Azərbaycan respublikasi kənd təSƏRRÜfati naziRLİYİ aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ


Torpaq örtüyünün strukturlarının (TÖS) səciyyəsi



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə320/352
tarix18.07.2023
ölçüsü9,32 Mb.
#136793
1   ...   316   317   318   319   320   321   322   323   ...   352
Torpaq örtüyünün strukturlarının (TÖS) səciyyəsi.
Kiçik Qafqazın 
şimaı-şərq yamacı etalon (Dağ-Kəsəmən) tədqiqat sahəsinin hazırlanmış 
relyefin plastikası və torpaq xəritələri (M 1:10 000) əsasında torpaq örtüyü 
strukturlarının (TÖS) 3 tipi ayrılmışdır: 1.Yelpikvari-zolaqlı; 2. Daığavari-
zolaqlı; 3. Dairəvi-konusvari. 
 
Yelpikvari-zolaqlı TÖS
- ərazinin günəşli (cənub-şərq) baxarlı çox 
meylli yamaclarını əhatə etməklə, orta və şiddətli dərəcədə eroziyaya uğra-
mış yuxa, az humuslu, yüksək karbonatlı, nisbətən yüngül qranulometrik 
tərkibli növləri yayılmışdır.
Dalğavari-zolaqlı TÖS 
– tədqiqat sahəsinin kölgəli (şimal-qərb) ba-
xarlı az meylli yamaclarında formalaşmışdır. Burada dağ boz-qəhvəyi 
torpaqların yaxşı inkişaf etmiş bitki örtüyünə, qalın torpaq profilinə və 
humus qatına malik növləri yayılmışdır. Əlverişli nəmlənmə şəraiti üst 
qatdan (AU = 0-20sm) karbonatların yuyulmasına səbəb olmuşdur. 


518 
Dairəvi-konusvari TÖS 
– relyefin plastikası və torpaq xəritələrindən 
göründüyü kimi ərazi müxtəlif baxarlı yamaclar arası dərələrin mikroçö-
kəkliklərdə yerləşir. Müxtəlif baxarlı yamacların üst qatlarından yuyulub 
toplanmış çürüntülü-humuslu torpaq hissəciklərindən formalaşdığına görə 
monoton profilə malik olması ilə fərqlənir. 
Beləliklə, relyefin plastika metodu əsasında kiçik Qafqazın şimal-şərq 
hissəsində yerləşən Qazax rayonu “Dağ Kəsəmən” tədqiqat obyektinin müxtəlif 
baxarlı yamaclarını göstərən iri miqyaslı (M 1:10 000) dəqiq torpaq xəritəsi 
hazırlanmışdır. 
Müəyyən edilmişdir ki, relyefin plastika xəritəsi yer səthinin real strukturuna 
təsir edir və onun əsasında tərtib edilmiş torpaq xəritəsi isə relyef formalarının 
torpaq örtüyünün formaları ilə əlaqəsini obyektiv əks etdsirir. 
Dağlıq ərazilərin müxtəlif baxarlı yamaclarında formalaşan dağ boz-qəhvəyi 
(şabalıdı) torpaqların əsas diaqnostik göstəriciləri və torpaq örtüyü strukturlarının 
elementar torpaq arealları müəyyən edilmişdir.

Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   316   317   318   319   320   321   322   323   ...   352




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin