82
korporasiyalar seçim qarşısında qalmışdı: ya rəqiblərin biri ilə birləşmək, ya da
itki ilə üzləşib biznesdən getmək.
Şirkətlərin investisiya cəlbediciliyinin yüksəldilməsi. Əksər hallarda bu,
yüksək rəqabətli bazarlarda fəaliyyət göstərən və güclü inkişaf yolunda olan
böyük korporasiyalar üçün xarakterikdir. Onlar qarşısında iki əsas məsələ durur:
müsbət imic yaratmaq, yəni şirkətin pozitiv adını (reputasiyasını)
formalaşdırmaq və kənar investisiyaları cəlb etmək. Bu məqsədlərə nail olması
şirkətin kapitallaşmasının artmasına səbəb olur və bu, şirkətin özünün və bütün
səhmdar qruplarının (yeni və köhnə) xeyrinə olur. Şirkətin investisiya
cəlbediciliyi korporativ idarəetmənin yaxşılaşması və onun daxili strukturunun
dəyişilməsi sayəsində yüksəlir.
Minoritar səhmdarları uzaqlaşdırmaq. Bəzən şirkətlər yenidən təşkili bir
məqsədlə, "arzu olunmayan" minoritar səhmdarlardan qurtulmaq məqsədilə
aparırlar.
Dostları ilə paylaş: