Bu kitab abş-da Təhsil Almış Məzunlar Asosiasiyasının dəstəyi ilə 2104-cü ildə nəşr olunmuşdur


Fəsil VIII. Şirkətlərdə bağlanan xüsusi növ əqdlərin hüquqi tənzimlənməsi



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə6/86
tarix09.07.2023
ölçüsü2,39 Mb.
#136214
1   2   3   4   5   6   7   8   9   ...   86
Azərbaycan-Korporativ-huququ.-Kitab-Emin-Kərimov

Fəsil VIII. Şirkətlərdə bağlanan xüsusi növ əqdlərin hüquqi tənzimlənməsi ................... 221
 
Xüsusi əhəmiyyətli əqdlərin hüquqi rejimi ................................................................................. 221
 
Xüsusi əhəmiyyətli əqdlərin bağlanma qaydası ......................................................................... 225
 
Aidiyyəti şəxslərlə əqdlər ............................................................................................................... 227
 
Aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası ....................................................................... 230
 
Aidiyyəti şəxslərlə əqdlərin direktorlar şurası tərəfindən təsdiqlənməsi ............................... 231
 
BAKI 2014 



QISALTMALAR 
AR 
Azərbaycan Respublikası 
ABŞ 
Amerika Birləşmiş Ştatları 
BB 
Böyük Britaniya 
CM 
Azərbaycan Respublikasının 
Cinayət Məcəlləsi 
KM 
Azərbaycan Respublikasının 
Konstitusiya Məhkəməsi 
Bax. 
Baxın 
MDB 
Müstəqil Dövlətlər Birliyi 
İXM 
Azərbaycan Respublikasının İnzibati 
Xətalar Məcəlləsi 
MM 
Azərbaycan Respublikasının Mülki 
Məcəlləsi 
ƏM 
Azərbaycan Respublikasının Əmək 
Məcəlləsi 
NK 
Azərbaycan Respublikasının 
Nazirlər Kabineti 
QKDK 
Azərbaycan Respublikasının 
Qiymətli Kağızlar üzrə Dövlət 
Komitəsi
(qeyd: Bu orqanın səlahiyyətləri 
Maliyyə Bazarlarına Nəzarət Palatasına 
ötürülübdür) 
SC 
Səhmdar cəmiyyət 
ASC 
Açıq səhmdar cəmiyyət 
QSC 
Qapalı səhmdar cəmiyyət 



 
MMC 
Məhdud məsuliyyətli cəmiyyət 
ÜY 
Ümumi yığıncaq 
DŞ 
Direktorlar şurası 
MŞ 
Müşahidə şurası 
TK 
Təftiş komissiyası 
AK 
Audit komitəsi 



ÖN SÖZ 
7-8 il bundan əvvəl beynəlxalq qurumun əməkdaşları Azərbaycanın iri 
regionlarından birinin rəhbərliyi üçün korporativ idarəetməyə dair təqdimat 
keçirirdi. Saat yarım davam edən təqdimatdan sonra regionun iqtisadi inkişafına 
məsul olan məmur öz təşəkkür nitqində xüsusilə vurğulamışdır ki, kooperativlər 
Azərbaycanda hələ ötən əsrin 80-ci illərindən mövcuddur və onlara göstərilən bu 
diqqət çox əhəmiyyətlidir! Başqa sözlə, “korporativ” sözünü “kooperativ” kimi 
başa düşmüşdür. 
Təəssüf ki, nəinki məmurlarımızın böyük əksəriyyəti, hətta bəzi 
hüquqşünaslarımızın və iqtisadçılarımızın da çoxu hüquqi şəxsin mahiyyətini 
dərk etmir. Uzağa getməyək, elə qanunvericiliyimizə baxsaq, görərik ki, əksər 
hallarda hüquqi şəxs mənasında aşağıdakı ifadə işlədilir: “idarə, müəssisə, 
təşkilat”. Halbuki, Azərbaycan Respublikasının (“AR”) Mülki Məcəlləsinə 
(“MM”) görə idarə hüquqi şəxs olmayan təşkilatdır (54-cü maddə); müəssisə 
əmlak kompleksidir (139-1.1.5-ci maddə), yəni subyekt deyil, obyektdir 
(daşınmaz əmlakın növüdür); təşkilat isə qeyri-müəyyən məfhumdur və yalnız 
hüquqi şəxs mənasında işlədilmir (məsələn, 54-cü maddəyə görə hüquqi şəxs 
olmayan idarə də təşkilat hesab olunur). 
MM-yə bu sayğısızlığın səbəbi nədir? Bəlkə ona görə ki, hüquqi statusuna 
və həcminə görə digər qanunlardan üstün olmasına baxmayaraq, “tezbazar” 
hazırlanmış və qəbul olunmuş MM ən qüsurlu (həm hüquqi, həm məntiqi, həm 
də dilçilik nöqteyi-nəzərindən) qanunlarımızdan biridir? Təbii, bu amilin rolu 
böyükdür. Amma sual doğur ki, MM niyə belə qüsurludur? Niyə MM-nin 
qüvvədə olduğu 14 il ərzində onun qüsurlarının böyük əksəriyyəti aradan 
qaldırılmayıb? 
Problemin kökü əslində çox dərindir. Belə ki, tarixən Azərbaycanda 
hüquq elmi zəif olub. Məşhur hüquqşünaslarımız da olmayıb. Orta əsrlərdə belə 


10 
digər müsəlman xalqların bir qisminin tanınmış şəriət alimləri olub. Biz də isə 
olmayıb. Gözəl şairlərimiz olub, amma fiqh alimlərimiz olmayıb. Rusiya əsarəti 
altında olduğumuz dövrdə isə yalnız publik hüquq sahələrinə diqqət verilib. 
Mülki hüquq elmi və məktəbi isə həmişə zəif olub. Necə ki, gənclərimiz SSRİ 
dövründə hərbi xidmətdə “rahat” yol (aşpaz, sürücü, tikinti işçisi və s.) 
axtarıblar, hüquqşünaslarımız da həmişə hüquq-mühafizə orqanlarında işləmək 
arzusu ilə yalnız cinayət hüququna üstünlük veriblər. 
Təbii, elmi əsası olmayan qanunda qüsur da çox olur. Bununla belə
publik hüquq sahəsi üzrə bu o qədər də hiss olunmur, çünki onun normaları (bir 
daha təkrar edirik) mahiyyətcə süni xarakter daşıyır. Publik hüquq normasının 
müəllifinə əsasən üç şey tələb olunur: 1) dəqiq siyasi niyyət; 2) sağlam məntiq; 3) 
hüquq texnikası. Lakin mülki hüquq normasının müəllifinə dərin və geniş elmi-
praktiki bilik, habelə analoji xarici qanunvericiliyə bələd olmaq lazımdır. 
Biz hələ indi də eramızdan əvvəl yaranmış Roma mülki hüququna qibtə 
edir, ondan bəhrələnirik. Publik hüquqda belə hal müşahidə olunmur. Publik 
hüquq normaları zaman və məkan baxımdan azmüddətli və dardır. Hər bir 
ölkənin öz hüquq sistemi, öz hüquq metodları var. Lakin artıq sübut olunub ki, 
son nəticədə hər hansı mülki hüquq münasibəti bu və ya digər şəkildə (qanunla, 
presedentlə, adətlə) hər yerdə oxşar tənzimlənir (yalnız yerli ənənələrdən irəli 
gələn ailə və vərəsəlik münasibətlərinə bu qayda nisbətən aiddir). Çünki söhbət 
təbii münasibətlərdən gedir. İnsanlar isə hər yerdə eynidir. 
Xarici qanunvericiliyi bilmək onun müddəalarını tərcümə edib mexaniki 
olaraq milli qanunvericiliyimizə daxil etmək demək deyil. Burada bir neçə 
ölkənin nəinki qanunvericiliyinin, həmçinin hüquqi təcrübəsinin dərin təhlili 
tələb olunur. Əfsuslar olsun ki, bizdə xarici qanunvericiliyin müddəaları əsasən 
mexaniki olaraq milli qanunvericiliyimizə daxil edilir. Ən acınacaqlısı isə odur 
ki, qanun layihəsini hazırlayan məmur əksər hallarda optimal xarici təcrübəni də 
axtarmır, sadəcə əlinin altına düşən ilk xarici qanunu tərcümə edir. Təbii ki, bir 


11 
çox hallarda bu Rusiya qanunvericiliyi olur. Bu da məmurlarımızın rus dilini 
nisbətən daha yaxşı bilməsi ilə bağlıdır. MM də istisna deyil. Onun bir sıra 
fəsilləri Rusiya Mülki Məcəlləsinin hərfi tərcüməsidir. Əlbəttə, Rusiyanın hüquq 
sistemi bizə çox yaxındır və bu baxımdan Rusiya təcrübəsinə müraciət etmək 
lazımdır. Lakin əvvəla Rusiya qanunvericiliyi də qüsurlardan azad deyil. Digər 
tərəfdən isə ümumiyyətlə yalnız bir ölkənin təcrübəsindən yararlanmaq 
məqsədəuyğun deyil. 
Bununla belə, konkret olaraq bizim MM-də yalnız Rusiya təcrübəsi 
istifadə edilməyib. Onun hazırlanmasında Almaniya Mülki Qanunnaməsinin də 
mühüm təsiri açıq-aydın görsənir. Lakin belə nəticədənsə, Rusiya MM-ni tam 
tərcümə edib qəbul etmək daha yaxşı olardı. Çünki MM-nin bəzi fəsilləri (əsasən 
Ümumi hissədə) Rusiyadan, bəziləri isə (əsasən Xüsusi hissədə) Almaniyadan 
götürülüb. Təbii ki, nəticədə MM sistemsiz sənədə çevrilib, çünki bu zaman 
nəinki terminologiyalar, ümumiyyətlə, oxşar və hətta eyni məsələlərə yanaşma 
fərqli alınıb. 
Əlbəttə, heç bir normativ-hüquqi akt Allah kəlamı deyil, buna görə də 
qüsurdan azad deyil. Hətta ən yüksək hüquq elmi potensialına malik olan 
ölkələrin qanunvericiliyində də qüsurlar var. Bizdə isə, qeyd etdiyimiz kimi, 
hüquq elmi və hüquq məktəbi yox dərəcəsindədir! Buna görə də 
qanunvericiliyimizin qüsuru da az deyil. 
Lakin təbii ki, publik qanunvericilik aktlarında qüsur daha azdır, çünki 
onların müəllifləri hətta zəif olsalar da, AR Prezidentinin Administrasiyasında və 
Milli Məclisin Aparatında sağlam məntiqə malik olan savadlı hüquqşünaslar 
onların səhvlərini aradan qaldıra bilirlər. Mülki qanunvericilik üzrə isə bu 
mümkün deyil. Sadəcə savadlı olmaq və sağlam məntiqə malik olmaq burada 
kifayət etmir. Heç kəs universal hüquqşünas ola bilməz. Mülki qanunvericilik 
aktının hazırlanması uzunmüddətli və çoxsaylı müzakirələr tələb edir. 
Prezidentin Administrasiyasının və Milli Məclisin Aparatının hüquqşünaslarının 


12 
isə buna fiziki imkanı çatmır. Nəticədə MM-yə dair aidiyyatı dövlət orqanının 
hazırladığı düzəliş layihəsi ilə bağlı alternativ fikir olmur. 
Təbii ki, dövlət orqanları MM-yə düzəliş layihələrini sırf publik maraqlar 
çərçivəsində hazırlayırlar. Ümumiyyətlə, Azərbaycanda hər hansı qanuna 
düzəliş bu məqsədlə edilir. Hər hansı qanun layihəsinin yaxşı mənada “yiyəsi” 
var və bu da normal haldır. MM-nin isə belə “yiyəsi” yoxdur və məhz buna görə 
də onun səviyyəsi aşağıdır. Ötən 14 il ərzində MM-yə edilən düzəlişlər də əsasən 
məhz hər hansı dövlət orqanının maraqlarından irəli gəlmişdir: məsələn, 
qiymətli kağızlar üzrə AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, sığorta 
müqaviləsi üzrə AR Maliyyə Nazirliyinin və s. Əlbəttə, onların düzəlişlərində də 
müəyyən qüsurlar var, lakin mənasız və məntiqsiz müddəalar yoxdur. Onların 
qüsurlu müddəaları ilə mübahisə etmək olar, hüquqi tənqidlə çıxış etmək olar, 
amma hər bir halda uzağı ikinci dəfə oxuyandan sonra mənasını başa düşmək 
olar. 
MM-nin publik maraq olmayan müddəalarına isə heç bir düzəliş edilmir, 
çünki maraqlı dövlət orqanı yoxdur. Korporativ hüquq normaları da məhz belə 
müddəalara aiddir. Korporativ hüququn inkişafı ilk növbədə sahibkarlara 
lazımdır
1
. Onlar isə “firma”, “şirkət”, “müəssisə”, hətta “obyekt” adlandırdıqları 
və sahibi olduqları hüquqi şəxsin mahiyyətini belə dərk etmirlər. Məsələn, hətta 
iştirakçı olduqları hüquqi şəxsin əmlakını öz mülkiyyətləri hesab edirlər. 
Bu kimi problemlər təqdim edilən kitabda məharətlə təhlil edilib. Milli 
korporativ hüququn ilk elmi araşdırılması olan bu monoqrafiya həm elm və 
tədris, həm də praktiki cəhətdən ölkəmizin hüquq sisteminə böyük töhfədir. 
Hüquqşünas alim və müəllimlər, habelə tələbələr korporativ hüququ artıq xarici 
mənbələrdən və köhnəlmiş vəsaitlərdən deyil, bizim qanunvericiliyə əsaslanan 
əsərdən öyrənə biləcəklər. Bununla belə kitab AR-nın korporativ hüququnu 
1
Əlbəttə, geniş mənada dövlət də bunda maraqlıdır. Lakin birbaşa maraq nadir hallarda olur. Amma olur. Məsələn, 
ölkəmizin ən iri hüquqi şəxsi olan Dövlət Neft Şirkətinin hüquqi statusu qeyri-müəyyəndir. Bunun da səbəbi məhz 
korporativ hüququn zəifliyidir.


13 
sadəcə təsvir etmir, onun problemlərini təhlil edir, qabaqcıl xarici təcrübə ilə 
müqayisə aparır, mövcud qüsurların aradan qaldırılması istiqamətində bir sıra 
səmərəli təkliflər verir. Burada onların sadalanması mümkün deyil. Buna ehtiyac 
da yoxdur. Kitabı tam oxumaq lazımdır. Bununla belə, kitab elə yığcam və 
konkret yazılıb ki, ondan məlumat kitabçası kimi istifadə edərək sırf müəyyən 
anda maraqlı olan fəsli də oxumaq olar. 
Təsadüfi deyil ki, belə bir kitab sırf hüquqşünas-alim deyil, əsasən 
hüquqşünas-praktik olan mütəxəssis tərəfindən yazılmışdır. Bu zaman, o, həm 
dərin elmi biliklərindən (o cümlədən xarici qanunvericilik sahəsində), həm də 
böyük təcrübəsindən məharətlə istifadə etmişdir. Mövcud hüquq təhsilimizin və 
elmimizin acınacaqlı durumu, təcrübə ilə heç bir əlaqəsinin olmaması yalnız 
hüquqşünas-praktiklər tərəfindən dəyişdirilə bilər. Məhz onların səyi nəticəsində 
gənclərimizə düzgün hüquq təhsili aşılana bilər. Məhz belə kitabların əsasında 
hüquq elmimiz inkişaf edə bilər. Nəhayət, məhz bu kimi monoqrafiyaların 
bazasında qanunvericiliyimiz təkmilləşə bilər. Ümumiyyətlə, qanunvericiliyin 
dəyişdirilməsi prosesinə kitabın müəllifi kimi istedadlı və müasir düşüncəli 
müəlliflərin cəlb edilməsi qaçılmazdır. Əks halda, hüquq elmimiz, hüquq 
təhsilimiz, normal qanunvericiliyimiz və son nəticədə hüquqi dövlətimiz 
olmayacaq. 

Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin