Bazar və tənzimlənmə
Sovetlər Birliyi dağıldıqdan sonra biz “bazar iqtisadiyyatı”nı geniş müzakirə
etməyə başladıq. Adından da göründüyü kimi, bazar iqtisadiyyatı bazara
əsaslanan iqtisadiyyatdır. Bilirik ki, bazar dedikdə hər hansı mal və ya xidmətin
satıcılarının və alıcılarının məcmusu və görüşdüyü yer başa düşülür. Misal üçün,
73
Əslində tənzimləməni bir kontinium kimi təsəvvür etmək olar. Bu kontiniumun sonunda heç bir tənzimləmə (və ya “0”
tənzimləmə) durmur, digər sonunda isə bütün addımların və hərəkətlərin tənzimlənməsi durur.
46
almanın bazarı dedikdə hər hansı bir ərazidə (misal üçün, Bakı şəhərində) olan
almaların satıcıları və alıcıları nəzərdə tutulur.
Bazarı məhz tələb və təklif formalaşdırır. Bazara alıcıların və satıcıların
görüşdüyü yer kimi verdiyimiz tərifi bir qədər başqa formada da ifadə etmək
olar: bazar hər hansı bir mala və ya xidmətə dair tələblərin və təkliflərin
görüşdüyü yerdir. Tələb dedikdə bazarda olan alıcıların almaq istədikləri və
almaq iqtidarında olduqları hər hansı növ malların və ya xidmətlərin sayını başa
düşürük. Təklif isə bazarda olan satıcıların sata bildikləri və ya satmaq
iqtidarında olduqları hər hansı növ malların və ya xidmətlərin sayıdır. Tələb və
təklifin qarşılıqlı əlaqəsi nəticəsində qiymət meydana çıxır
74
.
Sovetlər Birliyinin iqtisadi ideologiyasına əsasən kimə, nə, və nə qədər lazım
olduğu barədə dövlət qərar verməli idi. Misal üçün, dövlət qərar verirdi ki, bu il
ölkə üçün 1 ton alma lazımdır. Digər formada desək, Sovet iqtisadiyyatında
dövlət tələb və təklifi özü müəyyən edərək bazarı əvəzləyirdi və bütün iqtisadi
əlaqələri formalaşdırmalı idi. Bazar iqtisadiyyatında isə tələb və təklif heç bir
şəxsin subyektiv iradəsindən asılı olmayaraq, insanların bir-biriləri ilə əlaqəsi
nəticəsində formalaşır. Buradan göründüyü kimi, bazar iqtisadiyyatının əsas
xüsusiyyəti iqtisadi əlaqələrin, ən azından nəzəriyyədə, məhz heç bir konkret
şəxsin müdaxiləsi olmadan azad şəkildə formalaşmasıdır.
Nəticə etibarilə, bazar tənzimləyici rol oynayır – iqtisadi maraqlar, tələb, təklif və
onların qarşılıqlı əlaqəsi əsasında formalaşan qiymət mühüm tənzimləyici
funksiyanı yerinə yetirərək insanların hərəkətlərini müəyyən istiqamətə
yönəldir. Misal üçün, əgər mən alma satmaqla məşğulamsa, digər məsələlərlə
yanaşı, almanın harada (misal üçün, Bakıda və ya Şəkidə) və hansı qiymətə
(misal üçün, 5 və ya 10 AZN) satılması barədə qərar qəbul etməliyəm. Rəqabətli
bazar iqtisadiyyatı şəraitində mən bu məsələlər barədə qərar verməkdə tam azad
deyiləm: bazar və iqtisadi faktorlar, o cümlədən bazarda almalara olan tələb ən
74
Baxın, misal üçün, N. Gregory Mankiw, Principles of Macroeconomics (5
th
Ed),
47
azından məni müəyyən qərarlar qəbul etməyə yönəldir. Nəticədə, bazar iqtisadi
əlaqələrin və ümumiyyətlə, cəmiyyətdə insanlar arasında münasibətlərin
müəyyən strukturunu və ya daxili qaydasını yaradır – və bu halda deyirlər ki,
bazar özü-özünü tənzimləyir. XVIII əsrdə yaşamış görkəmli şotland iqtisadçısı
Adam Smit özünün " Millətlərin zənginliyi" (" Wealth of Nations", 1776) adlı
əsərində “ görünməyən əlin” ( invisible hand) bütün iqtisadiyyatı idarə etdiyini
söylədikdə məhz bazarın bu tənzimləyici funksiyasını nəzərdə tuturdu.
Ticarət məhz bazar şəraiti olduqda mümkündür və iqtisadçılar əzəldən qəbul
etmişlər ki, ticarət hər kəsin vəziyyətinin iqtisadi cəhətdən yaxşılaşdırılmasına
şərait yaradır. O cümlədən bazar ona imkan verir ki, insanlar (1) dünyada olan
məhdud resurslardan səmərəli istifadə etsinlər və (2) bu məhdud resurslar
insanlar arasında effektiv paylansın. Bazarın tənzimləyici və resursların effektiv
paylayıcı əhəmiyyətini göstərmək üçün aşağıdakı misalı diqqətinizə çatdırırıq:
Misal: Əgər A və B ikisi də həm dondurma, həm də şokolad düzəldə bilərsə,
ancaq A dondurmanı B-yə nisbətdə daha az xərc çəkməklə, B isə şokoladı A-ya
nisbətdə daha az xərc çəkməklə düzəldə bilərsə, o zaman bazar şəraitində A
dondurma, B isə şokolad düzəldəcək və onlar ticarət əlaqəsinə girərək bir-
birilərini dondurma və şokoladla təmin edəcəklər.
Mükəmməl bazar şəraitində dövlətə heç bir ehtiyac yoxdur
75
, çünki yuxarıda
qeyd etdiyimiz kimi, bazar özü hər şeyi tənzimləyir. Mahiyyət etibarilə,
mükəmməl bazar iqtisadiyyatı onu ehtiva edir ki, dövlət ictimai əlaqələrə heç bir
müdaxilə etmir və insanlar yalnız iqtisadi faktorları rəhbər tutaraq hərəkət
edirlər. Bu, çox gözəldir, deyilmi? Hər halda, harada olmasına baxmayaraq, heç
kəs dövlətin və ya digər şəxsin onun azadlığına (o cümlədən iqtisadi azadlığına)
müdaxilə etməsini istəmir. Ancaq yeganə problem odur ki, reallıqda mükəmməl
bazar mövcud deyildir!
75
Hüquqi və iqtisadi ədəbiyyatda bəzən dövlət müdaxiləsindən azad şəraiti fransız sözü olan “laissez-fair”lə ifadə edirlər.
48
Mükəmməl bazar o bazardır ki, orada:
Kifayət qədər alıcılar və satıcılar var və bazarda rəqabət mövcuddur;
Yan təsirlər (və ya xarici təsir, ingiliscə: “ externality”) yoxdur;
Bütün mallar və xidmətlər haqqında tam informasiya var (xüsusən,
informasiya asimmetriyası yoxdur);
Əqdlə bağlı xərclər (ing.: “ transaction costs”) yoxdur və ya çox azdır və s.
Ancaq reallıqda bu, fərqlidir: bazar mükəmməl deyil və ingilis dilindən birbaşa
tərcümə etsək, bazar da hərdən “işləmir” (ing.: “ markets fail”). Yuxarıdakı bazar
haqqında ehtimalları götürsək, bilirik ki, müasir dövrdə bazarda rəqabəti
məhdudlaşdıran və monopoliya şəraiti yaradan tendensiyalar mövcuddur. Hər
hansı iqtisadi fəaliyyətin adətən mənfi və ya müsbət yan təsirləri olur. Mallar və
xidmətlər haqqında tam məlumat olmaya da bilər: bir tərəfdə çox məlumat
olduğu üçün üstünlüyündən sui-istifadə edə bilər. Misal üçün, almanın
satıcısında almanın keyfiyyəti haqda daha çox məlumat var, nəinki alıcıda – bu
halda deyirlər ki, bazarda “ asimmetrik informasiya” mövcuddur
76
. Digər hallarda
məlumat probleminin başqa forması qeyri-müəyyənlikdir. Bu boşluqları aradan
qaldırmaq üçün bazara qanunla nəzərdə tutulan qaydada müdaxilə edilir. Misal
üçün, dövlətin antiinhisar siyasəti bazarda monopoliyanın (və ya oliqopoliyanın)
yaranmasının qarşısını almaq məqsədi daşıyır. Digər bir misal: dövlətin
istehlakçıların hüquqları ilə bağlı qəbul etdiyi qanunların məqsədlərindən biri
informasiya asimmetriyasını aradan qaldırmaqdır
77
.
Planlı iqtisadiyyat olan Sovet iqtisadiyyatı ilə bazar iqtisadiyyatı arasında
dövlətin müdaxiləsi baxımından fərq çox böyükdür. Planlı iqtisadiyyat,
ümumiyyətlə, bazarı inkar edirdi. Əksinə, bazar iqtisadiyyatında dövlətin
müdaxiləsi bazarı dəstəkləmək məqsədi daşıyır (ən azından məqsəd bundan
76
George A. Akerlof, The Market for “Lemons”: Quality Uncertainty and the Market Mechanism, The Quarterly Journal
of Economics, Vol. 84, No. 3. (Aug., 1970), səh. 488-500
77
Daniel H. Cole and Peter Z. Grossman, Principles of Law and Economics (2005) səh. 13-19
49
ibarətdir!... nəticə isə daim müzakirə obyektidir). Dövlət müdaxilə etməklə ümid
edir ki, bazarda olan boşluqları və ya işləməyən sahələri düzəldəcək. Buna
baxmayaraq, bazar iqtisadiyyatında dövlətin müdaxiləsinin dərəcəsi daima
müzakirə olunan məsələlərdən biridir. Nəzəri cəhətdən elə ola bilər ki, dövlət o
qədər hər hansı sahəni tənzimləyə bilər ki, funksional baxımdan planlı
iqtisadiyyatla bu cür tənzimlənən sahənin arasında fərq cüzi olar. Bazara
müdaxilə özü-özlüyündə müəyyən bazar tendensiyalarına təsir etmək deməkdir
və şübhəsiz ki, çox vaxt bu müdaxilələrin “yan təsirləri” əmələ gəlir. Bu nöqteyi-
nəzərdən ümumi qəbul olunmuş yanaşmaya əsasən dövlət yalnız zəruri olan
zaman və həcmdə bazara müdaxilə etməlidir.
Dostları ilə paylaş: |