Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə19/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   ...   15   16   17   18   19   20   21   22   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Nəzəriyyə praktikada 
Gəlin indi də bazar və tənzimləmə haqqında nəzəriyyəni Azərbaycanın hüquqi 
şəxslər haqqında qanunvericiliyinə tətbiq edək. Qısaca qeyd etmək istərdim ki, 
hüquq və iqtisadiyyat ədəbiyyatında şirkətlər (və ya hüquqi şəxslər) dövlət kimi 
bazara alternativ mexanizm kimi çıxış edir
78
. Biz bu faktoru nəzərə almırıq (əsas 
götürmürük). 
Qeydiyyat 
Demək olar ki, qeydiyyat tənzimləmənin bir formasıdır. Dövlətin qeydiyyat 
aparması qeydiyyat obyektinə nəzarət etmək deməkdir. Azərbaycan 
qanunvericiliyində ortaqlıqların yaranması üçün qeydiyyatın məcburiliyi 
diqqətçəkən məsələlərdən biridir. Yəqin ki, ortaqlıqlara münasibətdə 
qeydiyyatın məcburi olmasına inkişaf etmiş dövlətlərdə nadir hallarda rast 
gəlmək mümkündür (əgər ümumiyyətlə, mümkündürsə). ABŞ-da bir çox 
78
Bu nəzəriyyəni məşhur iqtisadçı alim Ronald Koza özünün "Nature of the Firm, Economica Vol. 4" (1937) məqaləsində 
geniş müzakirə etmişdir. 


50 
ştatlarının qanunvericiliyinə əsasən ortaqlıq yaratmaq üçün qeydiyyat, formal 
müqavilənin bağlanması və bəyan olunması belə tələb olunmur. 
Mahiyyət etibarilə iki və ya daha çox şəxs birlikdə sahibkarlıqla məşğul olduqda 
(şərik bizneslə) hər hansı qeydiyyatdan keçib-keçməməsindən asılı olmayaraq
onlar artıq ortaqlıq yaratmış olurlar. Çox vaxt qeyd edirlər ki, ortaqlıq hüquqi 
şəxs deyil. Bu fikir universal qəbul olunmasa da
79
, ortaqlıqların hüquqi şəxs 
olmaması barədə fikir bizə çox şeyi deyir. Bu, o deməkdir ki, iki şəxs birlikdə 
fəaliyyət göstərdikdə onlar nəticədə üçüncü şəxsi – hüquqi şəxsi – yaratmırlar. A 
və B-nin ortaqlığı elə A və B özləridir – AB ortaqlığı üçüncü şəxs (hüquqi şəxs) 
deyil.
Azərbaycanda nadir hallarda qeydiyyata alınmış ortaqlığa rast gəlmək olar. 
Ancaq bu, o demək deyil ki, bazarda tam ortaqlıqlar yoxdur. Biz bilirik ki
Azərbaycanda şirkət yaratmadan şərik bizneslə məşğul olanlar çoxdur. Demək 
olar ki, bu cür qeydiyyata alınmayan ortaqlıqların arasında olan münasibətlər 
bazarla və müqavilələrə dair müddəalarla tənzimlənir
80
.
ABŞ və dünyanın bir sıra dövlətlərində mövcud olan ortaqlıqlar haqqında 
qanunvericiliyin məqsədi daha çox ortaqlar (iştirakçılar) arasında müqavilə 
olmadıqda və ya olan müqavilə məsələni tənzimləmədikdə yaranan 
mübahisələri həll etməkdir. Ancaq ortaqlar öz münasibətlərini müqavilə ilə 
tənzimləməkdə azaddırlar. Bu məqsədlə də ortaqlıqlara aid bir çox müddəalar 
dispozitiv olmalıdır. Misal üçün, dispozitiv qaydaya əsasən iştirakçılar arasında 
gəlirlər onların qoyduğu mayaya proporsional (mütənasib) bölüşdürülür. Ancaq 
müqavilə ilə bunu dəyişmək mümkündür. Bu, Azərbaycan qanunvericiliyində 
də belədir
81

MMC və SC-lərin qeydiyyatı: Mahiyyət etibarilə və funksional baxımdan MMC 
ortaqlığın bir formasıdır. Yeganə əsas fərq məsuliyyətin məhdud olmasıdır. Bir 
79
Baxın, misal üçün, H. Hansmann, R. Kraakman, Essential Role of Organizational Law, 110 Yale L.J. 387 (2000)
80
Bu faktiki ortaqlıqlar daha çox birgə fəaliyyət formatına oxşayır, Rusiya hüququndakı sadə ortaqlıq analoqu. 
81
MM-in 74-cü maddəsi 


51 
çox dövlətlərdə olduğu kimi, Azərbaycanda da MMC-lər qeydiyyata alınır. Biz 
burada qeydiyyata ehtiyacın tarixi və necə yarandığı barədə fikir söyləyə 
bilmirik. Ancaq, zənnimcə, hazırda səbəblərdən biri məhz MMC-də məsuliyyətin 
məhdud olmasıdır. MMC ayrıca və öz iştirakçısının şəxsiyyətindən asılı olmayan 
hüquqi şəxsiyyətdir. Ortaqlıq müflis olan zaman kreditorlar onun 
iştirakçılarından borcun ödənilməsini tələb edə bilərlər – yəni ortaqlığın borcları 
onun iştirakçılarının borclarıdır və onlar bu borcları üzərilərindən asan götürə və 
ya ondan qaça bilməzlər. MMC isə fərqlidir: MMC-nin borcları yalnız MMC-yə 
aiddir, onun iştirakçılarının borcları deyil. Əgər MMC qeydiyyatdan keçməsə, o 
zaman MMC-ni axtarıb tapmaq da çətin olar, çünki hüquqi şəxs sadəcə bir 
“fiksiyadır”;
82
o, yalnız kağızlarda və insanlara münasibətində mövcuddur. 
Qeydiyyat isə həmin şəxsin mövcud olmasını təsdiq edir. Bu arqumenti SC-yə 
də tətbiq etmək olar. Bu halda biz deyirik ki, MMC və SC-lərə münasibətdə 
qeydiyyat bazarı dəstəkləyir və boşluqları doldurur. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin