Qoruyucu kəməri əks klapan ilə endirdikdə boruarxası fəzadakı qazıma məhlulu (gilli məhlul) orada
qalaraq qazılmış süxur qırıntıları ilə birlikdə intensiv olaraq çıxarılır.
Endirilən qoruyucu kəmər uzun olduqda, quyruq kəmərini endirdikdə və ya seksiyalı qoruyucu kəmərin
birinci seksiyasını endirdikdə bir-birindən 8-12 m aralı iki əks klapanın (bunlardan biri ehtiyat üçün)
yerləşdirilməsi məsləhət görülür.
Əks klapan ilə qoruyucu kəmər endirdikdə, onun içərisi boş qaldığı üçün qaldırıcı Arximed qüvvəsi
kəmərin çəkisindən artıq alınmasın deyə və xarici təzyiqdən kəmərin əzilməsi üçün onun içərisinə hər 100-300
m-dən bir maye vurulur (doldurulur).
Quruluşlarına görə əks klapanlar nimçəvari və drossel tipdə ola bilər.
Əks klapana statik və dinamik yüklər təsir edir. Kəməri endirdikdə onun yuxarı-aşağı yırğalanmasından
əlavə dinamik yük yaranır. Statik yük quyudakı və kəmərdəki məhlulların sıxlıqları fərqindən və xarici izafi
təzyiqdən yaranır.
11. Dayaq halqası
.
Əks klapandan yuxarıda – bir və ya iki boru məsafədə (10-20 m), sementləmənin sonunda tıxacların
dayandırılması (oturması) üçün mufta içərisində yerləşdirilir. Adətən, burada uzadılmış mufta işlədilir. Borular
qaynaqlama ilə buraxıldıqda isə dayaq halqasını borunun ucundan 30-40 mm məsafədə açılmış daxili yivə əl ilə
baglayırlar. Dayaq halqası çuqundan 12-15 mm qalınlığında şayba şəklində, daxili keçid diametri borunun
diametrindən 60-75 mm kiçik hazırlanır. Bəzən dayaq halqasında bir keçid əvəzinə bir neçə dəlik açılır.
Qeyd etmək lazımdır ki, sementləmədən sonra istismar kəmərinin içərisindəki sement daşının qazılması,
birləşmələrdəki möhkəmliyi pozmaq kimi çətinliklərlə əlaqədardır. Ona görə də daban suları olmayan lay
şəraitində quyu quruluşunu layihələndirdikdə quyunun bir qədər əlavə dərinlikdə (20-25 m) qazımaq məsləhət
görülür. Bu zaman istismar kəmərinin aşağı uçunda boruların içərisində qalan sement daşını qazımağa ehtiyac
olmur.
Dostları ilə paylaş: