləri ilə əlaqəsi 
nəticəsində formalaşır. Buradan göründüyü kimi, bazar iqtisadiyyatının əsas 
xüsusiyyəti iqtisadi əlaqələrin, ən azından nəzəriyyədə, məhz heç bir konkret 
şəxsin müdaxiləsi olmadan azad şəkildə formalaşmasıdır.
Nəticə etibarilə, bazar tənzimləyici rol oynayır – iqtisadi maraqlar, tələb, təklif və 
onların qarşılıqlı əlaqəsi əsasında formalaşan qiymət mühüm tənzimləyici 
funksiyanı yerinə yetirərək insanların hərəkətlərini müəyyən istiqamətə 
yönəldir. Misal üçün, əgər mən alma satmaqla məşğulamsa, digər məsələlərlə 
yanaşı, almanın harada (misal üçün, Bakıda və ya Şəkidə) və hansı qiymətə 
(misal üçün, 5 və ya 10 AZN) satılması barədə qərar qəbul etməliyəm. Rəqabətli 
bazar iqtisadiyyatı şəraitində mən bu məsələlər barədə qərar verməkdə tam azad 
deyiləm: bazar və iqtisadi faktorlar, o cümlədən bazarda almalara olan tələb ən 
74
Baxın, misal üçün, N. Gregory Mankiw, Principles of Macroeconomics (5
th
Ed), 


47 
azından məni müəyyən qərarlar qəbul etməyə yönəldir. Nəticədə, bazar iqtisadi 
əlaqələrin və ümumiyyətlə, cəmiyyətdə insanlar arasında münasibətlərin 
müəyyən strukturunu və ya daxili qaydasını yaradır – və bu halda deyirlər ki, 
bazar özü-özünü tənzimləyir. XVIII əsrdə yaşamış görkəmli şotland iqtisadçısı 
Adam Smit özünün "Millətlərin zənginliyi" ("Wealth of Nations", 1776) adlı 
əsərində “görünməyən əlin” (invisible hand) bütün iqtisadiyyatı idarə etdiyini 
söylədikdə məhz bazarın bu tənzimləyici funksiyasını nəzərdə tuturdu.
Ticarət məhz bazar şəraiti olduqda mümkündür və iqtisadçılar əzəldən qəbul 
etmişlər ki, ticarət hər kəsin vəziyyətinin iqtisadi cəhətdən yaxşılaşdırılmasına 
şərait yaradır. O cümlədən bazar ona imkan verir ki, insanlar (1) dünyada olan 
məhdud resurslardan səmərəli istifadə etsinlər və (2) bu məhdud resurslar 
insanlar arasında effektiv paylansın. Bazarın tənzimləyici və resursların effektiv 
paylayıcı əhəmiyyətini göstərmək üçün aşağıdakı misalı diqqətinizə çatdırırıq:
Misal: Əgər A və B ikisi də həm dondurma, həm də şokolad düzəldə bilərsə, 
ancaq A dondurmanı B-yə nisbətdə daha az xərc çəkməklə, B isə şokoladı A-ya 
nisbətdə daha az xərc çəkməklə düzəldə bilərsə, o zaman bazar şəraitində A 
dondurma, B isə şokolad düzəldəcək və onlar ticarət əlaqəsinə girərək bir-
birilərini dondurma və şokoladla təmin edəcəklər. 
Mükəmməl bazar şəraitində dövlətə heç bir ehtiyac yoxdur
75
, çünki yuxarıda 
qeyd etdiyimiz kimi, bazar özü hər şeyi tənzimləyir. Mahiyyət etibarilə
mükəmməl bazar iqtisadiyyatı onu ehtiva edir ki, dövlət ictimai əlaqələrə heç bir 
müdaxilə etmir və insanlar yalnız iqtisadi faktorları rəhbər tutaraq hərəkət 
edirlər. Bu, çox gözəldir, deyilmi? Hər halda, harada olmasına baxmayaraq, heç 
kəs dövlətin və ya digər şəxsin onun azadlığına (o cümlədən iqtisadi azadlığına) 
müdaxilə etməsini istəmir. Ancaq yeganə problem odur ki, reallıqda mükəmməl 
bazar mövcud deyildir!
75
Hüquqi və iqtisadi ədəbiyyatda bəzən dövlət müdaxiləsindən azad şəraiti fransız sözü olan “laissez-fair”lə ifadə edirlər.


48 
Mükəmməl bazar o bazardır ki, orada: 

Kifayət qədər alıcılar və satıcılar var və bazarda rəqabət mövcuddur; 

Yan təsirlər (və ya xarici təsir, ingiliscə: “externality”) yoxdur; 

Bütün mallar və xidmətlər haqqında tam informasiya var (xüsusən, 
informasiya asimmetriyası yoxdur); 

Əqdlə bağlı xərclər (ing.: “transaction costs”) yoxdur və ya çox azdır və s. 
Ancaq reallıqda bu, fərqlidir: bazar mükəmməl deyil və ingilis dilindən birbaşa 
tərcümə etsək, bazar da hərdən “işləmir” (ing.: “markets fail”). Yuxarıdakı bazar 
haqqında ehtimalları götürsək, bilirik ki, müasir dövrdə bazarda rəqabəti 
məhdudlaşdıran və monopoliya şəraiti yaradan tendensiyalar mövcuddur. Hər 
hansı iqtisadi fəaliyyətin adətən mənfi və ya müsbət yan təsirləri olur. Mallar və 
xidmətlər haqqında tam məlumat olmaya da bilər: bir tərəfdə çox məlumat 
olduğu üçün üstünlüyündən sui-istifadə edə bilər. Misal üçün, almanın 
satıcısında almanın keyfiyyəti haqda daha çox məlumat var, nəinki alıcıda – bu 
halda deyirlər ki, bazarda “asimmetrik informasiya” mövcuddur
76
. Digər hallarda 
məlumat probleminin başqa forması qeyri-müəyyənlikdir. Bu boşluqları aradan 
qaldırmaq üçün bazara qanunla nəzərdə tutulan qaydada müdaxilə edilir. Misal 
üçün, dövlətin antiinhisar siyasəti bazarda monopoliyanın (və ya oliqopoliyanın) 
yaranmasının qarşısını almaq məqsədi daşıyır. Digər bir misal: dövlətin 
istehlakçıların hüquqları ilə bağlı qəbul etdiyi qanunların məqsədlərindən biri 
informasiya asimmetriyasını aradan qaldırmaqdır
77
.
Planlı iqtisadiyyat olan Sovet iqtisadiyyatı ilə bazar iqtisadiyyatı arasında 
dövlətin müdaxiləsi baxımından fərq çox böyükdür. Planlı iqtisadiyyat, 
ümumiyyətlə, bazarı inkar edirdi. Əksinə, bazar iqtisadiyyatında dövlətin 
müdaxiləsi bazarı dəstəkləmək məqsədi daşıyır (ən azından məqsəd bundan 
76
George A. Akerlof, The Market for “Lemons”: Quality Uncertainty and the Market Mechanism, The Quarterly Journal 
of Economics, Vol. 84, No. 3. (Aug., 1970), səh. 488-500 
77
Daniel H. Cole and Peter Z. Grossman, Principles of Law and Economics (2005) səh. 13-19


49 
ibarətdir!... nəticə isə daim müzakirə obyektidir). Dövlət müdaxilə etməklə ümid 
edir ki, bazarda olan boşluqları və ya işləməyən sahələri düzəldəcək. Buna 
baxmayaraq, bazar iqtisadiyyatında dövlətin müdaxiləsinin dərəcəsi daima 
müzakirə olunan məsələlərdən biridir. Nəzəri cəhətdən elə ola bilər ki, dövlət o 
qədər hər hansı sahəni tənzimləyə bilər ki, funksional baxımdan planlı 
iqtisadiyyatla bu cür tənzimlənən sahənin arasında fərq cüzi olar. Bazara 
müdaxilə özü-özlüyündə müəyyən bazar tendensiyalarına təsir etmək deməkdir 
və şübhəsiz ki, çox vaxt bu müdaxilələrin “yan təsirləri” əmələ gəlir. Bu nöqteyi-
nəzərdən ümumi qəbul olunmuş yanaşmaya əsasən dövlət yalnız zəruri olan 
zaman və həcmdə bazara müdaxilə etməlidir. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin