83
alınması qaydasının pozulması zamanı. Müəyyən hallarda antiinhisar orqanı
şirkətlərin qoşulması, birləşməsi və yaradılması ilə bağlı bir sıra əməliyyatların
aparılmasına qabaqcadan razılıq verir.
141
Əgər şirkət qeyd edilən ilkin razılıq
olmadan yaradılıbsa, antiinhisar orqanı bu hərəkətin etibarsız hesab olunması
haqqında tələblə məhkəməyə müraciət etmək hüququna malikdir.
142
İddia ərizəsi
məhkəmə orqanlarına ancaq o halda verilə bilər ki, şirkətin yaranması rəqabətin
məhdudlaşmasına gətirsin və ya gətirə bilər, həmçinin bazarda üstün
mövqeyinin yaranmasına və ya güclənməsinə səbəb olsun. Beləliklə, göstərilən
hallarda "Antiinhisar fəaliyyəti haqqında" Qanuna əsasən antiinhisar orqanı
qanunu pozan şirkətin məhkəmə qaydasında məcburi bölünməsi və ya onun
tərkibindən bir və ya bir neçə təşkilatın ayrılmasını tələb etmək hüququna
malikdir.
Məcburi və könüllü yenidən təşkilin həyata keçirilməsi prosesi və qaydaları
eynidir. Lakin əgər şirkət səhmdarları (iştirakçıları) səlahiyyətli dövlət orqanının
qərarında müəyyən edilmiş müddətdə şirkətin yenidən təşkilini həyata
keçirməzlərsə, məhkəmə şirkətə kənar idarəçini təyin etmək və şirkətin yenidən
təşkilini həyata keçirməyi ona həvalə etmək hüququna malikdir. Kənar
idarəçinin təyin edildiyi andan şirkətin işlərinin idarəsi üzrə səlahiyyətlər ona
keçir.
143
Dostları ilə paylaş: